18 Fevral 2025 20:29
536
SİYASƏT
A- A+
İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Xarici Əlaqələr komissiyalarının İstanbulda keçirilən ikinci toplantısı başa çatıb. Toplantının yekununda tərəflər gələcək fəaliyyətlərə dair ortaq bəyanat imzalayıblar.

AZƏRTAC xəbər verir ki, bəyanatda görüşlərin TÜRKPA-nın dəstəyi ilə mütəmadi olaraq, ən az ildə bir dəfə “Türk Dövlətləri Parlamentlərinin Xarici İşlər Komissiyaları Toplantısı” adı altında keçirilməsi, növbəti toplantının keçiriləcəyi məkan və zamanın hər görüşdə müəyyən edilməsi, toplantılarda TÜRKPA-ya üzv, müşahidəçi və qonaq ölkə parlamentlərinin Xarici İşlər Komissiyalarının iştirakı, eləcə də Türk Dövlətləri Təşkilatı (TDT) və TÜRKPA Baş katiblərinin dəvət edilməsi, hər görüşdən sonra ortaq bəyanatın yayılması nəzərdə tutulur.

Sənədə əsasən, bu toplantıların keçirilməsində məqsəd TDT Zirvə bəyanatları və TÜRKPA-nın əsas məqsədlərinin həyata keçirilməsində Xarici İşlər Komissiyaları arasında əməkdaşlığı artırmaqdır. Bu çərçivədə mühüm beynəlxalq proseslərdə Türk dünyasını maraqlandıran spesifik mövzuları müzakirə edərək ortaq mövqe imkanlarının araşdırılması, iştirakçı ölkələr aranında konkret əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və başda parlament təşkilatları olmaqla beynəlxalq qurumlarla əməkdaşlığın artırılması hədəflər arasında yer alır.

Toplantıda həmçinin, başda süni intellekt olmaqla, ən yeni texnologiyaların təkmilləşdirilməsi və tətbiqinin idarəolunmasına dair beynəlxalq platformalarda dövlətlərimizin Türk dünyasının mədəni dəyərlərini qoruyacaq şəkildə fəal rol oynamasının təşviq edilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, toplantı çərçivəsində “Qlobal və regional proseslər: Rusiya-Ukrayna və İsrail-Fələstin qarşıdurmaları, Qafqazda, Suriyada son vəziyyət, başda süni intellekt olmaqla texnologiya sahəsində son proseslərin geosiyasi baxımdan dəyərləndirilməsi” və “Türk dünyasını maraqlandıran mövzular və parlament diplomatiyası” mövzularında panel iclaslar keçirilib.

Panellərdə TÜRKPA Baş katibi Mehmet Süreyya Er tərəfindən “Türk Dövlətləri Parlament Assambleyası: Həmrəylik, Güc birliyi və ortaq hədəflər” mövzusunun təqdimatı olub.

Digər təqdimatlarda “Parlament diplomatiyasının daha effektiv istifadə oluna biləcəyi sahələr”, “Xarici işlər komissiyaları Türk dünyası ilə bağlı işlərdə hansı spesifik sahələrdə töhfə verə bilər?”, “Parlamentlərdə Türk dünyası ilə bağlı beynəlxalq sənədlərin prioritetli və sürətli şəkildə qəbul edilməsi” kimi məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Xatırladaq ki, Azərbaycan tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!