08 Dekabr 2023 10:20
852
Mədəniyyət
A- A+
Hərbi marşların tarixdən gələn səsi

Hərbi marşların tarixdən gələn səsi

 

Musiqinin insana güc verməsi, damarlarında axan qanı coşdurub düşmən üzərinə aparması, qələbəyə ruhlandırması yaxın keçmişimizin söhbəti deyil. Tarixin saralmış səhifələrini vərəqlədikcə görürük ki, ötən əsrlərdə döyüş sirlərinə az-çox vaqif olan sərkərdələr də əsgərlərini düşmən üzərinə vətənpərvərlik mahnılarının sədaları altında göndərirmişlər. 
Əgər bu hərbi marş və mahnılar daim döyüşçülərin qanlarını coşdurub qəlblərini riqqətə gətirməsəydi, babalarımız onları yaratmazdılar, qanlı savaşlardan əvvəl insana güc verən marşları səsləndirməzdilər. Deməli, müharibənin hər üzünü görmüş təcrübəli sərkərdələr hərbi marşlara əsgərlərinə cəsarət və igidlik aşılayan, qələbəni təmin edən vacib mənəvi amillərdən biri kimi baxmışlar. Buna görə də döyüş ərəfəsində yeri-göyü yerindən oynadan marş və mahnıları səsləndirərək, əsgərlərini qələbəyə ruhlandırmışdılar. 
Böyük maraqla tamaşa etdiyimiz tarixi filmlərdə biz belə səhnələri çox seyr etmişik: döyüş zamanı musiqi ilə silah qoşa qanad kimi birləşəndə düşmən daha asan məhv edilir, uğur tez qazanılır. Qəlbləri riqqətə gətirən marş sədaları yağı üzərinə gedən əsgərləri uğurlara səsləyir, zəfərlərə qovuşdurur. Musiqi sədalarından güc alan döyüşçülər doğma yurdu azad edərək xalqına qələbə sevinci yaşadırlar. 
Tez-tez dinlədiyimiz marş və mahnılar qəlbimizə açılan sirli-sehirli qapıya  bənzəyir. Tarixin pozulmayan, daim parlaq qalan aynası göstərir ki, ərənlərimiz hərbi marş və mahnıların gücünü, onun əsgərə ruh verib qələbəyə kökləyən ritmini çox gözəl duyublar, onun  məğlubedilməzliyini dərindən hiss ediblər. Musiqi ritmlərində gizlənən gücün incəliklərini aşkarlayıb, onun sirlərlə dolu möcüzəli qapısına elə möcüzəli də açar tapıblar. Buna görə də qələbəni itkisiz və asan qazanıblar. 
Böyük Nizami Gəncəvi "İsgəndərnamə" poemasında döyüşlərdən əvvəl əsgərləri vəcdə gətirən mahnı və marşların ifa edilməsini böyük məharətlə təsvir edir. Dahi ustadın əsərlərində də mahnı və marşların əsgərlərə necə güclü təsir göstərdiyini aydın görürük. Şeypurlardan çıxan səsləri aslan nərəsinə bənzədən böyük Nizami yazır:

Şeypurlar qoparır aslan nərəsi,
Dimağı doyurur neyin nəfəsi.
Türk nayı qopardı elə bir şivən,
İgidlər coşaraq qopdu yerindən.

Əsərin yazıldığı zamandan səkkiz əsrdən çox vaxt keçməsinə baxmayaraq, təkcə hərbi marş və mahnılar deyil, elə bu misralar da oxucu qəlbini riqqətə gətirir. Çünki musiqi ilə bərabər, elə bu misralar da vətənin müdafiəsində dayanan əsgərləri qalibiyyətə səsləyir. Ta qədimlərdən həmişə belə olub: dahiyanə şəkildə yazılmış sözlər, bəstələnmiş musiqilər təravətini, məna çalarlarını, hikmət yükünü heç vaxt itirməyib. 
Zamanlara qalib gələn dəyərli fikirlər, musiqilər yenə də dünəndən-bugünümüzə boylanmaqdadır. 
Ölməz şairin yazdığı bu misraları oxuduqca gözlərimiz önündə qanlı döyüşlər, geniş çöllərdə üz-üzə dayanmış qoşunlar və bu gün muzeylərdə gördüyümüz oxla, qılıncla, əmudla, nizə ilə silahlanmış əsgərlər canlanır. Səkkiz əsr əvvəl yazılmış böyük əsərdən nümunə gətirdiyimiz kiçik parçalar bu gün yenə də bizə güc-qüvvət verib düşmən üzərində zəfərə ruhlandırır. Döyüşdən əvvəl musiqi dinləyən əsgər yalnız qələbə barədə düşünür, nəyin bahasına olursa-olsun yağıları məhv edib uğur qazanmağa çalışır. 
Dəfələrlə şahidi olmuşuq ki, mahnı və marşları dinləyən əsgərlərin baxışından cəsarət yağır, qəhrəmanlıq süzülür. Bu anlarda onlar özlərini həm fiziki, həm də mənəvi cəhətdən güclü və yenilməz hiss edirlər. Bax, budur hərbi marş və mahnıların yenilməz gücü, insan qəlbindəki qüdrət və təntənəsi! Musiqi döyüşçülərə güc verərək onları uğurlara səsləyir, düşmən üzərinə daha da cəsarətlə şığımağa həvəsləndirir. 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin davam etdiyi günlərdə, Qarabağın azadlığı uğrunda döyüşlərin səngimədiyi çağlarda da sözlə musiqi birləşərək əsgərlərimizə mənəvi güc verirdi, qələbəmizi, zəfərimizi yaxınlaşdırırdı. İkinci Qarabağ müharibəsində ön xətdə olarkən Xalq artisti Nurəddin Mehdixanlının hərbi marş və mahnıların müşayiəti, qəlbləri riqqətə gətirən səsi ilə oxuduğu şeirlər zabit və əsgərlərimizin döyüş ovqatını artırırdı. Həm hərbi marş və mahnılardan, həm də ürəklərində cövlan edən vətənpərvərlik hisslərindən güc alan döyüşçülərimiz Vətən müharibəsində erməni qəsbkarları üzərində zəfər çalaraq 30 ilə yaxın davam edən işğala son qoydular. 

Vahid MƏMMƏDQULUOĞLU,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xalqın yüksək etimadının təcəssümü 

08:15
07 Fevral

Azərbaycanın mövqeyini möhkəmləndirən uğurlu siyasət

08:10
07 Fevral

Yeni tariximizin qürur səhifəsi

08:05
07 Fevral

İNAM

08:00
07 Fevral

V.Z.Nəsirlinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilməsi haqqında

03:15
07 Fevral

S.Ə.Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında

03:14
07 Fevral

Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələrin təsdiq edilməsi barədə

03:13
07 Fevral

Azərbaycan Respublikası Prezidentinin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli, “İnvestisiya təşviqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər, Azərbaycan Respublikası Prezidentinin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli, “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2016-cı il 20 aprel tarixli 877 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanının ləğv edilməsi barədə” 2022-ci il 20 dekabr tarixli 1913 nömrəli və “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri”nin təsdiq edilməsi haqqında” 2024-cü il 1 fevral tarixli 2462 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə  

03:11
07 Fevral

“Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında

03:09
07 Fevral

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

03:08
07 Fevral

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub

02:12
07 Fevral

İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib  

01:30
07 Fevral

QMİ sədri Əbu-Dabidə bir sıra görüşlər keçirib  

21:13
06 Fevral

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

20:57
06 Fevral

Hesablama Palatası Əbu-Dabidə dövlət auditində süni intellektin tətbiqi məsələlərini müzakirə edib  

20:41
06 Fevral

"Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun buraxılış mərasimi keçirilib  

20:39
06 Fevral

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyinə nəzarət gücləndirilməlidir  

19:43
06 Fevral

Turistlər Azərbaycanda ən çox nəyə pul xərcləyirlər? – STATİSTİKA 

19:43
06 Fevral

Rusiyanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb: Zatulinin bəyanatına görə Moskvaya etiraz notası verilib  

19:36
06 Fevral

Ədliyyə naziri Göyçayda vətəndaşların müraciətlərini dinləyib  

19:18
06 Fevral

Həyəcan təbili çalmağın zamanıdır

18:36
06 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!