Buğda cücərtisi, səməni şirəsi və onların faydaları
Baharın atributlarından biri kimi qəbul edilən səməni adətən Novruz bayramına 10-15 gün qalmış qoyulur. Buğda cücərtilərin boy atıb səməniyə çevrilməsi üçün bir neçə gün, uzağı iki həftə gözləmək lazımdır. Lakin səməniyə çevrilməyən və bir neçə günlük buğda cücərtisi tibbi baxımdan çox faydalıdır. Səməni cücərməyə başlayanda ondan halva, bir az boy atdıqdan sonra isə şirə əldə etmək olar. Aparılan təcrübələr göstərir ki, səməni cücərtisi ilə qidalanmaq immunitet sistemini gücləndirir, buğda cücərtisinin suyu qanı yeniləyir, toksinləri təmizləyir, dişləri və immuniteti gücləndirir, ürək xəstəliklərinin müalicəsində istifadə edilir və xərçəng riskini azaldır.
Amerikalı həkimlərin qənaətinə görə, təxminən 6 kiloqram buğda cücərtisindən əldə edilən şirə 158 kiloqram yerkökü, kahı və ya kərəvizdən alınan şirə ilə eyni təsirə malikdir. Orqanizmi toksinlərdən təmizləmək üçün buğda cücərtisi ən səmərəli vasitə hesab olunur.
AZƏRTAC xəbər verir ki, həkim-fitoterapevt Elnur Rəhimov buğda cücərtisinin E və B vitaminləri ilə zəngin olduğunu bildirib: “Həmin vitaminlər sinir və mədə-bağırsaq sistemi üçün çox xeyirlidir. Cücərdilmiş buğdanın tərkibində olan fol turşusu orqanizmdə gedən qanyaratma funksiyası üçün də mühüm əhəmiyyət daşıyır. Fol turşusu hamilə qadınların əsas vitamini sayılır, çünki immun sisteminə müsbət təsir göstərir, dərini qocalmaqdan qoruyur. Kosmetika sənayesində tərkibində cücərdilmiş buğdadan alınmış yağ olan çoxlu krem və maskalar istehsal edilir. Cücərtinin tərkibində olan sink reproduktiv sistemə müsbət təsir edir”.
Onun dediyinə görə, səməni şirəsi qələvi və qidalandırıcı maddə baxımından da zəngindir. Toksinləri təmizləyən buğda suyu qanı qələviləşdirir, eyni zamanda qaraciyəri qoruyur. Qidalandırıcı maddələr və fermentlər toksinləri zərərsizləşdirir.
Kaliumla zəngin olan buğda suyu iştahanı və yemək istəyini azaldır. Eyni zamanda metabolizmini sürətləndirir. Səhərlər ac qarnına buğda suyu içmək gün ərzində həddən artıq yemək istəyinin qarşısını alır. Səməni suyu iki-üç həftə ərzində 50-100 ml olmaqla gündə bir dəfə acqarına qəbul edilir. Hər hansı xroniki xəstəlik və xərçəng xəstəliyi zamanı 45 gün istifadə edilir.
Hər gün 1-2 stəkan buğda cücərtisi şirəsi içməklə gənc və sağlam qalmaq mümkündür. Həmin şirəni ağızda 5 dəqiqə saxladıqda və dişləri gücləndirir. Buğda cücərtisi şirəsi ilə qarqara etdikdə isə boğaz iltihabı aradan qalxır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Şuşa rayonu ərazisində mina hadisəsi baş verib
22 Sentyabr
Milli Məclisdə Asiya Parlament Assambleyasında təmsil olunan bir sıra nümayəndə heyətləri ilə görüşl...
22 Sentyabr
Xarici KİV-lər Azərbaycanın keçirdiyi antiterror tədbirləri nəticəsində regionda yaranan vəziyyəti d...
22 Sentyabr
Yaşar Güler: Qarabağda aparılan antiterror tədbirlərinə Ermənistanın öhdəliklərini yerinə yetirməməs...
22 Sentyabr
Hikmət Hacıyev: Reinteqrasiya istiqamətində irəli getmək üçün siyasi baxışımız var
22 Sentyabr
Sabah əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir
22 Sentyabr
Co Bayden süni zəka ilə bağlı çağırış edib
22 Sentyabr
Ukrayna və ABŞ birgə silah hazırlayır
22 Sentyabr
NATO-dan ABŞ-a ÇAĞIRIŞ
22 Sentyabr
Yerevanın mərkəzində kütləvi aksiyalar davam edir
22 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

Şərtləri diktə edən İlham Əliyevdir02 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!