22 Sentyabr 2023 12:00
398
İQTİSADİYYAT
A- A+

Gübrənin satış qiyməti ucuzlaşdı

 

"Aqroservis" Açıq Səhmdar Cəmiyyəti səpin mövsümündə bir neçə adda gübrənin qiymətində endirim edib. Xüsusilə yeni gətirilmiş nitroammofoska gübrəsinin qiyməti hazırkı bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı salınıb.

Fermerlər artıq səpin mövsümündə bitkilərin kök sisteminin inkişafı üçün istifadə etdikləri nitroammafoska gübrəsinin 1 tonunu 800, 50 kq-lıq kisəni isə 40 manata əldə edə bilərlər. Həmçinin ASC-də satılan ammofos, ammonium sulfat və kalium sulfat gübrələri də endirimli qiymətlə satılır.
ASC-nin mineral gübrələrin satışında etdiyi endirimlərin məqsədi fermerlərin gübrəyə olan tələbatını və əlçatanlığını təmin etmək, məhsuldarlığın inkişaf etdirilməsinə dəstək olmaq və mineral gübrədən istifadə arealını daha da genişləndirməkdir.
Qeyd edək ki, taxıl bitkilərinin səpini mövsümündə tətbiq olunan nitroammofoska və ammofos gübrələri tərkibindəki fosforun təsiri ilə məhsuldarlığı artırır, əlavə olaraq nitroammofoska gübrəsində olan kalium bitkinin şaxtaya və xəstəliklərə qarşı müqavimətini yüksəldir. Kalium sulfat kalium elementi ilə zəngin olan, əsasən kökümeyvəli bitkilər üçün əvəzolunmaz gübrədir. Sitrus bağları və çay bitkilərinin azota olan tələbatının ödənilməsi üçün isə ən yaxşı seçim kimi ammonium sulfatı misal göstərmək olar. Adları çəkilən mineral gübrələrlə təchiz olunmuş "Aqroservis" ASC-nin müvafiq anbarları fermerlərimizin təminatı üçün hazır vəziyyətdədir.


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video