23 Fevral 2024 08:00
11191
İQTİSADİYYAT
A- A+
COP29 həm də Azərbaycanın dünyaya təqdimatı üçün növbəti platformadır

COP29 həm də Azərbaycanın dünyaya təqdimatı üçün növbəti platformadır

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün əlverişli şərait yaradacaq. Tədbirin çoxsaylı iştirakçıları və qonaqları ölkəmizdə gedən quruculuq işlərini,  ətraf mühitin mühafizəsinə göstərilən diqqəti, iqlim dəyişmələri ilə mübarizəni  əyani görə biləcəklər.
COP29-un bir önəmi də ondan ibarətdir ki, Ermənistanın Qarabağda və Şərqi Zəngəzurda 30 il ərzində törətdiyi ekoloji terror  haqqında geniş bir auditoriyaya ətraflı məlumat vermək imkanımız olacaq.  Dünyanın hər yerindən gəlmiş insanlar işğaldan azad olunmuş ərazilərimizdə  erməni ekosidinin  vurduğu zərbələrin nəticələrini aradan qaldırmaq üçün həyata keçirilən işləri də əyani görəcəklər. 
Erməni vandallarının Azərbaycan  təbiətinə  qarşı  törətdiyi vəhşilik  isə göz qabağındadır. Bunu göstərmək üçün nə bələdçi lazımdır, nə də şərh...   Onlar işğal etdikləri ərazilərdə, sözün əsl mənasında, ekoloji terror törədiblər. Prezident İlham Əliyev  bu vəhşilikləri ekosid - ətraf mühitə qarşı genosid adlandırıb.
Mənfur düşmən uzun müddət meşələrimizi qırıb və talayıb, meyvə bağlarındakı ağacları kəsib, hətta son dövrdə tərk etməli olduğu rayonlarda  yaşıllıqlara od vurub. İşğalçı öz xəyanətkar əlini çaylarımıza da uzadıb. Onların suyundan güc alan elektrik stansiyalarını darmadağın edib, avadanlığını söküb aparıb, binalarını dağıdıb. 
Dövlətimizin başçısı  Laçın rayonunda  22 min hektar, Kəlbəcər rayonunda 24 min hektar,  Zəngilan və Qubadlı rayonlarında 12 min hektar  meşə sahəsi,  işğaldan azad edilmiş  digər  ərazilərdə də bu cür  böyük  sərvətimiz  olduğunu  dəfələrlə nəzərə  çatdırıb, meşələrin planetimizin ağciyəri  olduğunu   qeyd edərək  deyib: "Mənfur, vəhşi düşmən bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırıb. Buna baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir. Əlbəttə, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaqdır".  
Erməni qəsbkarları işğal altında saxladıqları dövrdə digər ərazilərdə olduğu kimi, Bəsitçay qoruğuna da böyük zərər yetiriblər. Burada vaxtilə 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Düşmən qoruğun meşəlik ərazisinin demək olar ki, yarısını məhv edib, ağacların kökünü, oduncağını yandırıblar. Ümumiyyətlə, 60 min hektar meşəmiz məhv olunub.
Çaylarımız da işğal altında idi və düşmən bizi onlardan  da məhrum etmişdi.  Tərtər çayının suyundan faktiki olaraq istifadə etmək  mümkün deyildi.  Suqovuşan ermənilərin əlində olduğu üçün yayda suyu kəsirdilər, qışda isə buraxırdılar və bu, daşqınlara gətirib çıxarırdı.  Ən böyük çaylarımızdan olan Həkəridən  də istifadə edə bilmirdik. Bazarçay (Bərgüşad çayı), Lev çay, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay... Bunların hamısını ermənilər vəhşicəsinə istismar edirdilər.
Oxçuçayın böyük fəlakətindən isə indi bütün  dünya xəbərdardır. İşğal etdikləri torpaqlarımızın təbii sərvətlərini gəlir mənbəyinə çevirən düşmən öz korrupsioner tərəfdaşları ilə birlikdə bizim bu gözəl, şəffaf sulu çayımıza qarşı da əsl ekosid törədib.  Prezident  İlham Əliyev  bu məsələnin üzərinə  dəfələrlə qayıtmışdır: "Məsələni qaldıranda bizə söz verildi ki, bu fəlakəti törədən şirkət gəlib bunu təmizləyəcək. Amma artıq bundan bir il vaxt keçib, bizə heç bir təklif verilmir. Oxçuçayı zibilləyən, zəhərləyən "Cronimet" şirkətidir. Bu, böyük şirkətdir və bəzi xarici mətbu orqanlarında gedən məlumatlara görə, korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş xunta rejiminin nümayəndələri ilə bunların qanunsuz biznes əlaqələri olub və onlar birlikdə orada o mis kombinatını işlədiblər. Ondan sonra Ermənistan hökuməti korrupsiyalaşmış həmin o erməni nümayəndələrindən bu kombinatın payını alıbdır. Ancaq bu fəlakəti törədən "Cronimet" şirkəti buna cavab verməlidir, yoxsa yox? Mən demişəm ki, beynəlxalq məhkəmələrdə məsələ qaldırılmalıdır. İndi mən çox şey demək istəmirəm, biz artıq hüquqi iddia ilə də çıxış edəcəyik, hazırlıq işləri gedir, beynəlxalq mütəxəssislər cəlb olunub. Biz erməniləri törətdikləri vəhşiliklərə görə bütün dünyada ifşa edəcəyik. O cümlədən xarici şirkətləri, hansılar ki, bizim təbii yataqlarımızı istismar ediblər. Qızıl yataqlarımızı, digər yataqlarımızı qanunsuz istismar edən xarici şirkətlər hesab edirlər ki, bizdən yaxa qurtaracaqlar? Yox! Biz onları məhkəməyə gətirəcəyik, onları biabır edəcəyik. Oxçuçay suyunu sarı rəngə boyayan "Cronimet" şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq".
Ermənilər 44 günlük Vətən müharibəsi  zamanı Şuşadan qaçarkən növbəti vəhşiliklərini törədib və su xətlərini də partladıblar. İşğal dövründə isə 17 bulağın 17-sini də yararsız vəziyyətə salıb, qurudublar. Əslində, bu vəhşilikləri ilə bir daha göstəriblər ki, Şuşa heç vaxt onların şəhəri olmayıb. İşğal zamanı düşmən çoxsaylı su anbarlarımıza da zərbə endirib. 
Ermənilər bir zamanlar bütün keçmiş SSRİ məkanında tanınan Kəlbəcərdəki sanatoriyanın binalarını uçurmaqla yanaşı, buradakı su mənbələrini də tamamilə dağıdıblar. İndi burada müvafiq infrastrukturun yaradılması, yolların çəkilməsi,  müalicəvi içməli suyun istehsalına başlanması kimi məsələlər qarşıda dayanır. Ümumiyyətlə, Qarabağda və Şərqi Zəngəzurda içməli su  problemləri həll olunur. Prezidentimiz bildirib ki, azad edilmiş torpaqların, xüsusilə Kəlbəcər, Laçın, Qubadlının relyefi oradan həm suvarma suyunun, həm içməli suyun öz axarı ilə gəlib Ağdama, Bərdəyə və digər yerlərə çatmasına imkan verə bilər. Bu, ümumi suvarma sistemimizə inteqrasiya olunmalıdır. Eyni zamanda biz çaylarımızdan içməli su mənbəyi kimi istifadə etməliyik.
Əslində, Qarabağın və Şərqi Zəngəzurun təbiətinə vurulmuş yaraları sağaldan davamlı tədbirlər qələbədən dərhal sonra həyata keçirilməyə başlanıb. Onlardan yalnız bir neçəsini xatırladaq. Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində çinar ağacları əkiblər. 
İşğaldan azad edilmış ərazilərdə ilk turizm obyektinin - Suqovuşan turizm kompleksının yaradılmasına başlanıb. Cəbrayıl rayonu ərazisində yaradılacaq "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin təməli qoyulub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan burada ağac əkiblər, əraziyə ceyranlar buraxıblar.
Bu ərazilərdə fauna növlərinin - ceyran, bezoar keçisi, Dağıstan turu və nəcib maralın, balıq və yırtıcı quş növlərinin öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub. Balıq növlərinin populyasiyasının bərpası üçün davamlı işlər görülür. Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzələrinə balıq körpələrinin buraxılışı təşkil olunub və bu işlər növbəti illərdə də həyata keçiriləcək. 
İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb, çoxsaylı ağacəkmə kampaniyaları keçirilir. Bu qəbildən olan tədbirlərin siyahısını xeyli uzatmaq da mümkündür.
Dünya ictimaiyyəti bütün bunları görməli və bilməlidir. Bu baxımdan COP29 bizım üçün bir şansdır.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb

13:46
04 Oktyabr

Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb

13:41
04 Oktyabr

Prezident İlham Əliyev: Bizə qarşı olan düşmənçilik siyasəti dayanmır

13:33
04 Oktyabr

Viktor Orban Aİ-nin iqtisadi kursunu soyuq müharibə adlandırıb

13:29
04 Oktyabr

Prezident: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər

13:19
04 Oktyabr

Azərbaycan parlamentinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub

13:16
04 Oktyabr

Prezident İlham Əliyev: Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi

13:15
04 Oktyabr

Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır

13:02
04 Oktyabr

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNİB

12:51
04 Oktyabr

Sabahın hava proqnozu açıqlanıb

12:47
04 Oktyabr

“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb

12:43
04 Oktyabr

Azərbaycan və Belarus arasında “Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” imzalanıb

12:37
04 Oktyabr

Bakıda istixana qazı emissiyalarında texnologiyanın rolu mövzusunda sessiya keçirilib

12:33
04 Oktyabr

Hikmət Hacıyev: Gəncəyə atılan "Skad" İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi

12:17
04 Oktyabr

Göldə gəmi qəzası: 78 nəfər batdı

12:12
04 Oktyabr

Kim Çen In xəbərdarlıq etdi 

11:55
04 Oktyabr

Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun

11:54
04 Oktyabr

DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb

11:43
04 Oktyabr

Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb

11:40
04 Oktyabr

Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır

11:34
04 Oktyabr

COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb

11:28
04 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!