05 Dekabr 2023 20:45
472
SİYASƏT
A- A+
Ermənistandan didərgin salınmış azərbaycanlıların geri qayıdışının təmin edilməsi mövzusunda beynəlxalq konfrans başa çatıb

Ermənistandan didərgin salınmış azərbaycanlıların geri qayıdışının təmin edilməsi mövzusunda beynəlxalq konfrans başa çatıb

 

Dekabrın 5-də Qərbi Azərbaycan İcması tərəfindən təşkil olunan “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans işini yekunlaşdırıb.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanlıların Ermənistandan zorla köçürülməsi: tarixi və miqyası” mövzusunda keçirilmiş panel iclasda çıxış edən Qərbi Azərbaycan İcması sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən İcmanın Qayıdış Konsepsiyasının mahiyyəti barədə məlumat verib.

Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Ermənistandan zorla köçürülmüş azərbaycanlıların qayıdış hüququna dəstəyini bildirərək, İcmanın sülhsevər yanaşmasını təqdir edib.

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Nazim Mustafa, ADA Universitetinin əməkdaşı Maksim Qoən, Türkiyənin Ankara Universitetinin professoru Yıldız Bozkuş, ABŞ-nin Şimali Karolina Universitetinin professoru Əli Əsgər Ermənistandan azərbaycanlıların qovulması mövzusu üzrə elmi məruzələrlə çıxış ediblər.

“Qayıdış hüququ və repatriasiya: Hüquqi və siyasi çərçivə” mövzusunda keçirilən ikinci paneldə çıxış edən Yunanıstanın Saloniki Universitetinin Hüquq Fakültəsinin dekanı Panayotis Qlavinis, İtaliyanın Peruca Universitetinin əməkdaşı Daniel Pommier Vinçelli, İtaliya İnsan Hüquqları Federasiyasının prezidenti Antonio Stanqo, Tirana Jurnalistika peşəkarlığı Mərkəzinin icraçı direktoru Krisafi Ledion çıxışlarında dünyada köçkünlük problemi və qayıdış hüququ mövzularına toxunublar.

“Qayıdış hüququ: nailiyyətlər və praktikada çətinliklər” adlı sonuncu paneldə çıxış edən İndoneziya Üləma Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının sədri Səfir Bunyan Saptomo, “Ortaq Gələcəyə Malik İcma” Pakistan Araşdırma Mərkəzinin icraçı direktoru Xalid Taymur Əkrəm, “Əlcəzair-2” Universitetinin professoru Çakib Benhafri, İordaniya Nazirlər Kabinetinin media müşaviri Mohammed Salah Al Malkavi, Rusiyanın “BRICS və Şanxay Əməkdaşlığı Təşkilatı” İnnovativ Diplomatiya Mərkəzinin baş direktoru Nina Ladıqina-Qlazunova, Macarıstanın Dövlət Qulluğu Universitetinin əməkdaşı Zoltan Eqeresi müxtəlif regional kontekstlərdə qaçqınlıq və məcburi köçkünlük və geri qayıtma halları barədə məruzələrlə çıxış ediblər. Fransanın müstəmləkə dövründə Əlcəzairdə törətdiyi insanlıq əleyhinə cinayətlər və əhalinin məcburi köçürmə siyasəti barədə Çakib Benhafrinin çıxışı iştirakçılar arasında xüsusilə maraqla qarşılanıb.

Tədbirdə Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri professor Misir Mərdanov yekun nitqi ilə çıxış edib.

M. Mərdanov fəal iştiraklarına görə natiqlərə və iştirakçılara təşəkkürünü bildirib. Müşahidə Şurasının sədri qeyd edib ki, konfransda aparılmış məzmunlu müzakirələr bu tədbiri geri qayıtmaq hüququ ilə bağlı dialoq üçün mühüm bir beynəlxalq formata çevrilib. O, bu konfransın hər il keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb və konfransın davamını təşkil edən konkret fəaliyyətlərin, o cümlədən konfrans materiallarının nəşrinin və bu mövzuda tədqiqatların dəstəklənməsinin planlaşdırıldığını bildirib.

M. Mərdanov diqqətə çatdırıb ki, Ermənistandan didərgin salınmış azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi sülh və ədalətin bərqərar olması üçün mühüm şərtdir. O vurğulayıb ki, Ermənistan tərəfi etnik müxtəlifliyə və birgəyaşayışa əsaslanan sülhün alternativi olmadığını anlamalıdır.

Konfransda Azərbaycandan və 30-dan çox xarici ölkədən 100-dən artıq millət vəkili, ekspert və digər tanınmış şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!