14 İyul 2024 08:10
681
SİYASƏT
A- A+
Heydər Əliyev uğurlara aparan idarəetmə məktəbi yaradıb

Heydər Əliyev uğurlara aparan idarəetmə məktəbi yaradıb

 

Ulu Öndər Heydər Əliyevin 55 il bundan əvvəl - 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi tariximizin unudulmaz səhifəsidir. 
Respublikamızın iqtisadi-siyasi, mənəvi böhrandan qurtuluşunun əsasının qoyulduğu həmin gün illərlə, əsrlərlə xatırlanmağa layiqdir. 
Çünki Heydər Əliyev rəhbərliyə gəlməklə Azərbaycanda əsaslı bir dönüş yaratdı, bütün bürokratik əngəlləri, maneələri aradan qaldırdı, yeni dövrün  - inkişafın, sağlam mühitin, birliyin, insanlara qayğı və diqqətin, əməyə hörmətin, zəhmətkeşə etimadın, işə məsuliyyətin yeni, möhkəm təməlini qoydu.
Milli ruhu oyatmaq, dilə, dinə, tarixə, mənəvi dəyərlərə, adət-ənənələrə hörmətlə yanaşmaq, tarixin dərslərindən nəticə çıxarmaq, azərbaycançılığı təbliğ etmək, dünya azərbaycanlılarını bir araya gətirmək, milli kadrlar hazırlamaq, sədaqətli vətəndaşlar yetişdirmək, iqtisadiyyatı inkişaf etdirməklə insanların rifah halını yaxşılaşdırmaq və respublikanı tanıtdırmaq, şöhrətləndirmək arzu olaraq qalmadı, Heydər Əliyevin əməlləri, fəaliyyəti ilə həqiqətə çevrildi, real həyatda öz təsdiqini tapdı.
"Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" ideyasını Ulu Öndər həyat amalına çevirdi və ömrünün sonuna kimi buna sadiq qaldı. O, xalqının xoşbəxtliyi, gələcəyi üçün bütün dövrlərdə dövlətin imkanlarını səfərbər etdi və insanların rifahına yönəltdi. Heydər Əliyev əsl dövlətçi idi, Azərbaycanı canından da əziz tuturdu, ancaq o, xalqın birliyi, rahatlığı, mənalı həyatı yaradılmadan dövlətin gələcəyinə ümidlə baxmırdı, xalqın milli ruhunu oyatmadan respublikanın inkişafının mümkünsüz olduğunu bilirdi. Məhz buna görə də Ulu Öndər respublikaya rəhbər təyin edildiyi ilk gündən xalqın milli ruhunun, mənliyinin özünə qaytarılmasına, oyadılmasına böyük önəm verdi. Milli kimlik anlayışını hər bir vətəndaşın şüurunda bərqərar etmək və bu anlayışı qürur  mənbəyinə çevirmək böyük rəhbərin ideya silahı idi və bu xoşbəxt gələcəyi təmin etmək üçün uğurlu yol idi. 
"Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir" kəlamı Heydər Əliyevin qəlbində vəzifəyə gələndə deyil, sözsüz ki, həyat yoluna qədəm qoyduğu gündən hakim idi. O, bu amalı ömrünün mənası hesab etməsəydi, çətin sınaqlardan çıxıb respublikanın rəhbəri vəzifəsinə yüksələ bilməzdi. Ulu Öndərin insan mənəviyyatına, ruhuna, inamına böyük önəm verməsi təsadüfi deyildi. Çünki kimliyini dərk etməyən, mənəviyyatını qorumayan, inamına söykənməyən insanın dövlət və xalq üçün fayda verməsi inandırıcı görünmür və buna görə də Heydər Əliyev milli-mənəvi dəyərlərə sahibliyi insan ömrünün mənası hesab edir və bildirirdi: "Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun". 
1970-ci illərdə respublikada mənəvi tərbiyə məsələlərinə həsr edilən ümumittifaq səviyyəli tədbirlər məhz Heydər Əliyevin bu sahəyə diqqət və qayğısından qaynaqlanır, Azərbaycan insanının mənəviyyatının, ictimai həyatda rolunun yüksəldilməsinə, milli kimliyinin dərkinə yönəldilirdi. 
1969-1982-ci illər Azərbaycanın inkişaf dövrü kimi tarixiləşdi və Heydər Əliyevin gərgin, düşünülmüş fəaliyyəti sayəsində, həmin illərin uğurları dönə-dönə xatırlanır və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu, danılmaz faktdır ki, həmin dövrdə Ümummilli Lider həqiqətən də bütün sahələrdə inqilab etmiş, respublikanı ağır iqtisadi-siyasi böhrandan qurtarmış, mənəvi aləmi saflaşdırmış, Azərbaycana yeni - dünənimiz və bu günümüz üçün vacib olan bir həyat bəxş etmişdir. Heydər Əliyev Azərbaycanda heç vaxt dəyərini itirməyən, sarsılmayan və həmişə uğurlara aparan bir idarəetmə məktəbi yaratdı, onu illər boyu möhkəmləndirdi və bu günümüzə ərməğan etdi.
Təşkilatçılıq, dürüstlük, dövlətə sədaqət, məsuliyyət, mənəvi kamillik, insanpərvərlik bu məktəbin təməlidir və bəşəri dəyərlərə, prinsiplərə əsaslanır. Məhz buna görə də Azərbaycanın yarım əsrdən artıq bir dövrü, xalqımızın ictimai-siyasi və mədəni həyatda qazandığı uğurlar, ölkəmizin bütün sahələrdəki dirçəlişi, yüksəlişi Heydər Əliyevin adı ilə əlaqələndirilir və bu, inkaredilməz faktdır. 
Heydər Əliyevin müdrikliyi, vətənpərvərliyi, siyasi iradəsi, xalqa, torpağa məhəbbəti, insana inamı onu Ümummilli Lider səviyyəsinə yüksəltmişdir. O, qətiyyəti, dərin düşüncəsi, uzaqgörən zəkası ilə Azərbaycanı böyük çətinliklərdən, bəlalardan xilas edərək dünyada ona böyük hörmət qazandırdı. Tanrı Heydər Əliyevi Azərbaycana yalnız dövlət rəhbəri kimi deyil, bir xilaskar kimi bəxş etmişdi. O, dövlət təhlükəsizliyi sistemində çalışdığı illərdə bir çox vəzifəli şəxsləri, yaradıcı insanları bəlalardan, təhlükələrdən xilas etdi, onları təqiblərdən, təsirlərdən qorudu. 
Bu xilaskarlıq missiyası 1970-1982-ci illərdə olduğu kimi, Azərbaycanın ən çətin anlarında, Qanlı Yanvar günlərində, 1993-cü ilin iyun ayında, sonrakı dövrlərdə də uğurla həyata keçirildi. Ulu Öndər öz həyatı, sağlamlığı hesabına xalqımızı, ölkəmizi əyilməyə, sınmağa, parçalanmağa qoymadı. Onun düşünülmüş siyasi gedişləri nəticəsində imzalanmış neft kontraktları, dövlət proqramları, böyük layihələr Azərbaycanı iqtisadi cəhətdən dirçəltdi, ordu quruculuğunun təkmilləşdirilməsinə, ölkənin müdafiə qüdrətinin möhkəmlənməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, vətəndaşların fəallığının yüksəldilməsinə, birliyə, həmrəyliyə təkan verdi. Hər an xalqın dəstəyinə arxalanan və xalqa arxa olan Heydər Əliyev müasir Azərbaycan tarixinin ən unudulmaz səhifələrini öz əməlləri ilə əbədiləşdirdi, fikirləri, düşüncələri, baxışları ilə nəinki bu günümüzün, gələcəyimizin yol xəritəsini işləyib hazırladı, nəsillərə yadigar qoydu.
Ulu Öndərin "Qarabağ torpaqları mütləq işğaldan azad olunacaq, biz Şuşamıza, Ağdama, Füzuliyə, gözəl Kəlbəcərə, Cəbrayıla, Qubadlıya, ata-baba torpaqlarımıza mütləq qayıdacağıq" fikirləri, arzuları ölməz rəhbərimizin uzaqgörənliyinin ifadəsi olmaqla bərabər, ümidlərin, inamların oyadılması, arzuların həqiqətə qovuşdurulması üçün mübarizənin alovlandırılması, qüvvətləndirilməsi idi.
Heydər Əliyev sağlığında Qarabağ torpaqlarının bugünkü xoşbəxt günlərini görürdü, xalqının iradəsinə, İlham Əliyevin qətiyyətinə, bacarığına inanırdı. Yəqin etmişdi ki, onun arzuları, inamı çin olacaq, erməni faşistləri torpaqlarımızdan qovulacaq, uzun illər işğal altında inləyən torpaqlarımızdan düşmən ayağı kəsiləcək. Özü kimi inandığı və etibar etdiyi İlham Əliyevin Vətənə, xalqa sonsuz məhəbbətini, sədaqətini bildiyi üçün Ulu Öndər özünün xilaskarlıq missiyasını, çətin günlərin əzab-əziyyətlərini, məsuliyyətini öz oğluna tapşırdı və yanılmadı. 
Azərbaycan Prezidenti, Ali Baş Komandan, xilaskar atanın xilaskar oğlu İlham Əliyev Heydər Əliyevin arzularına yeni, unudulmaz bir həyat verdi. Ordumuzun, xalqımızın birliyi sayəsində tarixi qələbə qazanmaqla ölkəmiz nəinki düşmənə, təcavüzkarları müdafiə edən, onları silahlandıran dövlətlərə öz gücünü, qətiyyətini, mübarizliyini göstərdi.    
Cənab İlham Əliyevin təşəbbüsü ilə indi türk dövlətləri Qarabağ torpaqlarında bir araya gəlir, Türk Dövlətləri Təşkilatının Zirvə görüşü Şuşada keçirilir. Azərbaycan ən mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edir. Ölkə iqtisadiyyatı inkişafdadır, hökm sürən ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, Prezidentin sülh, əmin-amanlıq, əməkdaşlıq çağırışları və bu çağırışların əməli fəaliyyətdə əks olunması dünyaya bir nümunədir.    
Bu nümunələr Ulu Öndər Heydər Əliyevin arzularının çiçəklənməsi, amallarının uğurla həyata keçirilməsidir. Xalq hər an, hər gün öz unudulmaz rəhbərinə, xilaskarına sonsuz ehtiram və sədaqətini ifadə etməklə onun istəklərini reallaşdırır, prezidentinin iradəsi, uzaqgörənliyi sayəsində yeni, dünyaya örnək olan bir Azərbaycan yaradır və Ümummilli Liderin ruhunu sevindirir.  

Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!