06 Dekabr 2023 10:15
366
Mədəniyyət
A- A+
Dünya mədəni irsinə yeni töhfələr verilir

Dünya mədəni irsinə yeni töhfələr verilir

 

Şuşa işğaldan azad olunandan sonra şəhərin yeni həyatı başladı. Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamına əsasən, Şuşanın tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə şəhər Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. 
Bununla da qədim şəhərin tarixi kimliyi özünə qaytarıldı. Dövlət başçısının dediyi sözlər sanki xalqın fikri, xalqın istəyi idi: "Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir". Prezident çıxışı zamanı Şuşada Vaqif Poeziya Günləri və "Xarıbülbül" festivalının bərpa olunmasının vacibliyini də vurğuladı.
Azadlığına qovuşandan bir müddət sonra mədəniyyət beşiyimiz olan Şuşa şəhərində Vaqif Poeziya Günləri və "Xarıbülbül" festivalları keçirildi. Azərbaycanın mədəniyyət paytaxtı 29 ildən sonra yenidən doğmalarını, qonaqlarını qarşıladı. Türk dünyasının mədəniyyət paytaxtına çevrilən Şuşa artıq beynəlxalq festivallara, sərgilərə, mühüm tədbirlərə evsahibliyi edir. 
2022-ci il mart ayının 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olundu. 
2022-ci ilin aprelində Şuşa daha da möhtəşəm bir tədbirə evsahibliyi etdi. 22 və 23 aprel tarixlərində şəhərdə Dünya Azərbaycanlılarının 5-ci Qurultayı (Zəfər qurultayı) keçirildi. Qurultayda 65 ölkədən gəlmiş 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultayda geniş nitq söylədi: "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır".
Bu il aprelin 28-də İstanbulda Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə "Şuşa türk dünyasının mədəniyyət paytaxtı" adlı forum keçirildi. Tədbirdə Azərbaycan və türk dünyası üçün böyük önəm daşıyan Şuşa şəhərinə aid məlumatların əks olunduğu videoçarx nümayiş olundu, türkiyəli gənc araşdırmaçılar arasında bu gözəllik diyarının tarixi və mədəniyyəti ilə bağlı elmi tədqiqat, monoqrafiya və məqalə hazırlanmasına dair müsabiqə elan edildi. 
May ayının 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un təşkilatçılığı ilə "Şuşa - türk dünyasının mədəniyyət paytaxtı - 2023" ilinin rəsmi açılış mərasimi bütün ölkələrin böyük marağına səbəb oldu. "Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-a üzv olan ölkələrin nümayəndə heyətləri, Türk Əməkdaşlıq Təşkilatının rəhbərləri və digər qonaqlar iştirak etdilər. 
İyul ayının 21-də isə "4-cü Sənaye İnqilabi dövründə yeni media" mövzusunda  Şuşa Qlobal Media Forumu keçirildi. Azərbaycan Respublikasının Prezidenti forumun açılış mərasimində çıxış etdi. İştirakçıları salamlayan dövlət başçısı dedi: "Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda Şuşa bizim qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Siz buraya gələrkən azad olunmuş ərazilərdən keçdiniz. Siz Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəlmisiniz ki, biz onu Zəfər yolu adlandırmışıq. Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud deyildi, bu yol bizim qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır. Biz buraya məhz bu şəkildə gəlmişik, şəhərlərimizi və kəndlərimizi azad edə-edə gəlmişik. Bu şəhər həm də bizim cəsarətimizin rəmzidir. Şuşada artıq bir neçə beynəlxalq tədbir keçirilibdir. Bu şəhərdə "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, bir neçə beynəlxalq idman tədbiri keçirilib və nəhayət, bu gün Qlobal Media Forumu keçirilir. Yəni bu şəhər öz kimliyini qoruya bilmişdir". 
Oktyabr ayının 13 və 14-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində daha bir tədbir - Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 1-ci Türk Dünyası Mədəniyyət Forumu keçirildi. İştirakçılar əvvəlcə Şuşa Yaradıcılıq Mərkəzini ziyarət edərək "Heydər Əliev və Qarabağ" adlı sərgi ilə tanış oldular.  Sərgidə Ulu Öndər Heydər Əliyevin sovet dövründə Azərbaycanın Qarabağ bölgəsində sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətlərində xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər və videomateriallar nümayiş edilirdi. Həmçinin sərgidə Ümummilli Liderin Qarabağa səfərləri, burada keçirdiyi görüşlər, müxtəlif tədbirlərə aid fotoları yer almışdı.  
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində noyabrın 24-25-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada türk dünyası memarlarının simpoziumu da keçirildi. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşklatçılığı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə olan tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Macarıstandan 60-a yaxın memar iştirak etmişdir.
Göründüyü kimi, işğaldan azad olunandan sonra böyük quruculuq və abadlıq işləri aparılan Şuşa türk dünyasının mədəniyyət beşiyi olaraq dünya mədəni irsinə öz töhfələrini verməkdə davam edir. 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Serbiya əməkdaşlığının perspektivləri müzakirə olunub  

22:23
14 Fevral

Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb  

22:03
14 Fevral

Azərbaycanla Qırğız Respublikası arasında statistika sahəsində əməkdaşlıq müzakirə olunub  

21:57
14 Fevral

Ceyhun Bayramov İsrailin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib  

21:42
14 Fevral

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib

21:36
14 Fevral

Azərbaycanla Küveyt arasında siyasi məsləhətləşmələr keçirilib

21:21
14 Fevral

Ağdam Sənaye Parkının 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib  

21:09
14 Fevral

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ümumi yekunlarını elan edib YENİLƏNİB  

21:02
14 Fevral

Ərdoğan: “Mən etdim, belə də olacaq” prinsipi regionda işə yaramayacaq  

20:47
14 Fevral

HHQ-nin “N” hərbi hissəsinin yaranma günü qeyd olunub  

20:38
14 Fevral

61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayıb  

20:31
14 Fevral

Prezident İlham Əliyev Suriyanın keçid dövrü Prezidentini təbrik edib  

20:22
14 Fevral

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə olunub

20:16
14 Fevral

Bakıda Azərbaycan Maliyyə Forumu keçirilib - YENİLƏNİB  

20:08
14 Fevral

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Zati-aliləri cənab Əhməd əl-Şaraaya  

19:58
14 Fevral

Elm və Təhsil Nazirliyi ilə AİB arasında əməkdaşlıq məsələləri müzakirə edilib

19:52
14 Fevral

Ukraynalı ekspert: Donald Trampın Ukrayna və Rusiya prezidentləri ilə danışması sülh üçün müsbət mesajdır

19:46
14 Fevral

Beş gündə meşə fondu torpaqlarında 181 mindən çox ağac əkilib

19:42
14 Fevral

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin məlumatı  

18:43
14 Fevral

Bakıda “Türk İnvestisiya Fondu və TCCI: Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” keçirilib  

18:41
14 Fevral

681 bələdiyyə tam tərkibdə formalaşıb

17:27
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!