06 Oktyabr 2023 09:00
1253
SİYASƏT
A- A+
İlham Əliyevin şərtləri

İlham Əliyevin şərtləri

 

Sülhün yeganə təminatıdır 

 

Hələ 3 il əvvəl Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə Qarabağ problemi birdəfəlik həll olundu. Ermənistanın və dünya erməniliyinin Qarabağla bağlı saxta iddiaları, status tələbləri 44 günlük savaşda darmadağın edildi. Sentyabrın 19-20-də isə Qarabağdakı separatçı rejimin varlığına son qoyuldu.
Artıq separatçı rejim yoxdur və Qarabağda Azərbaycan dövlətinin hakimiyyəti tam təmin edilib. Qarabağda qalan ermənilər də tədricən Azərbaycan vətəndaşlığını almaq və reinteqrasiya prosesinə qoşulmaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edirlər.
Qarabağdakı qeyri-qanuni rejimin, separatçılığın ləğvi regionda sülhə gedən yolda əsas maneələrdən birini aradan qaldırdı. Əslində, Qarabağla bağlı Ermənistanın iddiaları sülhün qarşısını almaq üçün ortaya atılan süni arqumentlər idi. Çünki Azərbaycan dövləti hər zaman bəyan edirdi ki, Qarabağla bağlı istənilən məsələ dövlətimizin daxili işidir və bunu hansısa tərəflə müzakirə etmir. Antiterror tədbirlərindən sonra isə Ermənistanın Qarabağla bağlı irəli sürdüyü bütün saxta iddialara birdəfəlik son qoyuldu.
Bu baxımdan son hadisələrdən sonra gözlənilən odur ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqları yeni müstəviyə qədəm qoyacaq. Sentyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciətində bununla bağlı demişdi: "Hesab edirəm ki, dünən və bu gün baş vermiş hadisələr eyni zamanda Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək".
Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyi aydın və dəqiqdir.  Bu məsələdə Azərbaycanın mövqeləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır, sülhün əldə olunmasına xidmət edir.  Azərbaycanın bu istiqamətdə irəli sürdüyü şərtlər elə Ermənistanın özü tərəfindən də qəbul edilir. Lakin ötən dövrdə Ermənistanın prosesləri uzatması və üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi səbəbindən münasibətlərin normallaşdırılması istiqamətində nəticə əldə edilməyib.
Əlbəttə, Ermənistan bu məsələdə özü qərar qəbul etmir və xüsusən Fransanın pozuculuq fəaliyyəti sülhə ciddi əngəllər yaradır. Son antiterror tədbirlərindən sonra Fransanın Azərbaycana qarşı qərəzli münasibətini daha da gücləndirməsi isə sülh prosesinə böyük zərbə vurur. Bu ölkənin Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi sülhə ən böyük maneədir. 
Təbii ki, Fransanın bu cəhdləri hələ Vətən müharibəsinə qədər 30 ilə yaxın Ermənistanın işğal siyasətinə verdiyi dəstək kimi uğursuzluğa düçar olacaq. Ona görə Fransa indi Ermənistana yardım etmək istəyirsə, onu sülh sazişinin imzalanmasına sövq etməlidir.
Vətən müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan öz milli maraqlarını qətiyyətlə təmin edib. Azərbaycan eyni zamanda regionda iqtisadi, tranzit və tranzit imkanlar baxımından ən üstün dövlətdir.  Yerində sayan və geri gedən isə yalnız Ermənistandır. Bu baxımdan sülhə daha çox ehtiyacı olan da Ermənistandır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtləri isə sülhün yeganə təminatıdır. 

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 çərçivəsində Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi məsələsi müzakirə edilib  

00:00
15 Noyabr

Energetika naziri moldovalı və mərakeşli həmkarları ilə görüşüb 14.11.2024 [20:05]  

23:57
14 Noyabr

Tahir Budaqov: Azərbaycan dövlətlərarası münasibətlərin konstruktiv müstəvidə inkişafının tərəfdarıdır  

23:55
14 Noyabr

Tonqanın Qanunvericilik Assambleyasının sədri Azərbaycana səfərə gəlib  

23:54
14 Noyabr

Ədliyyə naziri BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru ilə görüşüb  

23:52
14 Noyabr

YAP nümayəndə heyəti Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunda iştirak edib  

23:50
14 Noyabr

COP29 çərçivəsində İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb  

23:48
14 Noyabr

Azərbaycanla Moldovanın prokurorluq orqanları hüquqi əməkdaşlığı genişləndirirlər  

23:46
14 Noyabr

Britaniyalı nazir: COP29-da iştirak etmək böyük bir imtiyazdır  

23:39
14 Noyabr

Cəbrayıl və Füzulidə bir qrup sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib  

23:30
14 Noyabr

Dövlət Komitəsinin sədri Şirvanda vətəndaşlarla görüşüb  

23:29
14 Noyabr

Türkiyə mediası: COP29-da dünyanın ən böyük mərcanının aşkar edildiyi açıqlanıb  

23:24
14 Noyabr

COP29-da iştirak edən Çin nümayəndə heyəti Milli Məclisdə olub

23:01
14 Noyabr

Azərbaycan ilə Anqola arasında elm və təhsil sahəsində əməkdaşlıq genişləndiriləcək  

22:41
14 Noyabr

Akademik: Azərbaycanda keçirilən COP29 yeni sənaye inqilabının anonsu təsirini bağışlayır

22:40
14 Noyabr

COP29-un ən gənc iştirakçısı: Məqsədim uşaqların səsini bütün dünyaya çatdırmaqdır  

22:38
14 Noyabr

Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb YENİLƏNİB 

22:34
14 Noyabr

“AzərEnerji” ilə “Schneider Electric” şirkəti memorandum imzalayıb  

22:29
14 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Prezidenti ilə görüşüb YENİLƏNİB 

22:22
14 Noyabr

İsrail səfiri: COP29-un yüksək səviyyədə təşkil edilməsi Azərbaycan üçün böyük nailiyyətdir  

22:19
14 Noyabr

COP29 çərçivəsində Mərkəzi Asiya ölkələri iqlim dəyişikliyi və buzlaqların qorunması üzrə birgə Bəyannamə imzalayıblar  

22:17
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!