Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
Aprelin 8-də Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclası açan komitə sədri Bəxtiyar Əliyev gündəliyə ikinci oxunuşda olan iki qanun layihəsinin - “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri daxil edildiyini bildirib.
Qanun layihələri barədə geniş məlumat verən komitə sədri irəli sürülən dəyişikliklərin Prezident İlham Əliyevin əhalinin aztəminatlı təbəqəsi və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsilə əlçatanlığını təmin etməklə yanaşı bu kateqoriya üzrə insanların əhatə dairəsinin də genişləndirilməsinə zəmin yaradacağını diqqətə çatdırıb.
Qeyd olunub ki, Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi, peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi, habelə ali təhsil müəssisələrində dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının və həcminin ilbəil artırılması, həmçinin digər islahatlar dövlət başçısının təhsilə, insan kapitalının inkişafına, xüsusən də sosial müdafiəyə ehtiyac duyan həssas əhali qrupuna aid vətəndaşlara yüksək diqqətinin təzahürüdür.
Bəxtiyar Əliyev bildirib ki, müzakirəyə təqdim edilən qanun layihələrinə dair birinci oxunuşdan sonra komitəyə heç bir irad və təklif daxil olmayıb.
Məsələlərin müzakirəsində komitə sədrinin müavini Musa Qasımlı, komitənin üzvləri Ceyhun Məmmədov, Etibar Əliyev və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək, qanun layihələri ilə bağlı fikirlərini bildiriblər.
Müzakirələrin sonunda hər iki qanun layihəsi ikinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
O.M.Muradovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi ha...
30 Aprel
R.V.Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən aza...
30 Aprel
Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərba...
30 Aprel
"Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərb...
30 Aprel
"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi...
30 Aprel
"Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Q...
30 Aprel
"Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Q...
30 Aprel
"Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Q...
30 Aprel
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin tə...
30 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
30 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!