07 Oktyabr 2024 13:16
1274
İDMAN
A- A+
"İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir" - Qurban Qurbanov  

"İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir" - Qurban Qurbanov  

"Futbolçularımı təbrik edirəm. İstirahət qabağı vacib qalibiyyət idi. Komandanın yarısı istirahətdə olacaq, yarısı milli komandaların düşərgəsinə yollanacaq. Bu stadionda, bu şəhərdə oynamaq bizim üçün həmişə xoşdur. Belə azarkeş qarşısında oynamaq futbolçulara əlavə motivasiya verir. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, çox səliqəli dəstək verdilər. "Sumqayıt"a uğurlar arzulayıram. Futbolçularımın hər birindən razı qaldım".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 9-cu turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.


- Aleksey Kaşuk debüt etdi, Musa Qurbanlı geri qayıtdı. Onlar haqda fikriniz necədir?

- Kaşuk bir ildən çox idi ki, oynamamışdı. Heç normal hazırlıq da keçməmişdi. Onun üçün bu gün oynamaq asan deyildi. Eləcə də Musa üçün. Əməliyyatdan sonra hələ tam öz optimal formasından uzaqdır. Onların bugünkü hazırlığına görə performansından razı qaldım. Dinamikanı tam qoruyub-saxlaya bilmirdilər. Bəzi texniki səhvlər olurdu. Amma diqqətləri oyunda idi. Mənim üçün vacib olan odur. Pis alınmadı. Ümumən vacib olan onların məşqdəki hazırlıqlarıdır. Bu cür davam etsələr, hər ikisinin idman forması daha yaxşı olacaq. İmkan, şans olduqca, formalarını geri qaytaracağıq.


- "Sumqayıt" zəif komandalardandır, amma onlara çətinliklə qol vurdunuz...

- Real yanaşaq. Hansısa komanda bizdən aşağı pillədədirsə, o demək deyil ki, biz onlara 4-5 qol vurmalıyıq. Özümüzdən güclü rəqibə qalib gəlmişik, özümüzdən zəifə də uduzmuşuq. Statistikaya görə deyirəm. "Sumqayıt"ın turnir cədvəlindəki yeri aşağı pillədə olsa da, onların özünəməxsus oyun üslubu var. Ən intizamlı müdafiə olunan oyunlarından biri idi. Çox bəyəndim. Kəsərli əks-hücumları var idi. Futbolda belə termin yoxdur ki, zəif komandaya mütləq 4-5 qol vurmalıyıq. Heç kimə zəif gözü ilə baxmırıq. Bu həmin "Sumqayıt"dır ki, ötən mövsüm avrokuboklara vəsiqə qazandı. Onların ötən mövsüm də uğursuz seriyası var idi, ancaq onlar bizə burada qalib gəldi. Özü də biz əsas heyətlə oynayırdıq. Futbol elə səviyyəyə gəlib çıxıb ki, istənilən komanda digərinə qalib gələ bilər. Vacib olan futbolçuların meydandakı düşüncəsi, intizamlı oyunu, dinamikasıdır. Belə olduqda, uduzsaq da, bəzən məyus olmuruq. Elə oyunlar var ki, istəksiz, dinamikasız uduruq, ya uduzuruq. Bu da məni narahat edir. Bu gün qalib gəlməsəydik də, futbolçulardan razılıq bildirəcəkdim. Çünki neçə oyundur ki, xeyli rotasiyalar edirik. Qarşımzıda çox yaxşı məşqçi, çox yaxşı kollektiv var idi.


- Qol epizodlarınız çox olsa da, dəyərləndirə bilmirsiniz. Bu şanssızlıqdır, yoxsa necə?

- Məncə, qollar gələcək. Çünki biri var qol epizodu yarada bilməyək, ya onların sayı az olsun. Qol vurmamağa gəlincə...Ola bilər ki, hansısa seriyada, dövrdə çətinlik yaranır. Amma ümumən o oyunçulardır ki, bunu daha yaxşı bacarırlar. Bəlkə bəzən öz idman formasından uzaq olurlar, bəlkə oyunlara psixoloji olaraq daha yaxşı hazırlaşa bilmirlər. Ancaq onlar həmin oyunçulardır ki, daha yaxşısını bacarırlar. Onlara güvənirəm, inanıram. Rəqibləri də nəzərə almalıyıq. Hər bir futbolçumuza çox ciddi yanaşırlar. İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir.


- "Ayaks"ı təhlil etməyə başlamısınız?

- Tam yox. Qarşıdakı günlərdə başlayacağıq.


- Avrokuboklarda son dörd oyunda uduzduqdan sonra növbəti görüşlərə köklənmək çətin olmayacaq?

- Allah qoysa, çətin olmaz. Bizim məğlubiyyətimiz meydandakı oyunumuza görə olsa, narahatçılıq verə bilər. Amma oyunu götürsək, məğlub olacağımız oyunlar deyildi. Bizə çox ciddi yanaşırlar. Əvvəllər bizə bəlkə bir o qədər ciddi yanaşmırdılar. İnanın ki, Avropada rəqiblər bizimlə oyunda hətta öz oyun üslubundan çıxırlar. Bizə qarşı tam başqa oyun üslubu qururlar. Bizimlə oyunda ya beşli müdafiə oynayırlar, ya da birəbir. Bu bir tərəfdən bizi sevindirir. Demək ki, bizə böyük dəyər verirlər. Bu cür hallara hazır olmalıyıq. Ruhdan düşmədən, rəqibdən asılı olmayaraq, yaxşı nəticə üçün hazırlaşacağıq.


 Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!