28 Yanvar 2023 15:28
658
DÜNYA
A- A+

İtaliyanın Barselona və Berlindəki diplomatik nümayəndəliklərinə qarşı hücumlar olub

 

İtaliyanın Barselonadakı Baş konsulluğuna və Berlindəki səfirliyinə qarşı hücumlar olub.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ötən gecə Barselonadakı Baş konsulluğun binasının naməlum şəxslər tərəfindən hücuma məruz qaldığını, konsulluğun yerləşdiyi binanın pəncərəsinin sındırıldığını bildirib. Həmçinin dünən gecə saatlarında İtaliyanın Berlindəki səfirliyinin əməkdaşının diplomatik nömrə nişanlı avtomobili yandırılıb. Yerli polis qüvvələri tərəfindən lazımi tədbirlər görülüb, hər iki hadisədə xəsarət alan olmayıb.

İtaliyanın Baş naziri Ciorcia Meloni diplomatik nümayəndəliklərə qarşı bu yeni zorakılıq hallarını narahatlıq və diqqətlə izlədiyini deyib.

Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani isə dərhal Berlindəki səfirlik və Barselonadakı konsulluqla əlaqə saxladığını bildirib. Nazir bu cinayət əməllərinə mümkün qədər tez aydınlıq gətirilməsini tələb etdiyini vurğulayıb və diplomatik nümayəndəliklərdə təhlükəsizliyin artırılması ilə bağlı tapşırıq verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video