Doğrudanmı biz bu qədər kasıbıq?!
Bu il Zəfər müharibəsinin dörd ili tamam olacaq!
* Dördüncü ildir ki, otuzillik işğala son qoymuşuq!
* Dördüncü ildir ki, qalib xalq, qalib dövlət adını fəxrlə daşıyırıq!
* Dördüncü ildir ki, "məcburi köçkün" adını tarixin arxivinə verərək "qəhrəman vətəndaş" statusunu qazanmışıq!
Alnımız açıq, üzümüz ağ, dilimiz uzun, milli mənliyini geri qaytarmış xalqıq!
Bütün bunlara Prezident İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi ilə nail olmuşuq!
* Bütün dünya 44 günlük Zəfər müharibəsini XXI əsrin müharibələr tarixində yeni səhifə kimi qəbul edib.
* Bütün dünya 44 günlük Zəfər müharibəsini "nümunəvi" müharibə hesab edərək Azərbaycanın tətbiq etdiyi strategiya və taktikanı öyrənir, nəticə çıxararaq öz ordularında islahatlar aparır.
Başqa sözlə, bizdən güclülər və imkanlılar həvəslə bizdən öyrənir, yeniliklərimizi tətbiq edirlər.
* Bütün dünya 44 günlük Zəfər müharibəsində keçilməz cığırlardan keçərək, sıldırım qayalara dırmaşaraq, çiyinlərində ağır yük daşıyaraq, ağır artilleriyanın, zirehli texnikanın, PUA-ların imkanlarından bəhrələnmədən, demək olar ki, yalın əllə Şuşa kimi qala şəhərini alan xüsusi təyinatlılarımızın qeyri-adi igidliyini və rəşadətini qəbul edir və heyrətini gizlətmir!
44 günlük Zəfər müharibəsinin müəllifi və sərkərdəsinin, qələbələrimizin təşkilatçısının cənab İlham Əliyev, zəfərimizin təminatçılarının qəhrəman əsgər və zabitlərimizin, şəhid və qazilərimizin olduğunu hamı etiraf və qəbul edir!
* İlham Əliyev hazırda fəaliyyətdə olan dövlət başçıları sırasında yeganə Ali Baş Komandandır ki, ləyaqətli müharibə aparmaqla tam və qəti qələbə qazanıb!
* İlham Əliyev beş əsrlik Azərbaycan tarixinin yeganə sərkərdəsidir ki, itirilmiş torpaqları geri qaytarıb!
* İlham Əliyev iki əsrlik "Qarabağ problemi"ni müharibə yolu ilə həll edən yeganə sərkərdədir!
* İlham Əliyev yeganə dövlət başçısıdır ki, separatizmin kökünü kəsməyi, öz ərazisini separatçılardan büsbütün təmizləməyi bacardı, onun modelini yaratdı!
Həm də mülki əhaliyə, mülki obyektlərə heç bir tələfat və zərər yetirmədən!
Bu gün Azərbaycan ərazisində cəmi 6 separatçı qalıb ki, onlar da məlum yerdə "çay içirlər".
Son iki əsr ərzində dünyanın heç bir yerində heç bir dövlət başçısı, ordusu və xalqı belə möhtəşəm zəfər çalmayıb!
Bunu tək biz yox, hamı bilir və qəbul edir!
***
Torpaqlarımızı işğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edərək mümkün olmayanı gerçəkliyə çevirmişik!
Amma ötən üç-dörd ildə bu möhtəşəm Zəfərin, qəhrəman sərkərdə və oğullarımızın şücaətini, igidliyini, qeyrət və mərdliyini əks etdirən bədii əsər, bədii film yaradıb ortaya qoymamışıq.
Qəribədir, həyatda olanlar bədii əsərlərdə və filmlərdə yoxdur!
Televiziya kanalları çoxsaylı verilişlər, sənədli filmlər, dəyərsiz seriallar, müxtəlif kompozisiyalar hazırlayaraq (kefiyyətdən danışmırıq) nümayiş etdirirlər.
Adətən, belə çəkilişlərin ömrü ekranda göstərildiyi müddət qədər olur.
Telearxivin necə "qorunduğuna" isə sovet dövrü arxivlərinin saxlanılmasında şahid olduq.
Ermənilərin Cənubi Qafqaza köçürülməsinin 150 illiyindən bəhs edən telefilmlərin və digər çəkilişlərin başına elə daş salmışlar ki, biri də tapılmayıb!
İndiyədək qəzetlərdə söhbət açılan mövzularda müxtəlif yazılar və materiallar getsə də, artıq qəzetlərin özlərini də "tarixin arxivi"nə verməyə hazırlaşırıq.
Bunlar da qəzetlərlə birlikdə yoxa çıxacaqdır!
Qalır bədii əsərlər və kino çəkilişləri.
***
Tarix, adətən, sənədlərdə, arxivlərdə qorunub saxlanılır.
Müasir dövrdə, gündəlik həyatda isə bədii əsərlərdə, kino lentlərində yaşayır.
Tarixin gerçəkdə yaşadılmasının, yaddaşlara həkk olunmasının ən yaxşı və sınanmış yolu hadisələri əks etdirən bədii əsərlərin yaradılması, maraqlı ssenarilər yazılaraq bədii filmlərin çəkilməsidir.
Yazıçı tarixi hadisəni, faktı yaratdığı insan obrazlarında təsvir etməklə, ətə-qana gətirməklə sevdirməyi və yaşatmağı bacarır.
Bədii filmlər yaddaqalan qəhrəman surətləri yaratmaqla, emosional və gərgin səhnələr çəkməklə beynimizə və yaddaşımıza uzunmüddətli təsir göstərir.
Bütün bunlar hisslərimizə təsir edir, qəlbimizdə özünə yer tapır, hafizəmizə həmişəlik həkk olunur.
Həm də bir yox, sonrakı nəsillərin də sevgi və yaddaşına çevrilir!
Bədii əsərlərin və kinofilmlərin əlçatanlığı rahat, ömürləri uzun, auditoriyaları çox geniş olur!
Hər il bir neçə dəfə faciəli günlərimizi və fəlakətli tarixlərimizi qeyd edirik.
"Fəryad" və "Dolu" filmləri vasitəsilə yaddaşları təzələyirik.
Hər iki film işğal məşəqqətlərindən və məğlub olduğumuz müharibədən bəhs edir.
Bəs qalibiyyətimizi nə vaxt bədii əsərlərdə və filmlərdə görəcəyik?
Yeri gəlmişkən xatırladıram ki, yazıçı Aqil Abbas "Dolu"nun ikinci hissəsini, hətta yeni filmin ssenarisini yazdığını bildirir.
Bəs nəyi gözləyirik?
Yazanımız və çəkənimiz yoxdur, yoxsa pulumuz?!
***
Yazıçı, dramaturq, ssenarist sarıdan müəyyən çətinliklər yaşanır.
Bunun I Qarabağ müharibəsində şahidi olduq!
Qələm sahibləri əvvəlcə bir neçə povest, roman, dram əsərləri yazsalar da, sonra başımızın altına yastıq qoydular ki, "əsl sənət əsərləri müharibədən bir qədər keçdikdən sonra yaranacaqdır!"
Müharibədən nəinki bir qədər, hətta bir müharibə də keçdi!
Amma hələ də "şedevr"lər yoxdur!
Yazıçılarımızın "köhnələr"i qocalıb, cavan qələm sahiblərinin isə iddiaları istedadlarından çox-çox yekədir!
Hər şey istəsələr də, hələ ki ortalığa bir şey qoya bilməyiblər...
Zaman isə gedir...
Amma heç də ümidsiz deyilik!
Həm də görünür onları ətalətdən qurtararaq hərəkətə gətirmək üçün aidiyyəti dövlət qurumlarının özləri də ətalətdən qurtulmalıdırlar.
Nəyi nəzərdə tuturuq?
***
Bəzən elə məsələlərdə laqeyidlik, soyuqqanlılıq və biganəlik göstəririk ki, sağlam ağıla sığışdırmaq çətinlik törədir.
Bütün paslı qıfılları açan ən universal açar "iqtisadi açar"dır!
Hər işin uğurunun da əsas təminatçısı maddi vəsaitdir.
Heç cürə anlamaq olmur - nə üçün müvafiq nazirliklər, komitələr, qurumlar artıq problemə çevrilmiş bu məsələ ilə məşğul olmur, onun həllinə vəsait "tapmırlar"?
Yazıçı, ssenarist yazmırsa, yazmaq istəmirsə, hər il böyük məbləğdə mükafat ayırmaqla müsabiqələr keçirmək olmazmı?!
Qoy bir il, iki il zəif əsərlər yazılsın, qoy mükafat o qədər də uğurlu olmayan ssenarilərə verilsin...
Nə olar, sonda istədiyimizə nail ola bilərik.
Əgər özümüz çəkə bilmiriksə, yaxşı ssenari, rejissor, lap olsun aktyor yoxdursa, onda "Hollivud"a sifariş verib Zəfərimiz barədə dünyaya səs salan film çəkdirə bilmərikmi?!
* Axı hər şey pulun başındadır!
* Axı bir çox ölkə bu yol ilə gedərək böyük uğur qazanıb!
* Axı bu Zəfərə çatmaq üçün uzun illər ərzində milyardlarla pul xərcləmişik!
Gəlin bir qədərini də onun tərənnümünə sərf edək də!
Dünya dağılar?!
Kasıb düşərik?!
Azərbaycan möhtəşəm qələbəsi ilə dünyada yenidən tanındı və yüksəldi, yeni imic sahibi oldu!
Gəlin bu imicimizi daha da zənginləşdirək də!
Bu, xəsislik ediləsi məsələ deyil axı!
* Xocalı, Qaradağlı, Başlıbel soyqırımları baş verdi, onlarla qoca, qadın, uşaq qətlə yetirildi;
* 20-25 il ərzində minlərlə insan çadır şəhərciklərində, yataqxanalarda, ictimai binalarda ən ağır şəraitdə yaşadı;
* Dörd minədək insan itkin düşdü, analar illərlə yol gözləyərək övladlarının öldü-qaldısından xəbər tuta bilmədilər;
* Mülki əhaliyə qarşı olmazın vəhşiliklər törədildi, bu gün də yeni-yeni kütləvi məzarlıqlar aşkara çıxarılmaqdadır;
* Düşmən bir milyondan çox "ölüm toxumu" səpərək, mina tələləri quraraq yüzlərlə mülki insanın ölümünə, əlilliyinə bais olur, hələ indiyədək də həqiqi mina xəritəsini təqdim etmir.
Niyə bunları bədii əsərlərə və filmlərə çevirib dünyaya təqdim etmirik?!
Yaxud başqa bir misal.
"Azərbaycan" qəzeti bir yaradıcı kollektiv olaraq müstəqil dövlətimizin inkişafı, iqtisadi, siyasi, mədəni-mənəvi uğurları ilə bağlı 20-dən çox kitab nəşr etdirmişdir.
Ən uğurlu kitabımız isə (qeyri-təvazökarlıq olmasın) "Heydər Əliyev mənim həyatımda" ikicildliyi olmuşdur.
Qeyd edək ki, indiyədək Ulu Öndərimizin Azərbaycana rəhbərliyinin hər iki dövrü ilə bağlı siyasi və quruculuq istiqamətli saysız-hesabsız kitablar yazılmış və bundan sonra da yazılacaqdır!
Lakin onun xeyirxah insan kimi böyüklüyünü əks etdirən, ən çətin anlarında adamlara arxa durub kömək edən, cavanları oxutduran, sonra vəzifə pillələri ilə irəlilədən, ağır xəstəliyə düçar olmuş insanları müalicə etdirərək ömrünü uzadan, əmək adamının zəhmətini qiymətləndirən, onları mənzillə, fərdi təqaüdlə təmin edən saysız-hesabsız addımları olmuşdur.
İkicildlikdə belə insanların minnətdarlığını əks etdirən xatirələr toplanmış, Ulu Öndərimizin bir insan kimi xeyirxah obrazı çoxsaylı yazılarla təsvir olunmuşdur.
Bu gün yenidən elə bir kitabı ərsəyə gətirmək istəsək, artıq mümkün deyil!
Çünki xatirə müəlliflərinin bir çoxu - Ulu Öndər Heydər Əliyevlə orta məktəbdə birgə oxumuş uşaqlıq dövrünün yaxın dostları Zərqələm xanım, Füruzə xanım, Dövlət müəllim və başqaları artıq həyatda yoxdurlar.
"Heydər Əliyev mənim həyatımda" kitabının rus, ingilis, ərəb dillərində nəşr olunması üçün iki mötəbər quruma və nazirliyə müraciət etdik.
Çünki özümüzün buna imkanımız çatmırdı.
Söz verənlər olsa da, əməli işi görmədik!
Buna nə ad qoyaq, indiyədək tapa bilməmişik!
***
Erməni özünə yalançı tarix yazır, qondarma "soyqırım"ları düzəldir, hamını ona inandıra bilir.
Biz isə olanları, etdiklərimizi və bizə edilənləri ortaya çıxarmağı bacarmırıq!!!
Heç olmasa bədii əsərlərdə və kino lentlərində.
Həm də hadisələr o qədər təzə-tərdir ki, bütün dünyanın gözü qarşısında baş verib, nə sənədə ehtiyac var, nə də arxivlərə müraciət etməyə.
Bəs çatmayan nədir, niyə özümüzə, bu gün yaranan tariximizə, xalqın qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasına bu qədər biganəyik?
Axı bu yolda iki dəfə Vətən müharibəsi aparmış, birlikdə 23 mindən çox şəhid vermişik, minlərlə qazilərimiz var.
Heç olmasa onların xatirinə bir addım ataq!
Bəlkə pulumuz yoxdur, tarixinin ən qüdrətli dövlətini yaradan Azərbaycanda tarixi əbədiləşdirməyə vəsait tapılmır?
Kim buna inanar?
Belə çıxır ki, bu barədə də göstərişi yalnız Prezident verməlidir?
Bəs bizim vətəndaş mövqeyimiz?
Bəs bizim vətənpərvərliyimiz?
Bəs bizim vəzifə borcumuz, məmur məsuliyyətimiz?
Axı bunlar edilməlidir və kimlərsə bu işlərlə məşğul olmalıdır!
Daha səbir etdik, gözlədik, yetər!
Bəxtiyar SADIQOV
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən ad...
09 May
Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar
09 May
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
09 May
Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib
09 May
Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlar...
09 May
İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik ...
09 May
Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək
09 May
Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq
09 May
Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq ...
09 May
Azərbaycan sabitlik və iqtisadi möcüzələr yaradan ölkədir
09 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!