24 May 2023 01:22
850
Qanunlar
A- A+

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 364; 2005, № 6, maddə 466; 2006, № 12, maddə 1005; 2007, № 10, maddə 938; 2011, № 3, maddə 162; 2012, № 11, maddə 1051; 2017, № 3, maddə 345; 2019, № 12, maddə 1881; 2020, № 3, maddə 225, № 6, maddə 671; 2021, № 12, maddə 1345; 2022, № 7, maddə 693; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 810-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.    2-ci maddənin birinci hissəsinin iyirmi doqquzuncu abzasında "işçi heyəti, texnoloji resursları və" sözləri "provayderə, onun işçi heyətinə, texnoloji resurslarına və fəaliyyət" sözləri ilə əvəz edilsin.
2.    20-2.2-ci maddədə "meyarları" sözü "siyahısı" sözü ilə, "müəyyən edilir" sözləri "səlahiyyətli orqanın təklifləri əsasında təsdiq edilir" sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"İnformasiya sistemlərinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya-kommunikasiya şəbəkələrinin sahibləri (istifadəçiləri) kritik informasiya infrastrukturu obyektlərinin müəyyən edilməsi məqsədilə səlahiyyətli orqan tərəfindən sorğu edilən məlumatları həmin orqana 30 gün müddətində təqdim etməlidirlər.".
3.    20-3-cü maddə üzrə:
3.1.    20-3.2-ci maddənin birinci cümləsində "yerləşdirilir" sözü "yerləşdirilməsi təmin edilir" sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsi çıxarılsın;
3.2.    20-3.3-cü maddədə "məlumatı" sözü "məlumatın" sözü ilə, "yerləşdirir" sözü "yerləşdirilməsini təmin edir" sözləri ilə əvəz edilsin;
3.3.    aşağıdakı məzmunda 20-3.5-ci maddə əlavə edilsin:
"20-3.5. Kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxs və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşlar Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar.".
4.    20-4-cü maddə üzrə:
4.1.    20-4.2-ci maddədə "yerləşdirilir" sözü "yerləşdirilməsi təmin edilir" sözləri ilə əvəz edilsin;
4.2.    20-4.4-cü maddənin mətni ikinci cümlə hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:
"Səlahiyyətli orqan kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb edə bilər.".
5.    20-5.3.3-cü və 20-5.3.5-ci maddələrdən "boşluqları və" sözləri çıxarılsın.
6.    20-6.4-cü maddəyə "tələblərə" sözündən sonra "dövlət qurumu olmayan" sözləri əlavə edilsin.
7.    20-6.8-ci maddədə "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)" sözləri "səlahiyyətli orqana" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2023-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video