05 Mart 2024 08:55
328
SİYASƏT
A- A+

Fransa Almaniyadan nümunə götürməlidir

 

Əks təqdirdə, Paris Ermənistanın boz dağlarında qalacaq

 

"Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri bu ölkənin Azərbaycanı Cənubi Qafqazın lider dövləti qəbul etməsinin, əməkdaşlığı genişləndirmək istəyinin təzahürüdür. Bu, o deməkdir ki, Avropa İttifaqının aparıcı dövləti olan Almaniya Azərbaycanla əməkdaşlığa xüsusi yer verir". 
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədr mavini Musa Qasımlı deyib. Onun sözlərinə görə, nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi iki ölkə arasında münasibətlərin inkişaf dinamikasının göstəricisidir. Qəbul zamanı Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Ralf Horlemannın Prezident İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik etməsi və Azərbaycan-Almaniya münasibətlərindən söz açması əməkdaşlığın perspektivlərindən xəbər verir. Bu səfər göstərir ki, Almaniya Azərbaycanla əməkdaşlıqda maraqlıdır, alman şirkətləri bərpa-olunan enerji sahəsində də əlaqə yaratmaq istəyirlər. 
Komitə sədrinin müavini qeyd edib ki, dövlət başçısının çıxışı həm ikitərəfli münasibətlərə, həm region məsələlərinə, həm də dünya siyasətinə aid olan problemlərə aydınlıq gətirir: "Prezident İlham Əliyev ilk növbədə Almaniya ilə münasibətlərin inkişafının vacibliyini bildirdi, iqtisadi əməkdaşlığın münasibətlərin möhkəm təməli olduğunu qeyd etdi. Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış və artıq tarixə qovuşmuş münaqişədə Almaniyanın özünün bitərəfliyini qoruyub saxladığını qeyd etməsi də əhəmiyyətli idi. Almaniyanın bu mövqeyi Fransanın davranışlarından tamamilə fərqlənir, çünki Paris regionda münaqişəni yenidən qızışdırmaq istəyir. Cənab Prezident beynəlxalq hüququn Azərbaycan tərəfində olduğunu vurğuladı, buna baxmayaraq, bəzi beynəlxalq təşkilatlarda ikili standartların hökm sürdüyünü qeyd etdi. Belə təşkilatlardan biri Avropa İttifaqıdır".
Deputat vurğulayıb ki, Avropa İttifaqının bəyanatlarından onların Azərbaycana münasibəti aydındır. Belə bəyanatlar Azərbaycanı təhdid etməkdən başqa bir şey deyil və konkret olaraq Cozef Borelin "Azərbaycan Ermənistana hücuma hazırlaşır" iddialarına münasibət bildirən dövlət başçımız birmənalı olaraq söylədi ki, bu məlumatlar tamamilə yalandır, belə plan yoxdur. Bu fikri söyləyənlər özlərinin xəyallarını gündəmə gətirirlər. Görüş zamanı cənab Prezident İlham Əliyevin Azərbaycan torpaqlarının bir hissəsinin 30 il ərzində işğal altında qaldığı zaman bəzi dövlətlərin davranışlarına diqqət çəkməsi çox əhəmiyyətlidir.
 M.Qasımlı qeyd edib ki, o vaxt Qərb BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə məhəl qoymurdu və bu gün Azərbaycanı ittiham etməyə çalışan şəxslər - Emmanuel Makron, Cozef Borel və digərləri səslərini də çıxarmırdılar. Artıq Avropa İttifaqı belə yanaşması ilə özünü nüfuzdan salıb. "Cənab Prezident çıxışında Avropa Şurası Parlament Assambleyasının davranışlarına da aydın münasibət bildirdi. Əgər Azərbaycan tərəfi özünün baxışlarını Avropa Şurası Parlament Assambleyasında ifadə edə bilməyəcəksə, o zaman həmin təşkilatda nəyə görə qalmalıdır? Və birmənalı olaraq vurğulandı ki, əgər AŞPA qərarına yenidən baxmasa, Azərbaycanın bu təşkilatda qalması məsələsinə baxıla bilər", - deyə komitə sədrinin müavini əlavə edib.
Xüsusən ABŞ və Fransanın mövqeyinin qəbuledilməz olduğunu bildirən Musa Qasımlı deyib ki, Prezident İlham Əliyev həmin ölkələrə Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla işləməyi tövsiyə edib.
Deputatın fikrincə, alman nümayəndə heyətinin qəbul edilməsi, görüşdə dövlət başçımızın söylədikləri digər ölkələr üçün də dərs ola bilər. Azərbaycan Cənubi Qafqazda sülh istəyir, müharibənin qəti əleyhinədir, heç bir təzyiqi və təhdidi qəbul etmir, öz inkişaf yolu ilə gedir. 
Musa Qasımlı hesab edir ki, alman nümayəndə heyətinin Azərbaycana gəlməsi Cənubi Qafqazda və Avropada bəzən açıq, bəzən də gizli olan alman-fransız rəqabətində Almaniyanın önə çıxmasıdır. Fransa Almaniyadan nümunə götürməlidir. Əks təqdirdə, Paris heç bir şey əldə edə bilməyəcək, ağzını göyə açmış vəziyyətdə Ermənistanın boz dağlarında və daşlarında qalmalı olacaq.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video