07 Sentyabr 2024 09:10
4057
Oxucu məktubları
A- A+
Dulusçu Zahid usta: "Sevinirəm ki, şagirdlərim var" 

Dulusçu Zahid usta: "Sevinirəm ki, şagirdlərim var" 

 

Azərbaycanda xalq sənətinin bir növü olan dulusçuluğun tarixi çox-çox qədimlərə gedib çıxır. Neolit dövründə meydana gələn dulusçuluqla ilk vaxtlar əsasən qadınlar məşğul  olublar. İnkişaf edərək müstəqil sənət sahəsinə çevrilməsi isə Orta əsrlərin sonlarına gedib çıxır. 
Saxsı qablara tələbat  dulusçuluq mərkəzlərinin yaranmasına səbəb olub.  Bu da demək olar ki, Azərbaycanın bütün vilayətlərini əhatə edib. XVIII əsrin sonu - XIX əsrin əvvəllərində dulusçular əsasən məişətin müxtəlif sahələrində işlədilən çoxlu gil məmulatı hazırlayıblar. Bunlar  məişətdə istifadə olunmaqla təyinatlarına görə bir neçə qrupa bölünüb. Daha çox səhəng, cürdək, bardaq, kuzə, küp, sürahi, dolça, parç qablarına üstünlük verilib. Dulusçular hər növ qab-qacaq istehsal etməyi bacarıblar.
Azərbaycan sənətkarlıq tarixində dulusçuluq və saxsı qablar istehsalı haqqında məlumat ən çox Naxçıvan xanlığının tarixində yer alıb.  Şamaxı, Gəncə  şəhərlərində, eləcə də Şəki xanlığının bir çox qəsəbəsində bu sənət digər yerlərə nisbətən yaxşı inkişaf edib.  Eyni zamanda  ətrafı gil yataqların  zənginliyinə görə  seçilən  Bakı şəhərinin  dulusçuları da  düzəltdikləri  gözoxşayan saxsı qablarla  tanınıblar. 
Nə yaxşı ki, qədim xalq sənətini indinin özündə də yaşadanlar var. Onlardan biri Lənkəranın Separadi kəndindən olan Zahid Əkbərovdur. Ömrünün 60-cı ilini yaşayan Zahid usta uşaqlıqdan dulusçuluğa könül verib. İllər keçdikcə  ata-baba sənətinə daha ürəklə bağlanıb, düzəltdikləri  yalnız ona hörmət qazandırıb.
Zahid usta iş vaxtı babasından ona yadigar qalan 120 yaşlı dulusçuluq çarxından istifadə edir. Həyatda ən  qiymətli  nemət bildiyi çarxa motor qoşaraq onun sürətini bir qədər nizamlayıb. Nəticədə indi işi asan görməklə həm də istehsal tez başa gəlir. Elə yeniliyin hesabına lazım gələrsə  bir gündə 100 piti qabı hazırlamaq olar. 
Ustanın düzəltdiyi  təndirlər də  keyfiyyətli alınır, sifarişçilər tərəfindən razılıqla  qarşılanır. Bundan əlavə, ustanın ərsəyə gətirdiyi saxsı qablar xarici turistləri heyran qoyur, hətta alıb öz ölkələrinə aparırlar. 
Söhbət zamanı Zahid usta bildirdi ki, bu yaxınlarda düzəltdiyi qablardan Laçına  apardılar: "Bu sənətin sirlərini gənc nəslə  öyrədirəm. İndi şagirdlərim var. Sevinirəm ki, qədim tarixə  malik dulusçuluq sənəti itmir..."

Z.ƏLİYEV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!