02 Aprel 2020 19:58
1029
Təhsil
A- A+
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri abituriyent, məzun, müəllim və valideynlərə müraciət edib

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri abituriyent, məzun, müəllim və valideynlərə müraciət edib

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciət edib.

AZƏRTAC Dövlət İmtahan Mərkəzinin saytına istinadla müraciətin mətnini təqdim edir:

"Əziz məzunlar və abituriyentlər, hörmətli müəllimlər və valideynlər!

Bu günlərdə bizə imtahanların keçirilmə tarixləri barədə xeyli müraciətlər daxil olur. Biz sizin həyəcanı çox yaxşı anlayır və onu əsaslı hesab edirik. Hər bir şagird məktəbi bitirdikdən sonra attestasiyadan keçmək və müvafiq bilikləri varsa, təhsilini növbəti pillədə davam etdirmək imkanını əldə etməlidir. Lakin bu il virus həyatımıza müdaxilə etdi, onu dəyişdi, amma virus həyatımızı məhv edə bilməz. Həyat davam etməlidir! İndi biz onu virusdan müdafiə etməyi öyrənməliyik. Biz sağlam qalmalıyıq!

Bu tip daxili gərginliyi azaltmaq və stressi idarə etmək üçün ilk növbədə, məsələyə şüurlu yanaşmaq, rasional baxış bucağı formalaşdırmaq zəruridir. Nəticə etibarilə vəziyyət ciddi olsa da, çıxış yolları var və dövlət-vətəndaş birliyi ilə onun öhdəsindən gəlmək mümkündür.

Gəlin birgə sadə bir riyazi məsələyə nəzər yetirək. Bu, virusun nə qədər təhlükəli olduğunu dərk etməyə kömək edəcək. Hansı səbəblərə görə karantin qaydalarına əməl etmək lazımdır? Bu dərəcədə sərt tədbirlər nəyə lazımdır?

Əgər başlanğıc mərhələdə infeksiyanın qarşısı sərt tədbirlərlə alınmasa, o həndəsi silsilə ilə artar və onun yayılmasının qarşısını almaq qeyri-mümkün olar. Həndəsi silsilənin nə demək olduğunu məşhur bir riyazi məsələ ilə izah etməyə çalışaq. Təsəvvür edin ki, hər hansı bir gölün səthində su zanbağı bitib və onun yarpaqları həndəsi silsilə ilə artır. Başqa sözlə hər bir yarpaqdan gün ərzində daha bir yarpaq yaranır. Bu, hər gün zanbaq yarpaqlarının iki dəfə artmasına səbəb olur. Tutaq ki, 60 gün ərzində zanbaq yarpaqları gölün səthini tamamilə örtür. Sizcə zanbaq yarpaqlarının gölün səthinin yarısını örtməsi üçün neçə gün keçməlidir? İlk ağıla gələn cavab adətən 30 gün olur. Lakin doğru cavab 59 gündür. Yəni zanbaq yarpaqlarının gölün səthinin birinci yarısını örtməsi üçün 59 gün lazım olsa da, ikinci yarısını örtməsi üçün cəmi bir gün lazımdır. Bəs sizcə, bu hesabla gölün səthinin 1 faizi neçənci gündə örtülür? Cavab 53-cü gündür. Yəni yayılmanın 0-dan 1 faizə çatması üçün 53, 1 faizdən yüz faizə çatması üçün cəmi 7 gün lazımdır.

İndi gəlin bu məsələni pandemiyaya tətbiq edək. Tutaq ki, hər hansı ölkənin vətəndaşları düşünür ki, virusun ölkədəki yayılma faizi çox aşağıdır və ümumilikdə ölkə üçün heç bir təhlükə törətmir. Buna görə də öz normal həyatlarına davam edirlər və heç bir qabaqlayıcı tədbir görmürlər. Hesab edək ki, virusa yoluxan hər bir insan orta hesabla cəmi bir başqa insanı yoluxdurur. Bu şəkildə pandemiyanın yayılması 1 faizə çatdıqdan sonra cəmi bir həftə ərzində bütün ölkə əhalisi yoluxmuş olacaq. (1 faiz → 2 faiz → 4 faiz → 8 faiz →16 faiz → 32 faiz →64 faiz → 100 faiz). Məhz buna görə də pandemiyaya mümkün qədər tez müdaxilə edilir və sərt tədbirlər görülür.

İndi isə gəlin başqa bir suala birgə cavab tapaq: İnkişaf etmiş bir sıra ölkələrdə ortaya çıxan kütləvi ölümlərin səbəbi nədir?

Bu suala cavab vermək üçün başqa bir məşhur riyazi məsələyə nəzər salmaq lazımdır. Hər birimiz məktəbdə hovuz problemi adlanan riyazi məsələləri həll etmişik. Bu məsələyə görə bir hovuza krandan su doldurulur, başqa bir boru vasitəsilə isə su hovuzdan kənara axır. Əgər hovuza dolan suyun həcmi boşalandan böyükdürsə, onda bir müddət sonra hovuz dolub-daşmağa başlayacaq. Əgər əksinədirsə, onda hovuz tezliklə boşalacaq. Əgər dolan su ilə boşalan suyun həcmi bərabərdirsə, bu halda hovuzda daim müəyyən sabit miqdarda su qalacaq.

İndi gəlin bu məsələni də pandemiyanın izahına tətbiq edək. Burada hovuz ölkənin səhiyyə sistemini, hovuzdakı su artıq virusa yoluxmuş və müalicə alan insanları, krandan gələn su yeni xəstələnənləri, boşalan su isə sağalan xəstələri ifadə edir. Hovuz kimi səhiyyə sisteminin də xidmət həcmi məhduddur. Yəni orada yataq yerləri, lazımi avadanlıq və həkim, digər tibbi personal bəlli bir sayda xəstəyə xidmət göstərilməsinə imkan verir. Əgər virusa yoluxma sürəti yoluxanların sağalma sürətindən aşağı və ya bərabər olsa, onda səhiyyə sistemi istisna halları çıxmaq şərti ilə insanların əksəriyyətini müalicə edib sağalda bilər. Əgər xəstələnmə sürəti sağalma sürətini üstələsə, onda bu sistemin xidmət həcmini aşacaq, bütün yerlər dolu və həkimlər məşğul olduğu üçün yeni gələnləri müalicə etmək mümkün olmayacaq. Bu isə insan itkisinin kütləvi şəkildə artmasına səbəb ola bilər.

Gördüyünüz kimi, bu iki situasiya məsələsi orta məktəbin riyaziyyat kursuna aiddir. Bu məsələlər hazırkı vəziyyətin strukturunu çox aydın şəkildə təsvir edir və izah edir ki, niyə biz sizə indi kütləvi imtahanların keçirilmə vaxtını dəqiq deyə bilmirik.

Amma yuxarıda qeyd etdiyim kimi, həyat davam edir və biz sizi yarıyolda qoymayacağıq. Bütün kollektivimiz hazırda onlayn şəkildə çalışır. Mərkəzin "YouTube” kanalına "vizuallaşdırılmış dərs”lərin yerləşdirilməsi davam edir. Yeni dərslər hazır olduqca müvafiq bölmələrə əlavə edilir. Son 20 gün ərzində kanala yerləşdirilmiş dərslərə baxış sayı 100 mindən artıq olub. Otk.az portalı vasitəsilə abituriyentlər ödənişsiz onlayn sınaq imtahanları imkanından istifadə edirlər. Martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 12239 istifadəçi tərəfindən 23820 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb). DİM nəşrlərinin onlayn sifariş əsasında poçt xidməti vasitəsilə sifarişçilərin ünvanına çatdırılması işi davam etdirilir. "Pozitiv zəka” bloqunda insanlara psixoloji dəstək göstərilir. İnzibati binamızda vətəndaşların qəbulu müvəqqəti dayandırılsa da, onların müraciətləri 1653 Çağrı Mərkəzi, elektron poçt, sosial şəbəkə hesabları, həmçinin DİM-in regional bölmələri üzrə telefon vasitəsilə cavablandırılır. Vətəndaşlar məlumat əldə etmək üçün Mərkəzin saytı (dim.gov.az) və sosial şəbəkələrdəki ("Facebook”, "Instagram”, "Twitter” "Telegram”) hesablarını izləyə, həmçinin[email protected] elektron poçt ünvanına yaza bilərlər.

Biz şagirdlər üçün yeni onlayn imtahanları layihələndiririk. Azərbaycan dili istisna olmaqla, tədrisin digər dillərdə aparıldığı təhsil müəssisələrində təhsil alan şagirdlər üçün "Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə onlayn imtahan işlənib hazırlanır. Elektron imtahanlar zamanı hər hansı qayda pozuntusu və ya sui-istifadə hallarını istisna etmək üçün imtahanların proktorinq (nəzarət) sistemi üzərində işlər aparılır. Əlbəttə ki, epidemioloji vəziyyət imkan versə, sıx qrafik üzrə ənənəvi imtahanları keçirməyə hazırıq. Lakin, biz sadəcə, gözləyərək vaxt itkisinə yol verə bilmərik. Siz də bunu etməyin. Vaxtınızı boşuna sərf etməyin, təqdim etdiyimiz bütün resurslardan istifadə edərək dərslərinizlə məşğul olmağa davam edin.

Təbii ki, gigiyena və özünütəcrid qaydalarına da mütləq əməl edin. İndi siz virusun ölkəmizdə yayılmasının qarşısını almaq üçün hökumətimiz tərəfindən ilk günlərdən həyata keçirilən bütün lazımi qabaqlayıcı tədbirlərin əhəmiyyətini daha yaxşı anlayırsınız. Mən də sizi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən qaydalara uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum ünsiyyətdə olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə, mövcud qabaqlayıcı tədbirlərin şərtlərinə ciddi əməl etməyə çağırıram.

Pis günün ömrü az olar.

Evdə qalın, pozitiv qalın və savadlı olun!”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!