05 Mart 2024 09:45
270
CƏMİYYƏT
A- A+

DGK: Mərkəzi Gömrük Ekspertizası İdarəsinin xidmətləri ilə bağlı respondentlərin 82 faizi məmnunluğunu ifadə edib

 

Kütləvi informasiya vasitələrində gömrük orqanlarında həyata keçirilən islahatlar və əldə edilən nəticələrlə yanaşı, bəzi hallarda tənqidi yanaşmaları əks etdirən müvafiq məlumatlar da yayımlanır.

İlk növbədə gömrük xidməti narahatlıq yaradan hər bir hal üzrə müvafiq müzakirələrin aparılmasının, gömrük orqanlarına müraciət edilməklə onun nəzərdən keçirilməsinin və nəticəsi üzrə mövqeyinin ictimailəşdirilməsinin tərəfdarıdır və bu məqsədlə açıq müzakirələrin aparılmasını dəstəkləyir.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Qeyd olunub ki, gömrük xidməti gömrük fəaliyyəti ilə bağlı konkret bir fakt üzrə narahatlıq yarandıqda onun bildirilməsinə və işçi qaydada müzakirələrin aparılmasına üstünlük verir. Bu yanaşma gömrük sferasında şəffaflıq səviyyəsinin artırılmasının təmin edilməsi nöqteyi-nəzərdən gömrük orqanları üçün maraq kəsb edir.

Son tənqidi yanaşmalardan biri Mərkəzi Gömrük Ekspertizası İdarəsində malların təsnif edilməsi və ya ekspertizadan keçirilməsi ilə bağlı olub. Nəzərə alınmalıdır ki, gömrük orqanlarının fəaliyyətinin səmərəliliyinin öyrənilməsi məqsədilə müvafiq sorğular keçirilir və bu sorğularda Mərkəzi Gömrük Ekspertizası İdarəsinin xidmətləri ilə bağlı respondentlərin 82 faizi məmnunluğunu ifadə edib.

Eyni zamanda, gömrük ekspertizası bir sıra hallarda malın düzgün təsnif olunması, gömrük tariflərinə uyğun gömrük rüsum dərəcələrinin tətbiq edilməsi məqsədilə həyata keçirilir. Bu halın əsas səbəbi ondan ibarətdir ki, bəzən gömrük bəyannaməsinin 31-ci qrafasının təsvir hissəsi tam doldurulmadığından, yəni xarici ticarət dövriyyəsində olan malın (məsələn, idxal edilən malın) texniki göstəricisi, xarakteristikası və digər məlumatlar bu qrafada tam əksini tapmadığından, eləcə də dolğun sənədlər gömrük orqanına təqdim edilmədiyindən malların eynləşdirilməsinə və uyğunluğuna əsasən müvafiq olaraq tarif dərəcələrinin müəyyənləşdirilməsinə zərurət yaranır.

Bilavasitə gömrük orqanlarının təşəbbüsü ilə aparılan gömrük ekspertizasına görə xarici ticarət iştirakçıları tərəfindən hər hansı yığım ödənilmir.

Gömrük ekspertizasına sərf olunan müddətlər isə malların texniki xüsusiyyətlərindən, yəni müayinə üsullarından asılıdır (məsələn kimyəvi, spektrometrik, xromatoqrafik, mikroskopik və s. xüsusiyyətlərindən). Bu müddətlər hər hansı malın aylarla saxlanılmasına deyil, məhz ekspertizanın həmin müddətlər çərçivəsində həyata keçirilməsi üçün nəzərdə tutulur.

Prosesin vaxtında həyata keçirilməsi məqsədilə Mərkəzi Gömrük Ekspertizası İdarəsinin lazımi müayinə avadanlıqları ilə təchiz edilməsi üçün müvafiq iş aparılır. Həmçinin infrastruktur imkanlarının genişləndirilməsi də gömrük orqanlarının qarşısında duran məsələdir.

Ekspertiza müddətində gömrük orqanları tərəfindən malların buraxılışına qadağa qoyulmasına gəlincə, Gömrük Məcəlləsinin 258-ci maddəsinə əsasən biznes subyektləri yarana biləcək gömrük borcu ekvivalentində müvafiq təminat təqdim etməklə idxal etdikləri malları gömrük nəzarəti zonasından çıxarmaq və onlar barəsində sərəncam vermək hüququndan istifadə edə bilərlər.

Gömrük orqanları malların tez buraxılışında maraqlı tərəfdir və bunun üçün mümkün imkanlardan istifadə edir. Belə ki, 2024-cü ildən başlayaraq süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analizi Sistemi tətbiq olunur. Eyni zamanda, gömrük bəyannaməsinin 31-ci qrafasının (bəyannaməçilər üçün çox tanış olan) təsvirinin tam dolğunluğu üçün sahibkarlarla mütəmadi iş aparılır.

Əlavə olaraq Gömrük Rəsmiləşdirilməsi Platforması (GRP) vasitəsilə “Məcburi qərarlar” üzrə əldə edilən imkanlar sahibkarların idxal və ya ixrac etdikləri malların təkrar ekspertizaya göndərilməsinin qarşısını alır.

Öz növbəsində, müayinələrin metodiki əsaslarla həyata keçirilməsi istiqamətində Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən müvafiq işlər aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video