19 Fevral 2025 13:46
470
CƏMİYYƏT
A- A+
Cəbrayılda daha 37 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Cəbrayılda daha 37 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Bu gün növbəti köç karvanı ilə Cəbrayıl şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıla qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskublaşıblar.

Köçürülən ailələrin, Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.


12:46


“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Cəbrayıl şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl şəhəri bu gün 37 ailə olmaqla 212 nəfərə qucaq açıb. Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub və Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Köçürülən ailələrin Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb.

Qeyd edək ki, Böyük Qayıdışın əsas komponentlərindən olan dayanıqlı məskunlaşmanın təmin edilməsi çərçivəsində geri qayıtmış keçmiş məcburi köçkünlər, dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, həmin ərazilərdə hazırda 40 minə yaxın insan yaşayır və fəaliyyət göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənd kəndində daha 32 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB 2

14:31
30 Aprel

“MIZRAK” ilk dəfə “SAHA 2026”da nümayiş olunacaq

14:28
30 Aprel

Birinci rübdə SOCAR-ın idarəsi 35 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

13:32
30 Aprel

Rusiya Odessaya iki dəfə kütləvi zərbələr endirib

13:29
30 Aprel

Prezident İlham Əliyev beynəlxalq yarışlarda Azərbaycan idmançılarına qarşı ədalətsizlikdən danışıb  

13:27
30 Aprel

Ukraynada cəbhə xəttində döyüşən hərbçilər üçün yeni qaydalar

13:18
30 Aprel

Prezident: İdmançılarımızda qələbə əzmi çox güclüdür

13:16
30 Aprel

Sabah hava əsasən yağmursuz olacaq

13:11
30 Aprel

Venesuelaya tətbiq edilən 1861 sanksiyadan yalnız 18-i ləğv olunub  

13:01
30 Aprel

Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq

12:56
30 Aprel

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

12:53
30 Aprel

Ankarada qardaşlıq dialoqu: Günay Əfəndiyeva diplomatiya və Türk dünyasının gələcəyindən danışıb  

12:51
30 Aprel

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib YENİLƏNİB

12:50
30 Aprel

“Goldman Sachs”: Hörmüz boğazından ixrac normal səviyyənin 4 faizinə enib

12:48
30 Aprel

Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub

12:40
30 Aprel

Zelenskinin Rusiyanın atəşkəs təklifinə reaksiyası

12:33
30 Aprel

“Azərkosmos”un ixrac etdiyi xidmətin dəyəri 4 milyon dolları ötüb

12:23
30 Aprel

Geosiyasi gərginlik fonunda Avropada qaz qiymətləri yenidən artdı  

12:05
30 Aprel

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

11:56
30 Aprel

Türkiyənin Şanlıurfa vilayətindən Azərbaycana minlərlə ting göndərilib  

11:44
30 Aprel

Körfəzdə gərginlik: neftin qiyməti 140 dollara çata bilər

11:24
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!