13 Avqust 2025 19:23
533
SİYASƏT
A- A+
Gürcü politoloq: Vaşinqton görüşü Cənubi Qafqaz və dünya üçün tarixi dönüş nöqtəsidir  

Gürcü politoloq: Vaşinqton görüşü Cənubi Qafqaz və dünya üçün tarixi dönüş nöqtəsidir  


Avqustun 8-də Vaşinqtonda keçirilən görüş və bu görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinə aparan Birgə Bəyannamənin imzalanması Cənubi Qafqaz ölkələri üçün mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Beynəlxalq Münasibətlər Akademiyasının rəhbəri, Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun baş direktoru Simon Kopadze söyləyib.

Onun sözlərinə görə, Ermənistan ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması XXI əsrin çox mühüm hadisəsidir.

Politoloq deyib: “Müharibəyə başlamaq üçün bir tərəf kifayətdir, amma sülhə nail olmaq üçün iki tərəf lazımdır. Bu gün müharibəni başlayanla təcavüzə məruz qalan, zamanın ən çətin sınağından keçərək müharibəni udan tərəfin eyni masada tərəf kimi oturması tarixdə təsadüf edilən nadir hadisələrdəndir. Vaşinqton görüşündə diqqət çəkən ən unikal məsələlərdən biri də Azərbaycan Prezidenti İlham Əliyevin dahiyanə hərəkəti oldu. Prezident İlham Əliyev qalib olmasına baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə qalib kimi deyil, tərəfdaş kimi davrandı. Burada İlham Əliyevin alicənablığı hiss olunurdu. O, Paşinyana təkcə tərəfdaşlıq əlini uzatmadı, həm də düşməninə əl uzatdı. Bu, çox qiymətli bir addımdır”.

Aprelin əvvəlində Bakıda ADA Universitetində Beynəlxalq konfransda iştirakını xatırladan Kopadze deyib: “Konfransda mən çox mühüm sözlər eşitdim. Orada deyirdilər ki, İlham Əliyev heç kimin bacarmadığını etdi. O, on milyonluq xalqı bir yumruq kimi birləşdirdi. Millətin başında dayandı və qələbəyə apardı. İşğal altında olan ərazilərini azad etdi və həmin bölgələr indi sürətlə inkişaf etdirilir. Mən öz gözlərimlə gördüm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin yeddi rayon, eləcə də Xankəndi və Şuşa iki ilə necə inkişaf etdirilib. Təsəvvür edin, Xankəndi hələ bir il əvvəl xarabalıq idi. Amma iki ildən sonra orada böyük infrastruktur quruldu və Xankəndidə beynəlxalq sammit keçirildi. Bu, çox böyük, misli görünməmiş bir işdir. Bu işlər hər birimiz üçün təkcə maliyyə baxımından deyil, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyır”.

Politoloq hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra region çox böyük inkişaf yoluna qədəm qoyacaq. Təkcə region üçün deyil, Yaxın Şərq və Mərkəzi Asiya üçün, ümumilikdə isə bütün dünya üçün çox böyük perspektivlər açılacaq. Cənubi Qafqazla birlikdə Yaxın Şərq və Mərkəzi Asiya da inkişaf edəcək. Cənubi Qafqaz, Qazaxıstan, Çin və digər dövlətlər arasında birbaşa əlaqə yaranacaq. Çin məhsulları Qazaxıstan vasitəsilə, Orta Dəhlizlə və artıq Zəngəzur dəhlizi ilə daşınacaq. Bu, çox qısa bir yoldur.

Simon Kopadze deyir ki, Zəngəzur dəhlizinin Orta Dəhlizə rəqib olacağı barədə fikirlər də yanlışdır. Çünki hər iki dəhliz bir-birinə rəqib olmayacaq, əksinə, qlobal inkişafa səbəb olacaq. Regionda kommunikasiyalar nə qədər çox olsa, bir o qədər inkişaf geniş vüsət alacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!