29 Sentyabr 2023 10:00
8862
Oxucu məktubları
A- A+
Dövlətimizlə qürur duyuruq

Dövlətimizlə qürur duyuruq

 

Doğma Azərbaycanımızın müstəqillik tarixinə qızıl hərflərlə yazılan 44  günlük Qarabağ müharibəsində oğullarımızın qəhrəmanlığı sözün həqiqi mənasında dünyanı heyrətləndirdi. Qələbə sevinci elimizdə, obamızda hər evi, hər ailəni nura boyadı. Üzümüz illərlə həsrət qaldığı gülüşə, könlümüz təşnəsi olduğu fərəhə qovuşdu. 
Əlbəttə, qələbə asanlıqla  qazanılmadı. Say-seçmə oğullarımız canını vətənə qurban verib şəhid oldular, əbədiyyətə qovuşub qəhrəmanlıq tariximizin heç zaman unudulmayacaq məhəbbət və ehtiram ünvanına çevrildilər.
44 günlük müqəddəs savaşda tərtərlilərin fəal iştirakı Prezident İlham Əliyev tərəfindən dəfələrlə qeyd edilmiş, qiymətləndirilmişdir. Erməni faşistləri ay yarım ərzində başımıza minlərlə raket, artilleriya mərmisi yağdırdı. Amma heç kəs evini, doğma yuvasını tərk etmədi. Onlarca ev, sosial obyekt, məktəb, uşaq bağçası, tibb müəssisəsi dağıdılıb yerlə bir edildi. Hər zaman olduğu kimi, öz vətəndaşına sahib çıxan dövlətimiz güclü, qüdrətli əlini tərtərlilərin kürəyinə qoydu. Dağıdılan evlərin, viran qoyulan sosial obyektlərin bərpasına,  yenidən qurulmasına dövlət səviyyəsində start verildi. Qısa bir zamanda  böyük işlər görüldü. 
Bu günlər yolum Tərtər şəhər 5 nömrəli tam orta məktəbin yerləşdiyi əraziyə düşmüşdü. Gördüyümə heyran qalmaya bilmədim. Ermənilərin atdığı raketlə dağıdılan bu təhsil ocağının yerində müasir tipli məktəb binasının tikilib başa çatdırıldığını görəndə uşaq kimi sevindim. Dövlətimizin  gücü,  qüdrəti, qayğısı ilə qürur duydum. 360 yerlik yeni məktəb binası yeni tədris ilində balalarımız üçün qiymətli hədiyyə oldu. 
Ağsaçlı bir ana olaraq dövlətimizin bu qayğısını yüksək qiymətləndirirəm. Bütün qədirbilən tərtərlilər adından Prezident İlham Əliyevə, Azərbaycan təhsilinin böyük hamisi, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm.

Svetlana BAĞIROVA,
Tərtər şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər

13:19
04 Oktyabr

Azərbaycan parlamentinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub

13:16
04 Oktyabr

Prezident İlham Əliyev: Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi

13:15
04 Oktyabr

Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır

13:02
04 Oktyabr

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNİB

12:51
04 Oktyabr

Sabahın hava proqnozu açıqlanıb

12:47
04 Oktyabr

“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb

12:43
04 Oktyabr

Azərbaycan və Belarus arasında “Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” imzalanıb

12:37
04 Oktyabr

Bakıda istixana qazı emissiyalarında texnologiyanın rolu mövzusunda sessiya keçirilib

12:33
04 Oktyabr

Hikmət Hacıyev: Gəncəyə atılan "Skad" İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi

12:17
04 Oktyabr

Göldə gəmi qəzası: 78 nəfər batdı

12:12
04 Oktyabr

Kim Çen In xəbərdarlıq etdi 

11:55
04 Oktyabr

Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun

11:54
04 Oktyabr

DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb

11:43
04 Oktyabr

Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb

11:40
04 Oktyabr

Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır

11:34
04 Oktyabr

COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb

11:28
04 Oktyabr

 Makrona artıq heç kim inanmır 

11:22
04 Oktyabr

Türkiyənin ədliyyə naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib

11:19
04 Oktyabr

ABŞ-də ölənlərin sayı 200 nəfərə çatdı

11:12
04 Oktyabr

Avropanın Rusiyaya ehtiyacı var 

11:05
04 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!