27 May 2023 18:16
233
İDMAN
A- A+

Çunqvon Ço: Azərbaycanda taekvondo yetərincə inkişaf edib  

Bakıda olmaq çox xoşdur. Taekvondo ailəsinin üzvləri Bakının bizim üçün çox əziz olduğunu bilirlər. 2006-cı ildən Bakı taekvondo üzrə bir sıra mötəbər yarışlara ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço mayın 27-də Bakıda təşkil olunan mətbuat konfransında qeyd edib.

Bakıda keçiriləcək dünya çempionatının əhəmiyyətini yüksək qiymətləndirən Ç.Ço deyib ki, idmanın taekvondo növü vasitəsi ilə dünyada sülhü təmin etmək istəyirik. Biz qaçqın idmançılardan ibarət komanda yaratmışıq. Həmin idmançılar Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək üçün yarışacaqlar.

Bakıda dəfələrlə olduğunu xatırladan federasiya prezidenti bildirib ki, paytaxtınız çox inkişaf edib. Əvvəlki səfərim zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüşəm. Fikrimcə Azərbaycanda idmanın növü yetərincə inkişaf edib. Dövlət tərəfindən taekvondo idman növünə böyük diqqət göstərilir.

Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 4-dək keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video