Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Xalqımızın əlamətdar günləri, parlaq zəfərləri təntənəli şəkildə qeyd etdiyi tarixi hadisələrdən biri də mayın 10-da - Ulu Öndərin 101-ci doğum günündə Şuşada yaşandı. Prezident İlham Əliyev qala şəhərimizin əzəli sakinləri ilə doğma yurdlarında görüşərək onların qayıdış sevinclərini bölüşdü. Azərbaycanın dostlarına sevinc bəxş edən, düşmənlərinə göz dağı olan bu görüş zamanı Qalib Lider İlham Əliyev həm də Qarabağın Şuşa zirvəsindən bütün dünyaya mühüm mesajlar çatdırdı, vacib ismarıclar göndərdi, sərt xəbərdarlıqlar etdi.
Prezident qətiyyətlə bildirdi ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir və Bakının rəyi öyrənilmədən, maraqları nəzərə alınmadan bölgədə hər hansı addımın atılması mümkünsüzdür: "Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar".
Bir tələblə 4 kənd qaytarılır
Dövlət başçısının Şuşadan bəyan etdiyi kimi, "dəmir yumruq" danışıqlar yolu ilə dalana dirənmiş münaqişəni bir həmləsi ilə çözdü. Biz illərdir dünyada davam edən bu tip münaqişələrin həlli üçün mükəmməl nümunə ortaya qoyaraq göstərdik ki, əgər münaqişələr danışıqlar yolu ilə həll edilə bilmirsə, çıxış yolu güc variantıdır və bunun sayəsində sülhə də nail olmaq mümkündür.
Onilliklərboyu xarici himayədarlarına güvənərək Azərbaycana qarşı işğal siyasəti yürüdən, ərazilərimizə qarşı iddiadan əl çəkmək istəməyən Ermənistan bu çirkin siyasətini 44 günlük müharibədən və 23 saatlıq antiterror tədbirlərindən sonra da davam etdirməyə çalışdı. Amma Azərbaycanın qətiyyətli siyasəti, hərbi gücü qarşısında heç nə edə bilməyəcəyini, hətta bölgədə maraqları olan havadarlarından da ona bir kömək olmayacağını anlayaraq Bakının təklif etdiyi sülh modelini qəbul etməyin yeganə çıxış yolu olduğunu başa düşdü.
Artıq iki ölkə vasitəçilərə ehtiyac görmədən dialoqlara başlayıb, bəzi məsələlərdə razılaşmalar əldə edilib. Birbaşa danışıqların aparılması sayəsində sülh sazişinin imzalanması ilə bağlı real müstəvidə də mühüm nəticələr əldə olunub. Belə ki, artıq sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə start verilib, sərhəd dirəklərinin quraşdırılmasına başlanılıb. Razılaşmaya əsasən, Qazax rayonunun işğal altında olan kəndləri - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri azad edilir. Tarixi kəndlərimizin bir güllə atılmadan, bir itki verilmədən qaytarılması Azərbaycanın növbəti tarixi zəfəridir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin tələbi ilə hələ Vətən müharibəsi zamanı kapitulyasiyaya, məğlubiyyət aktına imza atan düşmən Ağdamı, Kəlbəcəri, Laçını bir güllə atılmadan qaytarmışdı.
Məhz Prezident İlham Əliyevin şəxsi əzmi, siyasi qətiyyəti, sərrast diplomatik gedişləri sayəsində düşmən də, ona arxa duran qüvvələr də ayağımıza gəlib. Son olaraq Qazaxın kəndlərinin azad edilməsinin timsalında da aydın görünür ki, qalib lider İlham Əliyevin bir sözü belə kifayət edir ki, tələbi dərhal və qeyd-şərtsiz yerinə yetirilsin.
Mayın 10-da Şuşada dövlət başçısı da vurğuladı ki, düşmənə öz yerini göstərdik və bu gün düşmən bizim qarşımızda acizdir: "Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax, belə də olmalıdır".
Bakının iradəsindən kənar bölgədə heç bir məsələ həll oluna bilməz
Azərbaycan ərazilərinin 20 faizinin 30 ilə yaxın işğal altında qalması beynəlxalq ictimaiyyəti bir dəfə də olsun narahat etmədi. Vasitəçi adı altında prosesdə iştirak edən ölkələr isə riyakarlıq nümayiş etdirərək Ermənistanın işğal siyasətinə dəstək verdilər. Azərbaycanın haqqını heçə saydılar. Xüsusilə Fransa bu mənfur planın həyata keçirilməsi üçün səy göstərdi.
Ölkəmizin BMT TŞ-nin qəbul etdiyi 4 qətnaməsini güc yolu ilə hərb meydanında yerinə yetirməsini, Cənubi Qafqazda yeni reallıqlar yaratmasını həzm edə bilməyən ikili standartlı Qərb dövlətləri yenə də Fransa və ABŞ-nin başçılığı altında bizə qarşı qarayaxma kampaniyasına start verdilər, qərəzli beynəlxalq təşkilatlar vasitəsilə qətnamələr qəbul etməyə, ölkəmizə qarşı sanksiyaların qəbuluna çalışdılar.
İrəvan sözügedən xarici himayədarlarının fitvası, şirnikləndirici vədləri ilə 10 noyabr bəyanatının bəndlərini yerinə yetirməkdən yayınır, Qarabağdakı separatçılara dəstək verirdi. Lakin "dəmir yumruq" buna imkan vermədi və Ermənistana, dünya erməniçiliyinə sarsıdıcı zərbə endirərək Qarabağda quldur yuvasını dağıtdı.
Azərbaycanın qazandığı qələbələr və ərazisində separatizmin kökünü kəsməsi sayəsində Cənubi Qafqazda münaqişələrdən uzaq, təhlükəsiz həyat vəd edən sülh üçün münbit tarixi şərait formalaşıb. Amma bu, bölgədə müharibə ssenarisi gerçəkləşdirmək istəyən Qərb üçün barış arzuolunmaz vəziyyətdir və buna görə də ölkəmizin sülh təşəbbüslərinə vaxtaşırı kölgə salmaq istəyirlər. Həmçinin Ermənistana dəstək verərək, silahlandıraraq revanşa qızışdırırlar.
"Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər, əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil", - deyə Şuşadakı görüş zamanı Prezident İlham Əliyev altını cızdı ki, əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin.
Dövlət başçısı onu da vurğuladı ki, hər kəs bilir ki, biz nəyə qadirik, ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik.
İlham ƏLİYEV: "Mən nəyi deyirəmsə, onu da edirəm"
Postmünaqişə dövründə sülhə nail olunması üçün fəal iş həyata keçirən Azərbaycan Ermənistana təkmil sülh modeli təklif edib. Son vaxtlarda iki ölkə arasında bu istiqamətdə mühüm addımlar atılır.
Sərhədlərin delimitasiya və demarkasiyasının aparılması, eyni zamanda iki ölkə XİN rəhbərlərinin ardıcıl görüşləri də sülh müqaviləsinin imzalanmasına doğru irəliləyişlərin olduğunu göstərir.
Bu faktdır ki, sülh müqaviləsinin imzalanması Ermənistanı dalan ölkə olmaqdan qurtaracaq. Nəhayət ki, Ermənistan beynəlxalq hüquqla müəyyənləşmiş sərhədləri çərçivəsində onilliklərdən sonra rahat və təhlükəsiz bir şəraitdə yaşamağa başlaya bilər. Amma bu ölkə yenə də xarici himayədarlarına güvənərək bu prosesdən uzaqlaşmağa çalışsa, nəticəsi İrəvanın özü üçün çox ağır olacaq.
Necə ki, mayın 10-da Müzəffər Lider İlham Əliyev bu barədə Qarabağdan qətiyyətlə xəbərdarlığını etdi: "İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq?
...Bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər, mən nəyi deyirəmsə, onu da edirəm".
Yasəmən MUSAYEVA,
"Azərbaycan"
Məşhur atlet intihar edib
Premyer Liqa klubu sükanı kimə tapşıracağını bəlli etdi - SON DƏQİQƏ
Emin Mahmudov niyə bu statusdan MƏHRUM EDİLDİ?
Pezeşkian Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı hökmün icrası məsələsindən danışdı
İqtisadiyyat sahəsində Nobel mükafatının laureatlarının adları açıqlanıb
Prezident bir sıra məhkəmələrə sədr və sədr müavinləri təyin edib
Növbəti 50 ildə gözlənilən 7 əsas astronomik hadisə açıqlanıb
Əsas kapitala yönəldilmiş investisiyaların 72 faizdən çoxu tikinti işlərinə sərf olunub
Azərbaycanlı maliyyə eksperti Qazaxıstanda bir neçə modulu özündə birləşdirən layihə təqdim edib
“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub
Tramp seçkilərdə ordudan istifadənin mümkünlüyünü istisna etməyib
ANAMA: Ötən həftə 625 partlamamış hərbi sursat zərərsizləşdirilib
Kurban Berdiyev klubun sahibindən 1 milyonluq hücumçu istədi!
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
Multikultural dəyərlərin qorunması və təbliği ilə bağlı treninq təşkil olunub
"Neftçi"də baş məşqçi postuna yenidən Samir Abasov gəririlir
Külli miqdarda tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri təlim-məşq uçuşları icra edib
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycandan nəql olunan neftin 12,8 faizi SOCAR-ın payına düşüb
Ukraynanı çətin qış gözləyir
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!