"Dəniz limanları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1070-VIQD nömrəli Qanununun tətbiqi və "Dəniz limanları haqqında" Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Dəniz limanları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1070-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Dəniz limanları haqqında" Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinin ikinci cümləsində, 4.1-ci, 4.2-ci maddələrində, 5.1-ci maddəsinin birinci cümləsində, 6.1-ci (hər iki halda) maddəsində, 6.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 7.1-ci, 7.3-cü, 7.4-cü, 8.4-cü maddələrində, 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 9.5-ci, 10-cu, 11.1-ci maddələrində, 11.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 12.1-ci, 12.2-ci (hər iki halda), 12.4-cü, 13.1-13.3-cü, 13.6.1-13.6.3-cü, 15.2-ci, 15.3-cü, 20.6-cı, 23.1-ci maddələrində, 23.2-ci və 28.1-ci maddələrinin ikinci cümlələrində və 29.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 4.1-ci maddəsində, 5.1-ci maddəsinin birinci cümləsində, 6.1-ci (ikinci halda), 7.1-ci maddələrində, 9.2-ci maddəsinin ikinci cümləsində, 9.5-ci, 10-cu, 11.1-ci maddələrində, 11.2-ci maddəsinin ikinci cümləsində, 12.4-cü, 13.1-ci, 13.3-cü, 15.2-ci, 20.6-cı, 23.1-ci maddələrində, 23.2-ci və 28.1-ci maddələrinin ikinci cümlələrində və 29.2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 4.2-ci və 12.2-ci (hər iki halda) maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Qanunun 12.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 13.6.2-ci maddəsində "orqanlar (qurumlar)" dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.6. həmin Qanunun 15.3-cü maddəsində "orqan (qurum)" dedikdə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.7. həmin Qanunun 2.2-ci maddəsinin ikinci cümləsində, 6.1-ci (birinci halda) maddəsində, 6.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 7.3-cü, 7.4-cü, 8.4-cü maddələrində, 9.2-ci maddəsinin birinci cümləsində, 11.2-ci maddəsinin birinci cümləsində, 13.2-ci, 13.6.1-ci və 13.6.3-cü maddələrində "orqan (qurum)" dedikdə Dövlət Dəniz və Liman Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. "Dəniz limanları haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. "Dəniz limanları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1070-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. "Dəniz limanları haqqında" Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 474 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.1-ci bənddə "3.1.2-ci və 5.4-cü maddələrində, 28.1-ci maddəsinin ikinci cümləsində" sözləri "2.2-ci maddəsinin ikinci cümləsində, 3.1.2-ci, 4.1-ci, 4.2-ci maddələrində, 5.1-ci maddəsinin birinci cümləsində, 5.4-cü, 6.1-ci (hər iki halda) maddələrində, 6.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 7.1-ci, 7.3-cü, 7.4-cü, 8.4-cü maddələrində, 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 9.5-ci, 10-cu, 11.1-ci maddələrində, 11.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 12.1-ci, 12.2-ci (hər iki halda), 12.4-cü, 13.1-13.3-cü, 13.6.1-13.6.3-cü, 15.2-ci, 15.3-cü, 20.6-cı, 23.1-ci maddələrində, 23.2-ci və 28.1-ci maddələrinin ikinci cümlələrində və 29.2-ci maddəsində" sözləri ilə əvəz edilsin;
3.2. 3.2-ci bənddə "maddəsinin ikinci cümləsində və 29.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir" sözləri "və 28.1-ci maddələrinin ikinci cümlələrində və 29.2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur" sözləri ilə əvəz edilsin;
3.3. 3.2-1-ci bənddə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;
3.4. 3.3-cü bənddə "nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi həyata keçirir" sözləri "orqan (qurum)" dedikdə Dövlət Dəniz və Liman Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur" sözləri ilə əvəz edilsin;
3.5. 3.4-cü bənddə "nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir" sözləri "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzərdə tutulur" sözləri ilə əvəz edilsin;
3.6. 3.4-1-ci bənddə "nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir" sözləri "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur" sözləri ilə əvəz edilsin;
3.7. 3.5-ci bənddə "nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, öz" sözləri "orqan (qurum) dedikdə" sözləri ilə və "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur" sözləri ilə əvəz edilsin;
3.8. 3.6-cı bənddə "nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini" sözləri "orqan (qurum)" dedikdə" sözləri ilə və "həyata keçirir" sözləri "nəzərdə tutulur" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2024-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Sorğu: Almaniyalıların 73 faizi hökumətin işindən narazıdır
27 Iyul
“Paris-2024”: Azərbaycan avarçəkəni 1/4 finala vəsiqə qazanıb
27 Iyul
“SpaceX” orbitə daha 23 internet peyki çıxarıb
27 Iyul
Gənc əsgərlərin hazırlığı daim diqqət mərkəzindədir
27 Iyul
Dünya səyyahları Füzulidə minaların zərərsizləşdirilməsini izləyiblər
27 Iyul
Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
Sabahın hava proqnozu
27 Iyul
Türkiyə nəşri: Azərbaycan musiqi festivalı ilə dünyanı heyran edir
27 Iyul
İqtisadiyyat naziri Yevlax Pilot Aqroparkındakı müəssisələrin fəaliyyəti ilə tanış olub
27 Iyul
Faktiki hava: Bəzi çaylardan sel keçib
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!