GDU-da ikili diplom proqramı üzrə qəbul olmuş tələbələrlə görüş keçirilmişdir
Gəncə Dövlət Universiteti (GDU) və Türkiyənin Dokuz Eylül Universiteti arasında imzalanmış müqaviləyə uyğun olaraq ikili diplom proqramı üzrə 2023-2024-cü tədris ilində biologiya ixtisasına qəbul olmuş tələbə və onların valideynləri ilə görüş keçirilmişdir.
Görüşdə GDU-nun rektoru, professor Yusif Yusibov çıxış edərək tələbələri təbrik etmiş və ikili diplom proqramının üstünlüklərindən danışmışdır. Qardaş ölkənin nüfuzlu universitetinin diplomunu əldə etmək imkanını tələbələr üçün böyük şans adlandıran rektor yaxın gələcəkdə proqram çərçivəsində görüləcək işlərdən söhbət açaraq bildirmişdir ki, tələbələr beynəlxalq akkreditasiyadan keçmiş ixtisaslar üzrə ilk iki tədris ilini Dokuz Eylül Universitesində, növbəti iki ili isə Gəncə Dövlət Universitetində təhsil alacaqlar. Sonra universitetin innovasiyalar departamentinin rəhbəri Vasif Həsənov və Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev proqramın təhsil sahəsində yaratdığı imkanlardan danışmışlar.
Görüşdə qeyd edilmişdir ki, ikili diplom proqramı üzrə biologiya ixtisasına qəbul olmuş tələbələr oktyabrın 2-dən Dokuz Eylül Universitesində təhsil almağa başlayacaqlar. Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Sabir ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan XİN Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin qərəzli fikirlərini şərh edib...
05 Dekabr
Ceyhun Bayramov: Xəzərin hüququ statusuna dair konvensiyanın ratifikasiyası Moskva görüşünün əsas mö...
05 Dekabr
Azərbaycan Mətbuat Şurasının AZƏRTAC-ın əməkdaşının jurnalist fəaliyyətinin məhdudlaşdırılması ilə b...
05 Dekabr
Ten Kristian: Fransanın Yeni Kaledoniyada hərbi baza yerləşdirməsinə razı deyilik
05 Dekabr
Milli Məclisin plenar iclasında 22 məsələ müzakirə edilib
05 Dekabr
Alessandro Biançi: Mədəni irsə qarşı vandallıq aktları yolverilməzdir
05 Dekabr
Penitensiar Xidmətdə qazilərlə görüş olub
05 Dekabr
Qərbi Azərbaycan xalçalarının Milli Xalça Muzeyində sərgisi açılıb
05 Dekabr
UNESCO: Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbay...
05 Dekabr
Moskvada Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü keçirilir
05 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!