28 Noyabr 2023 22:29
319
SİYASƏT
A- A+
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının 3 illik fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının 3 illik fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib

 

Noyabrın 28-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın 3 illik fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Qərargahın rəhbəri Samir Nuriyev iclası açaraq, Azərbaycan Respublikası Prezidentinin məqsədyönlü, ardıcıl və müdrik siyasəti nəticəsində 2020-ci ilin noyabrında torpaqlarımızın işğaldan azad edilməsi ilə ölkəmizin və bütövlükdə regionun yeni strateji inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. O qeyd edib ki, 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri tərk-silah edilib, onların hərbi infrastrukturu zərərsizləşdirilib, işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan Respublikasının konstitusiya quruluşu və suverenliyi tam bərpa olunub. Əminliklə demək olar ki, bu gün Azərbaycan xalqı öz tarixinin ən şanlı və qürurverici dövrünü yaşayır.

Samir Nuriyev Qərargahın ötən 3 illik fəaliyyəti dövründə dövlətimizin başçısının verdiyi tapşırıqlara əsasən işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı bərpa-quruculuq layihələrinin həyata keçirildiyini, yeni şəhər və kəndlərin salınması istiqamətində işlərin sürətlə davam etdiyini diqqətə çatdırıb. Bu sahədə qarşıya qoyulmuş vəzifələrin icrasında səmərəlilik, hesabatlılıq, qurumlararası qarşılıqlı kommunikasiya, əlaqələndirilmə və operativlik Qərargahın fəaliyyətinin əsas prinsipləri olub.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, antiterror tədbirləri nəticəsində suverenliyin bərpa edildiyi ərazilərdə zəruri məsələlərin həlli istiqamətində görülən işlər, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ərazilərdə həyata keçirilən işlərin cari vəziyyəti, geri qayıdan əhalinin məskunlaşmasının, təhlükəsizliyinin və dayanıqlı məşğulluğunun təmin edilməsi, azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin və rəqabətqabiliyyətli aqrar istehsalın təşkili ilə bağlı məruzələr dinlənilib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi sahəsində aparılan işlərə dair məruzə təqdim edilib.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin iclasın gündəliyindəki məsələlərin yerlərdə əlaqələndirilməsi və müvafiq ərazilər üzrə görülən işlərin cari vəziyyəti barədə məlumatları dinlənilib.

İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əhməd İsmayılov: Süni intellekt texnologiyaları asanlıqla dezinformasiya mənbəyinə çevrilə bilər

13:11
14 Dekabr

    “Yaşıl dünya üçün müzakirə platforması” çərçivəsində debat forumları təşkil olunacaq

13:03
14 Dekabr

"Gənclər üçün media akademiyası” adlı layihə keçirilib

13:02
14 Dekabr

“Masdar”: Bu günə qədər Qaradağ GES-dən şəbəkəyə 500 milyon kilovat-saatdan artıq təmiz enerji ötürülüb  

12:58
14 Dekabr

Faktiki hava: Bəzi yerlərdə intensiv sulu qar, qar yağır

12:57
14 Dekabr

Leyla Əliyeva Ruandada reallaşdırılacaq layihələr üzrə görüşlər keçirib

12:46
14 Dekabr

Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər ilə cari ilin yekununa dair toplantı keçirilib

12:44
14 Dekabr

Azərbaycan nefti bahalaşıb

12:43
14 Dekabr

Neftçala Sənaye Məhəlləsində indiyədək 180 milyon manatlıq məhsul satışı həyata keçirilib

12:41
14 Dekabr

"Time" jurnalı Trampı "İlin adamı" elan edib

12:21
14 Dekabr

“Ağıllı” plastır hazırlanıb

12:07
14 Dekabr

Ən uzun sualtı avtomobil tuneli inşa edilir

11:52
14 Dekabr

“Tablolarda nağıllar” mövzusunda sərgi-müsabiqənin yekun tədbiri keçirilib  

11:38
14 Dekabr

Ötən gün aşkarlanaraq götürülən silah-sursatın sayı açıqlanıb

11:28
14 Dekabr

Pensiya ödənişlərinə 5 milyard 949 milyon manat vəsait yönəldilib

11:26
14 Dekabr

Dünya birjalarında neftin bahalaşması davam edir

10:57
14 Dekabr

Heydər Əliyev Fondunun dəstəyi ilə Ruanda məktəbi içməli su ilə təchiz olunub  

10:54
14 Dekabr

DÇ-2026: Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarının təqvimi açıqlanıb 

10:51
14 Dekabr

Azərbaycan və Özbəkistanın hərbi mütəxəssisləri arasında görüş keçirilib

10:43
14 Dekabr

Gürcüstanda prezident seçkiləri keçirilir

10:37
14 Dekabr

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

10:32
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!