14 Noyabr 2024 08:00
1399
SİYASƏT
A- A+
DÜNYANI SEVƏK, QORUYAQ

DÜNYANI SEVƏK, QORUYAQ


Dünya böyükdür!

Ucu-bucağı görünməz!

Bir başından o başına getmək üçün günlərlə vaxt gərək olur.

Dünya böyükdür!

8 milyarddan çox insanı öz qoynunda yerləşdirib.

Sonsuz okeanlar, dənizlər, göllər, çaylar, meşələr dünyanın təbiət mənzərəsidir.

Dünya yeraltı, yerüstü sərvətləri ilə zəngindir.

İnsanlar neftdən, təbii qazdan tutmuş gümüşə, qızıla, uranacan əldə edib müxtəlif məqsədlərlə istifadə edirlər.

Dünyanın qayğıları, problemləri də böyükdür.

İrqindən, cinsindən, dinindən, dilindən asılı olmayaraq, ona sığınan insanları yedirməli, geyindirməli, rahat həyatlarını təmin etməli, təhlükələrdən qorumalıdır!

Dünyanın dərdi də böyükdür.

Əsrlər boyu üzərində yaşayan, onun nemətlərindən bəhrələnən insanlar heç də həmişə dünyaya xeyirxah münasibət bəsləmirlər, ondan aldıqlarının qədrini bilmir, sərvətlərindən düzgün istifadə etmir, hərdən dünyanın özü, deməli, həm də özləri üçün ciddi problemlər, çətinliklər yaradırlar.

Bəzən müharibələr, dağıntılar, ekoloji cinayətlər törədərək bu gen dünyaya qarşı nankorluqlar da törədirlər.

Dünya həm də çox kiçik dünyadır!

Hərdən haradasa yatmış bir vulkan yenidən püskürəndə, ətrafa tüstü-duman yayanda, təyyarələr havaya qalxa bilmir, dövlətlər arasındakı hava nəqliyyatı əlaqələri müvəqqəti də olsa, kəsilir.

Hansısa ölkələrin sənayeçiləri havaya normadan artıq karbon qazı atanda, dünyanın iqlim tarazlığı pozulur, təbiət belə qayğısızlıqdan "inciyərək" əvəzini çıxmağa başlayır.

Leysan yağışları, dağıdıcı küləklər, qasırğalar, meşə yanğınları, zəlzələlər sanki insanlara qulaqburması verir, ciddi xəbərdarlıq edir.

İnsanlar sel sularına qərq olur, kəndlər, qəsəbələr su altında qalır, torpaq sürüşmələri baş verir, şose və dəmir yolları dağılır, ciddi tələfatlar yaşanır.

Dünya "intiqam" almağı bacarır!

Odur ki, onu incitmək, tarazlığını pozmaq yox, qorumaq, verdiyi nemətlərin əvəzində minnətdar olmağı bacarmaq gərəkdir.

***

Azərbaycan dünyanın kiçik dövlətlərindəndir.

Əhalisi 10 milyon, ərazisi isə 100 min kvadratkilometrə belə çatmır.

Müstəqillik yaşı 30-dan bir qədər çoxdur.

Bu dövrdə iki müharibə görüb, çox çətin və ağır sınaqlardan çıxıb.

Həm də Tanrının sevdiyi məkandır.

* Allah-Taala onu iki qitənin qovşağında "yerləşdirib", vacib və gərəkli coğrafiya sahibi edib. 

* Neft və qaz kimi təbii sərvətlər verib.

* Dünyanın ən böyük gölünün - Xəzərin kənarında yaşamağı qismət edib.

* Yer üzündəki 11 iqlimdən 9-nu ona bağışlayıb.

* Zəngin yeraltı sərvətləri, meşələri, dağları, çayları ondan əsirgəməyib.

* Ən əsası vətənpərvər, qəlbi geniş, rəftarı tolerant, mehriban insanlar bəxş edib.

Azərbaycan həm də dünyanın böyük dövlətlərindəndir.

Gördüyü işlər, həyata keçirdiyi möhtəşəm layihələr sayəsində!

Nədir onu böyük və əzəmətli edən?

* Azərbaycan düz yolla, düz istiqamətdə, Heydər Əliyev siyasi kursu ilə irəliləyir!

* Azərbaycan tarixinin ən qüdrətli dövlətini yarada bilib!

* Azərbaycanın daxilində möhkəm və dönməz sabitlik, milli birlik var!

* Azərbaycan dünyaya böyük faydalar gətirəcək nəhəng transmilli layihələri öz imkanları hesabına reallaşdırıb:

* Bakı-Tbilisi-Ceyhan Azərbaycan neftini qeyri-ənənəvi marşrutla dünya bazarına çıxarır.

* "Cənub qaz dəhlizi" Avropanın 10-dək ölkəsini təbii qazla təmin edir.

* Bakı-Tbilisi-Qars dəmir yolu yükdaşımaların sürətini xeyli artırıb.

* Orta dəhliz Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən qısa yoldur.

Azərbaycan özünün ən böyük problemini ən qısa zamanda və öz gücü ilə həll etdi:

* 44 gündə 30 illik işğala son qoydu.

* XXI əsrin müharibələr tarixində yeni səhifə açdı.

* Qalib dövlət olsa da, sülh təşəbbüsü ilə çıxış etdi.

* Ərazi bütövlüyünü, dövlət suverenliyini təmin etməklə ərazisindəki separatizmin kökünü birdəfəlik kəsdi.

* Bu gün isə Cənubi Qafqazın sülh və əməkdaşlıq bölgəsinə çevrilməsi üçün əlindən gələni edir.

Azərbaycan həm də türk dövlətlərinin birliyinin ən fəal tərəfdaşlarından və yaradıcılarından biridir.

Azərbaycanın müdrik və uzaqgörən rəhbəri, dünya liderləri sırasına yüksələn İlham Əliyev kimi Prezidenti var.

Üçillik rəhbərliyi dövründə Qoşulmama Hərəkatına yeni nəfəs verən cənab İlham Əliyev dünyanın ən aktual problemlərindən biri olan iqlim dəyişmələrinə də öz dəyərli töhfəsini verməkdədir.

Məhz Azərbaycan rəhbərinin təşəbbüsü və yüksək nüfuzu, dünya dövlətlərinin dəstəyi sayəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ölkəmizdə keçirilir.

***

Ən yüksəksəviyyəli tədbirin Azərbaycanda keçirilməsi düşmən üzərində möhtəşəm Zəfər qazanan ölkəmizin həm də mənəvi qələbəsidir!

Təbiidir ki, COP29-un Azərbaycanda keçirilməsini istəməyən bədxahlar, uğurlarımıza qısqanclıqla yanaşanlar da var.

Lakin Azərbaycanın son dövrlər gördüyü işlər, bir sıra dövlətlərlə yaratdığı iqtisadi-siyasi əlaqələr, beynəlxalq qurumların işində fəal və səmərəli iştirakı, I Avropa Oyunlarını, "Eurovision" müsabiqəsini, IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirməsi bizi istəməyənlərin arzusunu gözlərində qoydu.

Azərbaycan bu "yarışma"da da üstün gələrək iqlim dəyişmələri və ekoloji problemlərin uğurlu həlli üzrə məsləhətləşmələr aparılması, təbii fəlakətlərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi üçün, habelə vəsait toplanmasının təşkilatçısı qismində bir daha özünü ən əlverişli məkan kimi təsdiq etdi.

Azərbaycanın həm də buna nüfuzu və imkanı çatır.

Əlbəttə, 80 minədək insanı qarşılamaq, yerləşdirmək, tədbirlərdə iştirakına şərait yaratmaq, istirahətini və təhlükəsizliyini təmin etmək o qədər də asan məsələ deyil.

Lakin nəhəng tədbirlərin keçirilməsi sahəsində ölkəmizdə zəngin təcrübə qazanılmış, bütün zəruri infrastruktur yaradılmışdır.

Bu gün paytaxt Bakıda hər bir qonaq özünü evində olduğu kimi hiss edir.

Artıq 196 ölkənin dövlət rəhbəri - 80 prezident, vitse-prezident və baş nazir ölkəmizə gəlmiş, COP29-un açılış mərasimi keçirilmişdir.

Dünya mətbuatı möhtəşəm tədbirin gedişatını geniş şəkildə işıqlandırır.

***

Dünyanın bir neçə nöqtəsində davam edən müharibələr, öz maraqlarını güdərək hamımızın dünyasına vurulan sağalmaz zərbələr sonda özümüzə qayıdır.

Dünya həm də qisas almağın üsulunu da bilir.

O, dəfələrlə şəhərləri sular altında qoymuş, dağıdıcı zəlzələləri ilə böyük yaşayış məntəqələrini yerlə yeksan etmişdir.

Olanlardan nəticə çıxarmaq vacibdir, çünki dünyanın səbrini sınağa çəkmək olmaz!

Azərbaycan bu məqamda da sinəsini qabağa verərək müdriklik göstərir, təbii sərvətləri talanaraq ekologiyası pozulan, fəlakətlərin içində boğulan yoxsul ölkələrin xilasına çalışır.

Sonda müdriklik və xeyirxahlıq qalib gəlir!

İnanırıq ki, Azərbaycan Prezidentinin müdrik addımları, xoş və xeyirxah niyyətləri faydalı olacaq, dünya dövlətləri ağıllı hərəkətləri ilə iqlim dəyişmələrinin zərərli təsirlərinin qarşısının alınmasına gərəkli töhfələrini verəcəklər.

Azərbaycan isə daha bir tarixi xeyirxahlığına öz imzasını atacaqdır!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!