Energetika naziri Almaniyanın 20-dən çox şirkəti ilə enerji tərəfdaşlığını müzakirə edib
“Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində Almaniyanın 20-dən çox enerji şirkəti və biznes dairələrinin iştirakı ilə “Azərbaycan neft-qaz hüdudlarından kənar: gələcək enerji tərəfdaşlığı üçün perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Almaniyanın Külək Enerjisi Assosiasiyası, Şərqi Biznes Assosiasiyası, İqtisadi İnkişaf və Xarici Ticarət üzrə Federal Assosiasiya, “Siemens Energy”, “Uniper”, “Notus Energy”, Enerji Agentliyi - DENA, Almaniya-Azərbaycan Ticarət Palatası, “EDEG ED-Energy”, “DEIG Energietechnik,” “ALPHA GmbH”, “Windcomp GmbH”, “SAP SE” və digər biznes dairələrinin təmsil olunduğu dəyirmi masada Azərbaycanın enerji tədarükü mənbələrini şaxələndirən siyasəti və enerji keçidi planları çərçivəsində yeni əməkdaşlıq təklifləri müzakirə olunub.
Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri və aparıcı şirkətlərlə keçirilmiş görüşün enerji də daxil bir çox sahələrdə əməkdaşlığın inkişafına yeni impuls verdiyi qeyd edilib. Görüşdə Azərbaycanın ənənəvi enerji mənbələrinin, xüsusilə təbii qazının tərəfdaş ölkələrin təhlükəsiz enerji təminatındakı strateji rolundan, Cənub Qaz Dəhlizinin genişləndirilməsi nəticəsində Azərbaycanın qaz təchizatı coğrafiyasının daha da şaxələnəcəyindən bəhs edilib.
Hazırda 200 qiqavata yaxın bərpa olunan enerji potensialı əsasında “yaşıl enerji”nin istehsalı və ixracı ilə bağlı beynəlxalq enerji şirkətləri ilə həyata keçirilən layihələr, xalis sıfır emissiyaya malik “yaşıl enerji” zonası konsepsiyasında qurulan Qarabağ və Şərqi Zəngəzurda, həmçinin “yaşıl enerji” mərkəzinə çevrilməsi planlaşdırılan Naxçıvanda əməkdaşlıq imkanları diqqətə çatdırılıb. “Masdar”, “ACWA Power” və BP ilə 710 meqavat gücündə bərpa olunan enerji layihələrinin icra olunması, “ACWA Power”, “Masdar” və “Fortescue” şirkətləri ilə bərpa olunan enerji və “yaşıl hidrogen”lə bağlı 25 qiqavata yaxın istehsal gücləri ilə bağlı əməkdaşlıq sənədlərinin imzalanması Azərbaycanda bu sahənin investorlar üçün cəlbediciliyinin göstəriciləri kimi qeyd edilib.
Energetika naziri Pərviz Şahbazov deyib ki, dünyanın ikinci ən böyük külək enerjisi potensialına malik Xəzər dənizindən “yaşıl enerji”nin Azərbaycandan başlayan, Gürcüstan və Qara dənizdən keçərək Rumıniya və Macarıstana ötürülməsini əhatə edən və geniş əməkdaşlıq tələb olunan layihə icra edilir: “Yeni bir enerji resursunun təchizatı və marşrutunun layihəsi Avropa İttifaqı tərəfindən dəstəklənir. İlkin mərhələdə 4 qiqavatlıq enerjinin ötürülməsi nəzərdə tutulur ki, bununla da Azərbaycan Avropa üçün “yaşıl enerji”nin mühüm təchizatçısına çevriləcək. Bütün bunlar, həmçinin “yaşıl enerji” ilə bağlı Azərbaycanın potensial və planları Almaniyadan olan şirkətlərlə tərəfdaşlıq üçün də imkanlardır”.
Dəyirmi masada enerji şirkətlərinin Azərbaycanda istehsal olunan elektrik enerjisinin ötürülməsi, bərpa olunan enerji və “yaşıl hidrogen”, günəş panellərinin istehsalı, dekarbonizasiya üzrə əməkdaşlığa maraqları ifadə edilib. Görüşdə şirkətləri maraqlandıran məsələlərə aydınlıq gətirilib, əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacaq
31 May
Azərbaycanın üç taekvondoçusu dünya çempionatının səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb...
31 May
Şahdağ Milli Parkında dünyaya gələn bala maral müşahidə altında saxlanılır
31 May
Milli Məclis 2022-ci il üzrə dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsini birinci oxunuşda qə...
31 May
Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisini...
31 May
Prezident: Bakı Enerji Həftəsi enerji sektorunda aparıcı beynəlxalq tədbirlərdən biridir
31 May
Zemfira Meftahətdinovaya Beynəlxalq Olimpiya Komitəsinin "Woman Sport" mükafatı təqdim olunub
31 May
Heydər Əliyev mərkəzlərinə ekskursiyalar davam edir
31 May
Hesabat ilində qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 13,6 faiz artım qeydə alınıb...
31 May
Taekvondoçumuz Patimat Abakarova dünya çempionatının səkkizdəbir final mərhələsinə yüksəlib...
31 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!