Cəbrayıllılar daha müasir Cəbrayıla qayıdacaqlar
"Cəbrayıl rayonu coğrafi cəhətdən Azərbaycan üçün çox əhəmiyyətli ərazidə yerləşir. Eyni zamanda, rayon yeraltı, yerüstü sərvətlərlə zəngindir".
Bu sözləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. O bildirib ki, Cəbrayılın torpağı olduqca münbit olduğundan əhali üzümçülük, baramaçılıq, heyvandarlıq ilə məşğul olub.
İşğaldan əvvəl rayonunun əhalisinin 52 min nəfər oldugunu qeyd edən deputat bildirib ki, Cəbrayıl 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. "Cəbrayıllılar Azərbaycan əsgərləri ilə birlikdə öz ata yurdları uğrunda mərdliklə vuruşdular. 362 şəhid, 191 nəfər əlil oldu, 6 cəbrayıllı Milli Qəhrəman adına layiq görüldü. Məcburi köçkün düşən cəbrayıllılar respublikamızın 58 rayonunda məskunlaşdırıldı. Hər birimiz kimi cəbrayıllılar da inanırdılar ki, Ali Baş Komandan cənab İlham Əliyev işğal altında olan torpaqlarımızı işğaldan azad edəcək”, - deyə o əlavə edib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hərbi təxribatının qarşısını almaq üçün əks-hücum əməliyyatlarına başladığını xatırladan K.Əliyeva vurğulayıb ki, Vətən müharibəsi kimi tarixə düşən bu savaşın elə ilk günündən Azərbaycan oğulları böyük igidlik, qəhrəmanlıq göstərib: "Müharibənin ilk günü ordumuz Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktyabrda 5 kəndi işğaldan azad etdi. Oktyabrın 4-də isə rəşadətli ordumuz cəbrayıllılara, o cümlədən, bütün xalqımıza böyük sevinc bəxş etdi. Cəbrayıl şəhəri də daxil olmaqla rayonun daha 9 kəndi erməni işğalından azad edildi. Cəbrayıl rayonu ərazisində həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində bir şəhər, 80 kənd erməni işğalından azad edildi. Bununla da Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi".
Deputat qeyd edib ki, "Cəbrayılın azad olunmasına görə" medalı təsis edildikdən sonra Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Silahlı Qüvvələrin 22775 hərbi qulluqçusu bu medalla təltif edilib.
Ölkə başçısı İlham Əliyevin Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsündə Azərbaycan bayrağını dalğalandırması böyük tarixi və siyasi əhəmiyyət kəsb etdi. Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri böyük qəhrəmanlıq və şücaət göstərərək Ermənistan ordusunun Cəbrayıl ərazisində bir neçə xətdən ibarət müdafiə istehkamlarını darmadağın etdi. Cəbrayılın işğaldan azad edilməsi ordumuzda böyük ruh yüksəkliyi yaratdı. Cəbrayılın ardınca Xocavənd rayonunun cənub kəndləri işğaldan azad edildi və strateji əhəmiyyətə malik Hadrut qəsəbəsi istiqamətində irəlilədik. Üstəlik, Zəngilan, daha sonra Qubadlı və Laçın rayonlarının cənub hissəsi işğaldan azad edildi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
Cəbrayılda böyük quruculuq işlərinin davam etdiyini qeyd edən K.Əliyeva deyib ki, rayona müasir standartlara cavab verən 4-5 zolaqdan ibarət yollar çəkilir. Böyük infrastruktur layihələr həyata keçirilir. "Qeyd edim ki, Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günü təsis edilib. Həmin Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd edilib. Müharibə başa çatdıqdan sonra dövlət başçısı 7 dəfə Cəbrayıl rayonuna səfər edib. Ölkə rəhbəri bu səfərlər zamanı çoxlu sayda sosial obyektlərin, yeni müəssisələrin, yaşayış binalarının təməlqoyma mərasimlərində iştirak edib.Artıq cəbrayıllılar daha gözəl, müasir Cəbrayıla, öz ata yurdlarına dönürlər",- deyə deputat əlavə edib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti sülhə xidmət etmir...
01 Dekabr
ABŞ Maliyyə Nazirliyi anti-Rusiya sanksiyalarını genişləndirib
01 Dekabr
İran "COP28" sammitində iştirakdan imtina edib
01 Dekabr
“Anadolu” agentliyinin əməkdaşı Qəzzada həlak olub
01 Dekabr
Zambiya mədənində
01 Dekabr
“Ariane-6” raketi bu tarixdə uçacaq
01 Dekabr
İqlim dəyişikliyi nədir?
01 Dekabr
2 tona yaxın narkotik ələ keçirildi - ƏMƏLİYYAT
01 Dekabr
"Ukrayna ordusunun imkanlarını azaltmışıq" - Şoyqu
01 Dekabr
Daun sindromlu uşaqların bacarıqlarının təkmilləşdirilməsi
01 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!