30 May 2023 22:53
292
Məktublar
A- A+

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisidən


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident!

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm.

İran İslam Respublikasının qonşuluq siyasətində Azərbaycan Respublikasının özünəməxsus yeri vardır. Ölkələrimizin müsəlman xalqlarının birgə tarixi və onların arasında mövcud olan qırılmaz dini və mədəni bağlar iki ölkənin münasibətlərinin inkişafı üçün çox dəyərli bir sərmayə hesab olunur. Bu çərçivədə İran İslam Respublikası hər zaman Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləmişdir.

Ölkələrimizin çox geniş potensiallarının mövcud olduğunu nəzərə alaraq ümid edirəm ki, xalqlarımızın qarşılıqlı mənafeyinə uyğun şəkildə ikitərəfli əməkdaşlığımızın və münasibətlərimizin daha da genişlənməsinə şahid olacağıq.

Allah-taaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə başucalığı və xoş günlər arzulayıram.

Hörmətlə,

 

Seyid İbrahim Rəisi

İran İslam Respublikasının Prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video