28 Fevral 2024 08:00
16462
SİYASƏT
A- A+
İlham Əliyevin ədaləti

İlham Əliyevin ədaləti

 

Qafqazda sülhün və inkişafın təminatçısıdır

 

""Xocalıya ədalət!" tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik". 
26 fevral Xocalı soyqırımı günündə Prezident İlham Əliyevin Xocalıdan dünyaya bəyan etdiyi kimi, Azərbaycan xalqı olaraq ürəyimizdə alışan intiqam alovunun üzərinə su çiləndiyi, narahat ruhlarımızın dinclik tapdığı müqəddəs anlar yaşayırıq. Onilliklərdir qəlbimizdə dağa, dilimizdə ağıya, gözümüzdə yaşa çevrilən Xocalının azadlığının, qaniçən erməni quldurları tərəfindən qətl edilən xocalılıların qisaslarının alınmasının təsvirəgəlməz duyğuları içərisindəyik...
Bu il fevralın 26-da ilk dəfə Xocalı soyqırımı gününü Xocalıda qeyd etməyimiz, doğma evlərindən didərgin düşən xocalılıların 32 ildən sonra öz yurdlarına nisgilqarışıq sevinc göz yaşları içərisində qayıdışlarına şahidliyimiz isə milli qürurumuz oldu... 

 

Xocalıya qayıdış inamı və əminliyi

 

Ötən bir qərinəlik zamanda 26 fevral günündə yaşanan müsibətlərə görə acı-acı hönkürdük, qəddarlıqla öldürülən insanlarımızın taleyinə ağladıq. Övladları gözləri önündə tikə-tikə doğranan xocalılılara, ata-analarını itirən Xocalının bağrı qanlı körpələrinə, uşaqlarına təsəlli verməyə söz tapmadıq. Dərddən havalanan, qol götürüb saçlarını yola-yola oynayan anaların halı  qəlbimizi param-parça etdi... 
Xocalı qan yaddaşımıza, milli qisas rəmzimizə çevrildi... 
Onilliklər boyu 26 fevral Xocalı soyqırımı tarixini Xocalının Bakıdakı daşlaşmış əksi olan "Ana harayı" abidəsini, Şəhidlər xiyabanını, bölgələrimizdəki şəhid məzarlıqlarını ziyarət edərək andıq. Bu müqəddəs məkanlarda özümüzə müqəddəs bir söz verdik, bir gün mütləq erməni qatillərindən intiqamımızı alacağımızın, Yer üzündən silinən ailələrin, süngülənən körpələrin, başı kəsilən uşaqların, təhqir olunan, diri-diri yandırılan, basdırılan qadınların, qocaların qisasını qiyamətə qoymayacağımızın müqəddəs andını içdik. 
Elə qəlbimizdə alışan qisas, qəzəb alovu ilə də 2020-ci il 44 günlük Vətən müharibəsində düşmənin külünü göyə sovuraraq Zəfər çaldıq,  2023-cü ildə Qarabağda cəmi 23 saata erməni quldurlarının yuvasını darmadağın etdik. Əliyalın insanlarımızın qatilinə çevrilən qaniçən ermənilərdən intiqamımızı alaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın, erməni faşizminin qurbanı olan günahsız mülki vətəndaşlarımızın ruhlarını şad etdik. 
2024-cü il fevralın 26-da Qalib Lider İlham Əliyev tərəfindən Xocalı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün Xocalıda Memorial Kompleksin təməlinin qoyulması isə şəhidlərimizin ruhuna böyük ehtiramın daha bir təcəssümü oldu.  
"Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdi. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım" - deyə Xocalı sakinləri ilə görüşü zamanı çıxışında Prezident İlham Əliyev kövrək duyğularını ifadə edərək söylədi ki,  sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. 

 

"Xocalı azad olunmadan biz sakitləşə bilməzdik"

 

2000-ci ildə britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində uşaq qatili Serj Sarkisyan Xocalıdakı qanlı əməlləri nə üçün törətdiklərini iyrəncliklə etiraf etmiş, jurnalistin "Yüzlərlə insanın ölümünə görə təəssüflənirsinizmi?" sualına belə bir murdar cavab vermişdi: "Heç bir peşmanlığım yoxdur". 
Sonradan Serjin qaniçən davamçısı Arayik Harutyunyan da azərbaycanlılara qarşı törətdikləri qatil əməllərini qürrələnərək açıq şəkildə etiraf edirdi...
Uşaq qatilləri Serj və Arayikin timsalında erməni faşizminin qanlı simaları iyrənc əməllərinin qisasının heç zaman alınmayacağının arxayınlığına qapılaraq elə düşünürdülər ki, Azərbaycan torpaqlarının işğalı, etnik təmizləmə ilə barışacaq, xalqımıza qarşı soyqırımları törədən qatilləri cəzasız qoyacaq. 
Ancaq 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımız azadlığına qovuşduruldu. Üzərindən üç il keçdikdən sonra isə 23 saatlıq antiterror tədbirləri ilə suverenliyimiz tam təmin edildi, Xankəndidə, Xocalıda və Ağdərədə, Əsgəranda üçrəngli bayrağımız dalğalandırıldı. 
Xocalının doğma sakinləri ilə görüşündə İlham Əliyev də bu qürurlu məqamla bağlı bildirdi ki, biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik: "Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik".

 

Uşaq qatillərinin ən dəhşətli cəzası

 

Həm İkinci Qarabağ müharibəsi, həm antiterror tədbirləri zamanı erməni cinayətkarlarından intiqamımız alındı və onlar məhv edildi. Biz Vətən uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın qisasını döyüş meydanında aldıq. 
Həmçinin vaxtilə Xocalıda, Qaradağlıda, Ballıqayada, Ağdabanda, Başlıbeldə və digər ərazilərimizdə xalqımıza qarşı soyqırımı törədən erməni qatilləri başıaşağı, əliqandallı vəziyyətdə Bakıya gətirilərək qanlı əməllərinin hesabını vermək üçün ədalət mühakiməsinə çıxarıldılar. 
Təcavüzkar Ermənistandan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmaması, mülki insanlara toxunmaması isə Azərbaycan xalqının böyüklüyünü bir daha dünyaya nümayiş etdirdi. 
Bu gün Azərbaycan işğaldan azad etdiyi torpaqlarında nəhəng tikinti-quruculuq işləri aparır, didərgin salınan insanlarını yurdlarına qovuşdurur. Bu yaxınlarda Xocalı sakinləri də Xocalıya dönüb burada yeni həyata başlayacaqlar. 
İlahi ədalətin təzahürü olan bütün bu işləri gözləri ilə görmələri isə xalqımıza qarşı cinayət əməlləri törədən erməni faşistlərinə, uşaq qatillərinə, separatçılara dünyadakı ən dəhşətli cəzadır...
Bir sözlə, Azərbaycan haqq-ədaləti öz gücünə təmin edib və ölkəmizin qazandığı parlaq zəfərlərin nuru onilliklərdir erməni separatizminin qaranlığa bürüdüyü bölgəni də işıqlığa çıxarıb. 
Prezident İlham Əliyevin yürütdüyü müdrik və qətiyyətli siyasət sayəsində, nəhayət, Cənubi Qafqazda sülhə və inkişafa da tarixi şərait yaranıb.  

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun

11:54
04 Oktyabr

DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb

11:43
04 Oktyabr

Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb

11:40
04 Oktyabr

Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır

11:34
04 Oktyabr

COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb

11:28
04 Oktyabr

 Makrona artıq heç kim inanmır 

11:22
04 Oktyabr

Türkiyənin ədliyyə naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib

11:19
04 Oktyabr

ABŞ-də ölənlərin sayı 200 nəfərə çatdı

11:12
04 Oktyabr

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNƏCƏK

11:08
04 Oktyabr

Avropanın Rusiyaya ehtiyacı var 

11:05
04 Oktyabr

Azərbaycanda 893 min hektar sahədə xüsusi mühafizə olunan təbiət əraziləri var

11:03
04 Oktyabr

Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib

10:46
04 Oktyabr

İcma: ABŞ konqresmenlərinin Azərbaycana qarşı qəbuledilməz mövqeyi açıq-aşkar şantajdır

10:36
04 Oktyabr

Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin inkişafını müzakirə edib

10:25
04 Oktyabr

Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb

10:23
04 Oktyabr

Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür

10:22
04 Oktyabr

Azərbaycan və Belarus səhiyyə sahəsində əməkdaşlığa dair yol xəritəsini müəyyənləşdiriblər

09:55
04 Oktyabr

Amerikalı sahibkar Trampa görə milyonlarla dollar xərcləyib

09:39
04 Oktyabr

Azərbaycan neftinin qiyməti 80 dolları ötüb

09:35
04 Oktyabr

Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib

09:32
04 Oktyabr

Ankarada TDT-nin yaradılması haqqında Naxçıvan Sazişinin 15 illiyi münasibətilə təntənəli tədbir keçirilib

09:30
04 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!