04 Mart 2024 14:03
150
DÜNYA
A- A+

Gürcüstanda əhalinin sayı azalır

 

Gürcüstanda son bir neçə il ərzində ölüm sayı doğum sayını üstələyib.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə demoqrafik məsələlər üzrə ekspert Merab Xmaladze bildirib. Onun sözlərinə görə, 2021-ci, 2022-ci və 2023-cü illərdə Gürcüstanda əhali sayında azalma qeydə alınıb. Buna əhali arasında ölüm nisbətinin artması, doğum səviyyəsinin isə azalması səbəb olub. Qismən artım yalnız Acarıstan, Tbilisi və Kvemo Kartli bölgələrində müşahidə edilib.

Ekspert deyib ki, son üç ildə ən çox artım Gürcüstanın etnik azərbaycanlı vətəndaşları arasında qeydə alınıb.

Bununla belə, son illərdə bəzi müsbət tendensiyalar da baş verib. Bu, ilk növbədə, körpələr və bir yaşadək uşaqlar arasında ölüm səviyyəsinin azalması və orta ömür müddətinin artmasıdır.

Ekspertin fikrincə, doğum nisbətinin artması üçün ailələri təşviq etmək və müxtəlif sosial layihələr həyata keçirmək lazımdır, əks halda Gürcüstan əhalisinin sayı azalmaqda davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video