12 Yanvar 2025 08:00
1948
İQTİSADİYYAT
A- A+
İlham Əliyevin “yaşıl hədəf"ləri

İlham Əliyevin “yaşıl hədəf"ləri


Bu hədəflər yaxın və uzaq perspektivlərə hesablanıb


Yola saldığımız 2024-cü ildə Azərbaycan enerji keçidi sahəsində də mühüm addımlar atdı. Bu, ölkəmizin öz "yaşıl enerji" hədəflərinə çatması istiqamətində yeni bir mərhələ oldu. Prezident İlham Əliyev ötən ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etmişdi. 

Bu müdrik qərar həm zamanın problemi, günün tələbi ilə üst-üstə düşür, həm də ölkəmizin BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi etdiyi üçün xüsusi əhəmiyyət daşıyırdı.   

Öz enerji təhlükəsizliyini tam şəkildə özü təmin edən ölkələr dünyada tək-təkdir. Azərbaycan artıq öz enerji təhlükəsizliyini təmin edir, üstəlik, regionun, həmçinin Avropanın enerji təhlükəsizliyinə dəstək verir. Bununla yanaşı ölkəmiz enerji keçidi sahəsində də irəlidədir. 

Məlum olduğu kimi, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Bununla bağlı ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində ardıcıl iş aparılır.  

Azərbaycanın "yaşıl gündəliy"i artıq hamıya bəllidir. Ölkəmiz baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonaları elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması ən vacib məsələlərdəndir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Ölkəmiz elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Keçən il noyabrın 12-də COP29-un Liderlər Sammitinin açılış mərasimindəki nitqində Prezident İlham Əliyev bir daha xatırlatmışdır ki, bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə 157 giqavat təşkil edir. 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin tikdiyi   230 meqavatlıq "Qaradağ" Günəş-Elektrik Stansiyası istifadəyə verildi. Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29 çərçivəsində Birləşmiş Krallığın BP şirkəti ilə 240 meqavatlıq Günəş-Elektrik Stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda təməli qoyuldu.

2030-cu ilə qədər ölkəmizdə təxminən 6 giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. Lakin bu, planlarımızın hamısı deyil, çünki 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.

Təqdirəlayiq haldır ki, bərpaolunan enerji layihələri getdikcə rayonlarımızı da əhatə edir. 2024-cü il iyunun 4-də "Bakı-Ekspo" Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" sərgilərinin açılışı zamanı Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və yüksək texnologiyalar naziri Sultan Əhməd əl-Cabir Neftçala, Biləsuvar günəş-elektrik stansiyalarının və Abşeron-"Qaradağ" Külək-Elektrik Stansiyasının təməlini qoydular.

Dövlətimizin başçısının dediyi kimi: "Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu, bizə Avropaya "yaşıl enerji"ni ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır".

Beləliklə, biz bərpaolunan enerjinin ixracatçısı olmağı, Avropaya "yaşıl enerji" dəhlizi çəkməyi də hədəfləmişik. Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanmışdı. Həmin vaxtdan da nəzərdə tutulan məsələlərin gerçəkləşməsi istiqamətində tədbirlər davam edir. COP29-dan bir neçə ay əvvəl Rumıniya paytaxtında sazişin icrası məqsədilə 8-ci Nazirlər - Rəhbər Komitənin iclası keçirildi. Elə həmin tədbirdə də məlum oldu ki, "Xəzər-Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırılmasının ilkin nəticələrinin təqdimatının cari ilin noyabrında ölkəmizin evsahibliyi edəcəyi COP29 çərçivəsində nəzərdə tutulur. Buxarestdəki iclasda bunlar vurğulanaraq həmçinin layihənin statusu, digər komponentləri, atılacaq növbəti addımlar, eləcə də Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında qurulacaq "yaşıl enerji" dəhlizinin inkişafı ilə bağlı fikirlər səsləndirildi.

COP29 çərçivəsində isə Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında "Yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"i imzaladılar. Bu sənədin əhəmiyyətini qeyd etmək üçün Prezident İlham Əliyevin imzalamadan sonra dediyi sözləri xatırladaq: "Biz ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndiririk və "yaşıl enerji" sahəsində fəal əməkdaşlıq edəcəyik. Həmçinin deyərdim ki, imzaladığımız bugünkü saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır. Mahiyyət etibarilə Mərkəzi Asiya və Qafqaz regionlarında inteqrasiya prosesləri, nəqliyyat, energetika, ticarətlə bağlı proseslər bu gün deməyə imkan verir ki, bu iki region bir çox məsələdə, o cümlədən "yaşıl enerji"nin inkişafı sahəsində sinxron fəaliyyət göstərir. Özbəkistanda, Qazaxıstanda və Azərbaycanda bərpaolunan enerji mənbələrinin yaradılması üzrə artıq əldə edilmiş böyük planlar və nəticələr haqqında bilirik. Yəni biz belə demək mümkünsə, paralel kursla gedirik və Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkəmiz arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlıqdır".

Bəli, dünyanın iqlim və enerji yolunda taleyüklü bir mərhələyə daxil olduğu indiki vaxtda Azərbaycanın "yaşıl enerji" zonaları və dəhlizləri, enerjisaxlama, şəbəkə infrastrukturu və hidrogen sahəsindəki təşəbbüsləri qlobal iqlim hədəflərinə çatmaq üçün həlledici rol oynayır. Bu təşəbbüslər Azərbaycanı bərpaolunan enerjinin inkişafı və ixracında da lider mövqeyə yüksəldir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Senatın sədri: Azərbaycanla Pakistan arasında sıx qardaşlıq münasibətləri mövcuddur

15:10
19 Fevral

Külli miqdarda psixotrop maddə və narkotik vasitə aşkar edilib

15:09
19 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib

15:08
19 Fevral

Türkiyə parlamentarisi: Azərbaycan regional sabitlik üçün mühüm mərkəz rolunu oynayır

15:07
19 Fevral

AZAL-ın təyyarəsinin qəzaya uğraması zamanı yaralanan şəxslərdən sonuncusu xəstəxanadan evə buraxılıb

15:07
19 Fevral

Gömrükçülər 1,4 tondan çox müxtəlif növ narkotik vasitələri və psixotrop maddələri məhv ediblər  

15:05
19 Fevral

Tailand nümayəndəsi: Azərbaycan regionda əməkdaşlığın və dialoqun inkişafına böyük töhfələr verir

15:04
19 Fevral

Trampın xüsusi nümayəndəsi Ukraynadadır

15:04
19 Fevral

Kremldə Putinlə Tramp arasında danışıqların fevralın sonunadək baş tutacağını istisna etmirlər  

15:03
19 Fevral

Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 5 illiyi ilə bağlı dəyirmi masa keçirilib  

14:57
19 Fevral

BƏƏ rəsmisi: Parlamentlərarası əməkdaşlıq qlobal çağırışların həllində mühüm rol oynayır

14:55
19 Fevral

Natalya Koçanova: Gənclərimiz dostluq edərsə, ölkələrimiz də dostluq edəcək

14:54
19 Fevral

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb

14:53
19 Fevral

Oman Sultanlığı Bakıda keçirilən Asiya Parlament Assambleyasının 15-ci sessiyasını yüksək qiymətləndirir  

14:02
19 Fevral

Tənzilə Narbayeva: Bu gün ölkələrimiz qlobal qeyri-sabitlik şəraitində ciddi çağırış və təhdidlərlə üzləşir

13:52
19 Fevral

Tacikistanlı nümayəndə: Buzlaqların qorunması və qlobal təhlükəsizlik üçün beynəlxalq əməkdaşlıq vacibdir

13:48
19 Fevral

Cəbrayılda daha 37 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

13:46
19 Fevral

Sabah ölkə ərazisində sulu qar, qar yağacaq

13:41
19 Fevral

Pakistan Senatının sədri: APA çərçivəsində əməkdaşlıq ölkələrimizi daha da yaxınlaşdıracaq

13:40
19 Fevral

İran İslam Şurası Məclisinin sədri: Asiya xalqlarının həmrəyliyi regionun firavan gələcəyinə töhfə verəcək

13:04
19 Fevral

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:03
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!