30 Sentyabr 2023 13:10
391
DÜNYA
A- A+

Ermənilərin Azərbaycanın Livandakı səfirliyinə hücumu nəticəsində 25 polis yaralanıb


Livanın paytaxtı Beyrutda Azərbaycan səfirliyi qarşısında toplaşan erməni əsilli bir qrup şəxsin təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində 25 polis əməkdaşı yaralanıb.
Livanın Daxili İşlər Nazirliyinə tabe olan Daxili Təhlükəsizlik Qüvvələri cümə axşamı təxminən 1500 nəfərdən ibarət erməni əsilli qrupun Azərbaycan səfirliyinin binasına yürüş etmək cəhdindən sonra baş verən hadisələrlə bağlı yazılı açıqlama yayıb. 
Ölkənin rəsmi NNA agentliyinin yaydığı bəyanatda qeyd olunub ki, erməni əsilli Livan vətəndaşları tərəfindən təşkil edilən aksiya zamanı 25 təhlükəsizlik əməkdaşı xəsarət alıb, onlardan ikisi ağır yaralanıb.
Bəyanatda qeyd edilir ki, təhlükəsizlik qüvvələri “Daxili Təhlükəsizlik Qüvvələrinin Təşkili haqqında” Qanunun 1-ci maddəsinə uyğun olaraq diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdehdirlər. Sənəddə vətəndaşlara qanunlara hörmətlə yanaşmağa və məsuliyyət ruhu ilə hərəkət etməyə çağırışı yer alıb.
Zorakılıq və dağıdıcı hərəkətlərin olduğu hücum zamanı nümayişçilər təhlükəsizlik qüvvələrinə fişənglər, daş, taxta, şüşə butulkalar və tərkibində rəngli boyalar olan əşyalar atıblar.
Səfirliyin yerləşdiyi küçənin əvvəlində təhlükəsizlik qüvvələri istehkam quraraq Livandakı erməni daşnak partiyasına mənsub izdihamı keçirməyə imkan verməyib.
Bunadan sonra etirazçılar təhlükəsizlik qüvvələrinə hücum ediblər. Polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək cavab verib.

“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video