13 Oktyabr 2024 08:25
1300
SİYASƏT
A- A+
COP29 yaxınlaşır, təzyiqlər artır

COP29 yaxınlaşır, təzyiqlər artır


Azərbaycan əleyhinə siyasətin formalaşmasında ABŞ Dövlət Departamenti aparıcı rol oynayır


"ABŞ Konqresində ermənipərəst senator və konqresmenlərin Azərbaycana qarşı qərəzli, ikili standartlar siyasətinin dəfələrlə şahidi olmuşuq. Lakin son zamanlar antiazərbaycançı fəaliyyətdə ABŞ Dövlət Departamenti xüsusilə seçilir".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elman Nəsirov deyib. O qeyd edib ki,  hətta iş ora gəlib çatıb ki, ənənəvi olaraq Azərbaycan əleyhinə siyasətin formalaşmasında və istiqamətlənməsində ABŞ Dövlət Departamentinin aparıcı rol oynadığı üzə çıxır. 

"Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayılda keçmiş məcburi köçkünlərlə görüşdə qeyd etdiyi kimi, 60-a yaxın konqresmen və senator  ABŞ Dövlət katibinə müraciət edərək ölkəmizə qarşı sərt siyasətin, sanksiyaların tətbiqi kimi məsələləri gündəmə gətiriblər. Dövlət başçısı vurğuladı ki, Konqresdən gedən məktubun müəllifi də elə ABŞ Dövlət Departamentidir. Yəni bu cür - açıq-aşkar şəkildə Azərbaycana qarşı təzyiq siyasətini həyata keçirirlər. Bizim də "günahımız" odur ki, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etmişik. ABŞ-nin düşüncəsinə görə, onların icazəsi olmadan bunu etmişik", - deyə o əlavə edib.

E.Nəsirov bildirib ki, bəzi dairələr Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini Qarabağın işğalı kimi təqdim edir və ermənilərin könüllü şəkildə Qarabağdan çıxmasını isə etnik təmizləmə kimi beynəlxalq ictimaiyyətə sırımaq istəyirlər. Zamanı da təsadüfi seçməyiblər. Anti-Azərbaycan siyasətinin yeni məzmun, yeni keyfiyyət halına keçməsi COP29 tədbiri yaxınlaşdıqca daha çox hiss olunur. Müxtəlif istiqamətlərdən koordinasiya olunmuş təzyiqlərlə üz-üzəyik. ABŞ Dövlət Departamenti, Konqresi bir tərəfdən, digər tərəfdən Avropa Şurası Parlament Assambleyası payız sessiyasının ilk iclasında Azərbaycan əleyhinə bəyanatlar səsləndirir. 

Deputat bildirib ki, Avropa Parlamentinin də analoji addımlarına dəfələrlə şahidlik etmişik: "Bu cür anti-Azərbaycan siyasət adətən ölkəmiz mühüm tədbirlərə evsahibliyi edərkən daha çox müşahidə edilir. COP29 ərəfəsində belə təzyiqlərin artma dinamikasını görürük. Dünyanın ürəyinin Bakıda döyünəcəyi bir zamanda onlar beynəlxalq ictimai fikrə öz yalanlarını, dezinformasiyalarını sırımağa çalışırlar. Amma bütün bunların heç bir nəticəsi olmayacaq. Əvvəla, bizim işimiz haqq işidir. İkincisi də Azərbaycan güclü dövlətdir, güclü lideri, ordusu, iqtisadiyyatı var. Bundan başqa, güclü müttəfiqlərimiz var. Səfərbər olmuş cəmiyyət və vətəndaş həmrəyliyi hökm sürür. Xalq-hakimiyyət birliyi monolitdir. Bu reallıqlar fonunda Azərbaycana qarşı istənilən təzyiqin həyatakeçmə əmsalı sıfra bərabərdir".


Əsmər QABİLQIZI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!