Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Almaniyada “Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazov bir sıra ikitərəfli görüşlər keçirib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Almaniyanın İqtisadi Məsələlər və İqlim Fəaliyyəti üzrə Federal Nazirliyinin dövlət katibi Anja Hajduk ilə görüşdə enerji təhlükəsizliyi ilə bağlı reallıqların Cənub Qaz Dəhlizinin ötürücülük gücünün artırılmasını aktuallaşdırdığı, Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığı çərçivəsində layihənin inkişafının dəstəkləndiyi qeyd edilib. 2027-ci ilədək dəhlizin genişləndirilməsi ilə əlaqədar proseslərin sürətləndirilməsinin və maraqlı tərəflərin səylərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Azərbaycanın xarici investorlar ilə 2030-cu ilədək reallaşdıracağı “yaşıl enerji” layihələri və Xəzər dənizinin külək enerjisinin Avropaya ötürülməsi üçün Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanla birgə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
İsrailin Energetika Nazirliyinin baş direktoru Yaakov Blitshtein ilə görüşdə isə hər iki ölkənin təbii qaz və “yaşıl enerji”nin istehsalı və Avropaya ixracı ilə bağlı inkişaf planlarına dair fikir mübadiləsi aparılıb. İsrailin neft idxalında əhəmiyyətli mövqeyə malik ölkəmizlə enerji əməkdaşlığının inkişafı üçün prioritet istiqamətlərdən bəhs edilib. İsrailin ekoloji təmiz enerji texnologiyaları sahəsində ixtisaslaşmış şirkətləri Azərbaycanla əməkdaşlığa dəvət edilib.
Tədbir çərçivəsində energetika nazirinin Moldovanın energetika nazirinin müavini Karolina Novak ilə də görüşü olub. Söhbət zamanı iki ölkə arasında enerji əməkdaşlığının perspektivləri, Aİ ilə enerji dialoqu məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
“Uniper” şirkətinin vitse-prezidenti Michael Hilmer ilə görüşdə isə qaz təchizatı, enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Şirkətlə mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub. 2045-ci ilə qədər Azərbaycan qazının əsas alıcılarından biri olan “Uniper” şirkətinin Cənub Qaz Dəhlizinin genişləndirilməsi və bu marşrutla qaz tədarükünün artırılmasında, həmçinin yaşıl enerji və yaşıl hidrogen üzrə əməkdaşlıqda maraqlı olduğu qeyd edilib.
Nazir Pərviz Şahbazov həmçinin “Siemens Energy” şirkətinin baş vitse-prezidenti Ariel Porat ilə də görüşüb. Yaşma ərazisində tikintisi nəzərdə tutulan qoyuluş gücü 500 MVt olan qaz-turbinin elektrik stansiyası layihəsi və Azərbaycanda istehsal olunan yaşıl elektrik enerjisinin Avropa istiqamətində ötürülməsində əməkdaşlıq imkanları müzakirə edilib.
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNİB
Sabahın hava proqnozu açıqlanıb
“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb
Azərbaycan və Belarus arasında “Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” imzalanıb
Göldə gəmi qəzası: 78 nəfər batdı
Kim Çen In xəbərdarlıq etdi
Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun
DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb
Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb
Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır
COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb
Makrona artıq heç kim inanmır
Türkiyənin ədliyyə naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib
ABŞ-də ölənlərin sayı 200 nəfərə çatdı
Avropanın Rusiyaya ehtiyacı var
Azərbaycanda 893 min hektar sahədə xüsusi mühafizə olunan təbiət əraziləri var
Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib
İcma: ABŞ konqresmenlərinin Azərbaycana qarşı qəbuledilməz mövqeyi açıq-aşkar şantajdır
Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin inkişafını müzakirə edib
Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb
Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!