24 Iyun 2022 14:42
615
DÜNYA
A- A+

Hindistan aprel-iyun aylarında Rusiyadan neft idxalını 50 dəfə artırıb

 

Hindistanın neft emalı müəssisələri bu ilin aprel-iyun aylarında Rusiyadan xam neft tədarükünü 50 dəfə artırıb.

AZƏRTAC xəbər verir ki, “The Economic Times” qəzeti bu barədə Hindistan hökumətindəki mənbələrə istinadla məlumat yayıb. Onların sözlərinə görə, son üç ay ərzində Rusiya neftinin respublikaya idxalı 50 dəfə artıb.

Fevralın 24-dək Hindistanın xaricdən aldığı neftin cəmi 0,2 faizi Rusiyanın payına düşdüyü halda, indi bu göstərici 10 faizə çatıb. May ayında Rusiya Səudiyyə Ərəbistanını geridə qoyaraq İraqdan sonra Hindistan bazarının ən böyük neft ixracatçısı olub. Dünyada enerji qiymətlərinin xeyli artdığı vaxtda Hindistan Rusiyanın neftin barelini 30 dollara qədər endirimlə satmağa məcbur olmasından istifadə edir. Nyu-Dehli may ayında Rusiyadan ümumilikdə 25 milyon barel neft alıb.

ABŞ və Çindən sonra dünyanın ən böyük üçüncü neft istehlakçısı olan Hindistan xammalın 85 faizini xaricdən alır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video