11 Fevral 2025 08:35
440
SİYASƏT
A- A+
Ermənistan tərəfindən gələn təhlükə...

Ermənistan tərəfindən gələn təhlükə...


Bu ölkə Azərbaycan Ordusunun real hədəfinə çevrilə bilər


"Azərbaycan və Ermənistan arasındakı münaqişə sona çatandan sonra qarşı tərəf Avropadan məlum missiyanı bura dəvət edib, eyni zamanda səngərlərin qazılması, möhkəmləndirilməsi işləri aparır. Proses bu gün də davam edir. Ermənistan bunu Azərbaycan tərəfdən ola biləcək hücumun qarşısının alınması məqsədilə gördüyünü deyir. Təbliğatı da həmişə bu yöndə aparırlar". 

Bu sözləri qəzetimizə açıqlamasında hərbi ekspert Tərlan Eyvazov deyib. O bildirib ki, Azərbaycanın 35 ildən bəri bu ölkə ilə olan münaqişəsi bizi tam şəkildə düşünməyə vadar edir: "Hər kəs bilir ki, onlar həmişə bu cür təbliğat apararaq, pərdələnməyə çalışırlar. Bəhanə gətirirlər ki, 44 günlük Vətən müharibəsində Ermənistan öz arsenalının böyük qismini - deyilənə görə 70 faizini itirdiyinə görə hazırda boş yerləri doldurmaqla məşğuldur. Əsasən Hindistan, Fransa və digər ölkələrdən silah alış-verişi də bu məqsədlərə xidmət edir. Ermənistan müdafiə nazirinin Hindistana səfəri də birinci deyil. Hindistan dövlətinin silah tədarük edən firmaları ilə ermənilərin danışıqları gedir. Bu yöndə bağlanan müqavilələrin müəyyən qismi yerinə yetirilib, digərləri də yerinə yetirilməkdədir. Hindistandan silahların İran və oradan da Ermənistana daşınması logistik cəhətdən daha asan başa gəlir".

T.Eyvazov qeyd edib ki, Avropa İttifaqı missiyasının müddətinin uzadılması da bu görüntünün diplomatik və informasiya tərəfini doldurmaq üçün lazımdır. Ekspert Ermənistan tərəfinin bu qədər canfəşanlığının, Amerika ilə müəyyən təmaslar qurmaq cəhdlərinin Azərbaycana hər hansı təhlükə yarada biləcəyini düşünmür: "Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, əgər belə bir təhlükə formalaşarsa, həmin istehkamlar, bazalar, möhkəmləndirilmiş sədlər, texnika və silah Azərbaycan Ordusunun real hədəfinə çevrilə biləcək. Beləliklə, onlar müharibədə olduğu kimi elə Ermənistan ərazisindəcə məhv ediləcəklər. Proseslərin bu yerə çatacağına inanmıram. Çünki çətin də olsa, təmaslar davam etdirilir, addım-addım irəliləyişə nail olunur". 

Müharibənin heç bir dövlətə sərf etmədiyini deyən ekspert vurğulayıb ki, Azərbaycan-Ermənistan arasında münaqişənin alovlanması Cənubi Qafqazda olan ölkələrə, ümumilikdə bölgəyə yaxşı heç nə vəd etmir. Buna çalışanlar kənar qüvvələrdir, onlar regionda qarşıdurma yaratmağa çalışırlar. İstər Azərbaycanda olan hadisələr, istər Gürcüstanda seçkilərdə baş verənlər, istərsə də Ermənistanın Qərb tərəfindən maliyyə adı altında yönləndirilməsi və silahlandırılması bu günə qədər nəticə verməyib. Ona görə ki, Azərbaycanın bu yöndə siyasəti olduqca uyğun, düzgün və praqmatikdir. Bundan sonra da belə bir təhlükənin olması real görünmür.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Təməl dalğıc kursu"nu müvəffəqiyyətlə başa vuranlara sertifikatlar təqdim olunub

12:27
01 May

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb  

12:26
01 May

“Şahdəniz”in əməliyyat və əsaslı xərcləri açıqlanıb  

12:24
01 May

Milli Məclisin sədri: Avropa Parlamentinin qətnamələri ikili standartlara əsaslanır  

12:24
01 May

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Azərbaycan-Ermənistan sülh gündəliyi barədə məlumatlandırılıb  

12:21
01 May

Rektor: Azərbaycan UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş tarixi abidələri ilə tanınır  

12:19
01 May

ABŞ neft ehtiyatlarından 17,5 milyon barel istifadə edib  

12:15
01 May

Keniyalı ekspert Bakı Təşəbbüs Qrupunun fəaliyyətini yüksək qiymətləndirib  

12:03
01 May

Çinin “sıfır tarif” rejimi Afrikanın 53 ölkəsinə şamil olunacaq  

12:01
01 May

Bu gündən ölkə ərazisindəki bütün su hövzələrində sənaye məqsədilə balıq ovu qadağan edilir

12:00
01 May

Media: Pentaqon Trampın Almaniyadan qoşunların çıxarılması ilə bağlı açıqlamasından təəccüblənib

11:58
01 May

Nazir müavini: Azərbaycanda internetə çıxış səviyyəsi dünya ortalamasını üstələyir  

11:48
01 May

Qızılın qiyməti Yaxın Şərqdəki münaqişə başlayandan bəri 13 faiz ucuzlaşıb  

11:46
01 May

Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, etiraz notası təqdim edilib  

11:42
01 May

BDYPİ "Bakı Marafonu-2026" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

11:37
01 May

Məsud Pezeşkian: ABŞ danışıqlar prosesində İrana yenidən hücum edə bilər

11:31
01 May

Ötən gün 69 cinayətin açılması təmin edilib

11:25
01 May

Milli Məclis 8 məsələnin müzakirəsinə başlayıb  

11:21
01 May

Kanadalı ekspert: Gənclər postkolonial reallıqların formalaşmasında fəal rol oynayır  

11:16
01 May

Hakim: Borc mübahisələrində sübutetmə hər iki tərəfin vəzifəsidir

11:04
01 May

ÜST-nin viruslar siyahısı yenilənib

11:03
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!