26 Dekabr 2018 20:44
1515
CƏMİYYƏT
A- A+
Gələn ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

Gələn ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2018-ci il 25 dekabr tarixli 12 nömrəli qərarı ilə 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Gələn ilin iş vaxtı normasında qeyd olunub ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2018-ci il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən, gələn il yanvarın 1-i və 2-si Yeni il bayramı, 20 Yanvar Ümumxalq hüzn günü, 8 Mart Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 9 May faşizm üzərində Qələbə Günü, 28 May – Respublika Günü, 5, 6 iyun – Ramazan bayramı, 15-i – Milli Qurtuluş Günü, 26 iyun – Silahlı Qüvvələr Günü, 12, 13 avqust – Qurban bayramı, 9 noyabr – Dövlət Bayrağı Günü, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü iş günləri hesab edilmir.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin "2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2018-ci il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən, 2019-cu ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar beşgünlük iş həftəsində 25, 26 mart, 17 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 25 mart tarixi istirahət günləridir.

Gələn il fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

Seçki Məcəlləsinin 211.1-ci və 213-cü maddələrinə əsasən, bələdiyyələrin səlahiyyət müddəti beş ildir. Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin olunması barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. 2019-cu ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2019-cu ilin 27 dekabr tarixi iş günü hesab edilməyən bələdiyyə seçkiləri günü kimi nəzərə alınır.

Gələn il beşgünlük iş həftəsində 242 iş günü (onlardan 9-u bayramqabağı, 1-i səsvermə qabağı iş günü), iş günü hesab edilməyən 103 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 18 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və istirahət günü ilə üst-üstə düşən 1 ümumxalq hüzn günü var.

2019-cu il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1926 saat təşkil edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!