№ 434
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahib-karların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli 1957 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Elektron kredit və zəmanət” informasiya sisteminin (bundan sonra – informasiya sistemi) “Hökumət buludu”nda yerləşdirilməsi üçün texnoloji mühiti təmin etsin.
3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:
3.1. informasiya sistemini mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin və həmin informasiya sisteminin təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirsin;
3.2. informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görsün.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlə-rinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın tələbləri nəzərə alınmaqla, informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görsün.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 4 dekabr 2023-cü il
Ətraflı: