13 İyun 2024 08:25
405
SİYASƏT
A- A+
Fransanın cinayətləri ifşa edilir

Fransanın cinayətləri ifşa edilir

 

Bakı Təşəbbüs Qrupu bu istiqamətdə vacib platforma rolunu oynayır

 

"Azərbaycan dövləti və onun ali siyasi rəhbərliyi daim bəşəriyyət əleyhinə ən ağır cinayət növlərindən biri olan müstəmləkəçilik əleyhinə çıxış edir. Dövlətimiz haqları tapdalanan xalqların yanındadır, haqqın, ədalətin müdafiəçisidir.  Qoşulmama Hərəkatına dörd illik sədrliyi dövründə də məhz müstəmləkəçilik əleyhinə mübarizəni təbliğ və təşviq edib, bu sahədə konkret addımlar atıb".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat qeyd edib ki, Azərbaycan məzlum xalqların yanındadır: "Bu nöqteyi-nəzərdən Fransanın müstəmləkələri olan Yeni Kaledoniya, Fransa Polineziyası və digər ərazilərdə xalqların azadlıq mübarizəsini dəstəkləyir. Fransanın XXI əsrdə insanların azadlıq mübarizəsini qan içində yatızdırması qəbuledilməzdir. Bu ölkənin Yeni Kaledoniyada törətdiyi cinayətlər bəşəriyyət əleyhinə yönəlib. Həmin ərazilərdə baş verən iğtişaşlar nəticəsində 10 nəfərdən çox insan azadlıq mübarizəsinə görə qətlə yetirilib, yüzlərlə insan həbs edilib. Fransa hökuməti, həmçinin kanakların etiraz aksiyasının beynəlxalq aləmə çatdırılmasına mane olur və çirkin məqsədləri üçün əlindəki bütün imkanlardan istifadə edir. Eyni zamanda Yeni Kaledoniyaya giriş qadağan edilib, ərazidə fövqəladə vəziyyət və komendant saatı kimi təzyiq üsulları işə salınıb". 
Deputatın sözlərinə görə, özünü "demokratiyanın beşiyi" hesab edən Fransanın cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması vacibdir. Dünya fərqinə varmalıdır ki, eninə-uzununa demokratiyadan danışan, beynəlxalq ictimaiyyətə özünü "demokrat" kimi sırıyan Fransa və onun siyasi rəhbərliyi, əslində, ən ağır cinayətlərə imza atırlar.  Bakı Təşəbbüs Qrupunun məhz bu istiqamətdə atdığı addımlar, habelə bu gün hibrid formada mühüm tədbir keçirmək niyyəti təqdirəlayiqdir. Bu tədbirdə ilk növbədə müstəmləkəçilik siyasəti, ona qarşı mübarizə üsulları və bu prosesdə kommunikasiyanın rolu ilə bağlı məqamlar diqqət mərkəzində saxlanılacaq. 
"Bir çox ölkədən jurnalistlər, bloqçular və vətəndaş cəmiyyəti institutunun təmsilçiləri bu müzakirələrdə iştirak edəcəklər. Onlar beynəlxalq ictimaiyyətə Fransanın törətdiyi cinayətlərin mahiyyətini və Parisin bu gün də yerli əhaliyə qarşı törətdiyi ağır cinayətlər haqqında məlumatları çatdıracaqlar. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bu tədbir Fransanın yaratdığı informasiya blokadasını yarmaq, dağıtmaq və Yeni Kaledoniya həqiqətlərini, kanakların başına gələn müsibətləri beynəlxalq aləmdə səsləndirmək üçün vacib platforma rolunu oynayacaq. Bakı Təşəbbüs Qrupu bu istiqamətdə çox uğurlu siyasət həyata keçirir", - deyə müsahibimiz əlavə edib.
Elman Nəsirov yekunda deyib ki, Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi bu tədbir Makronun Afrika qitəsində həyata keçirdiyi amansız siyasətin iflasa uğramasına töhfə verə bilər: "Heç kəsdə şübhə doğurmur ki, həqiqət gec-tez öz yerini tapacaq. Kanaklar və Fransanın müstəmləkəsi altında olan digər xalqlar haqq mübarizəsində qalib gələcəklər. Onların azadlıq arzularını qan içində boğan Fransa isə növbəti dəfə məğlubiyyətə uğrayacaq".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Meksikada narkokartelin 19 üzvü öldürüldü

14:40
23 Oktyabr

ABŞ və Yaponiya genişmiqyaslı təlimlərə başladı

14:39
23 Oktyabr

Qurban Qurbanov: "Ayaks"la matçda çəkinmədən mübarizə aparacağıq

14:36
23 Oktyabr

Pərviz Şahbazov çinli və iranlı həmkarları ilə enerji əməkdaşlığını müzakirə edib

14:35
23 Oktyabr

BRICS-in tərəfdaşları siyahısına 13 dövlət daxil olub

14:34
23 Oktyabr

Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün Kazana yola düşüb

14:32
23 Oktyabr

Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişlərə başlanılacaq

14:31
23 Oktyabr

Azərbaycan ilə Qırğızıstanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb

14:22
23 Oktyabr

Almaniya səfiri Rusiya XİN-ə çağırıldı

14:21
23 Oktyabr

Kvaratsxeliya mövsümə 6 milyon avro qazanacaq

14:13
23 Oktyabr

Ukraynanın baş prokuroru istefa verdi

14:06
23 Oktyabr

Xavi "Mançester Yunayted"də?

13:57
23 Oktyabr

Böyük Britaniya və Almaniya arasında saziş imzalanacaq

13:47
23 Oktyabr

Oktyabrın 24-də ölkə ərazisində hava əsasən yağmursuz olacaq

13:42
23 Oktyabr

Emin Mahmudov: "Açıq deyim ki, fiziki baxımdan çox zəifik”  

13:31
23 Oktyabr

BMT-nin baş katibi BRİCS sammitinə getdi 

13:22
23 Oktyabr

Paşinyan BRİKS sammitində iştirak edəcək

13:16
23 Oktyabr

Baydendən hərbi xərclərlə bağlı açıqlama

13:04
23 Oktyabr

Braziliyada qırıcı qəzaya uğradı

13:02
23 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi ilə görüşü olub YENİLƏNƏCƏK

13:01
23 Oktyabr

DİN “ASAN xidmət” mərkəzlərində göstərdiyi xidmətlər üzrə vəzifələrə müsabiqə elan edir  

12:57
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!