16 May 2023 09:40
2076
SİYASƏT
A- A+
Brüsseldə 5-ci görüş

Brüsseldə 5-ci görüş

 

Azərbaycan Ermənistan liderlərinin görüşündə müəyyən razılığa gəlinib

 

İşğalçı Hayastanla Azərbaycan arasında 30 il davam edən keçmiş Qarabağ münaqişəsinə son qoyulsa da, hələ də tərəflər arasında sülh müqaviləsinin imzalanmaması regionda sabitliyin təmin olunmasına imkan vermir. Bunun da yeganə səbəbi Hayastanın cəfəng iddiaları, bəhanələri və hərbi təxribatlarıdır. 
Ümumiyyətlə, sülh danışıqları ilə bağlı əsas amil Azərbaycan tərəfindən irəli sürülmüş 5 məlum prinsipin Hayastan tərəfindən qəbul edilməsidir. Bu, beynəlxalq hüququn norma və prinsiplərinin təməl qaydalarıdır. Ona görə də Azərbaycan əvvəlcədən bəyan edib ki, məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında danışıqlar mümkündür və sülh müqaviləsi imzalana bilər.
Artıq hər kəsə bəllidir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Bu, tərəflər arasında Praqa və Soçidə keçirilən görüşlərdə təsdiqini tapıb. Belə ki, həmin görüşlərdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Hayastan qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. Bu da bir daha göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır. 
Beləliklə, bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Görünəın odur ki, Ermənistan prinsip etibarilə Azərbaycanın məsələyə yanaşması ilə razıdır. 
Mayın 14-də  Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli növbəti görüşdə Azərbaycan və Ermənistan liderləri bir sıra məsələlərdə razılığa gəliblər. Liderlər 1991-ci ilin Alma-Ata Bəyannaməsinə müvafiq olaraq Ermənistanın 29,800 kvadratkilometr, Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına sadiqliklərini təsdiq ediblər.
Ümumiyyətlə, postmünaqişə dövründə bütün görüşlərdə, danışıqlarda İlham Əliyev humanizm və ədalət prinsiplərinə sadiq lider kimi regionda sülhün və əməkdaşlığın təmin olunması üçün aydın siyasət yürütməklə nümunə göstərir. Dövlət başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığına işgüzar səfəri də ölkəmizin sülhə sədaqətinin növbəti davamı idi. 
Brüsseldə keçirilən görüşdə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, eləcə də sərhəddəki vəziyyət müzakirə olunub...
Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlama verərək bildirib ki, beşinci görüşdə fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub. Onun fikrincə, əsas diqqət Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəldilib. Liderlər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə ediblər: "Mən müvafiq səyləri təqdir edirəm. Biz gündəliyimizdə olan bütün məsələləri birlikdə nəzərdən keçirdik. Bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-də keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır".
Şarl Mişel bildirib ki, sərhəd məsələlərində tərəflər irəliləyiş və delimitasiya prosesi ilə bağlı atılacaq növbəti addımları müzakirə edib və həmin kontekstdə sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəliblər: "Liderlər 1991-ci ilin Alma-Ata Bəyannaməsinə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq".
Bağlantılar məsələsində tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar. Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər.
Humanitar məsələlərə gəldikdə, qarşıdakı həftələr ərzində saxlanılan daha çox şəxslər azad ediləcəkdir. Sadəcə, yolunu azan və qarşı tərəfə keçən əsgərlərin sürətli prosedur vasitəsilə azad olunmalarına dair qarşılıqlı anlaşmanın təmin olunması davam etdirilməlidir.
Şarl Mişel görüşün yekunlarına dair mətbuata açıqlamasında bəyan etdi ki, tərəflər Alma-Ata Bəyannaməsində qeyd olunduğu kimi ərazilərin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etməklə yanaşı, humanitar məsələlər, saxlanılan şəxslərin azad olunması, həmçinin itkin düşmüş şəxslərin taleyi və minaların təmizlənməsi işinin sürətləndirilməsi də müzakirə mövzusu oldu. Şarl Mişel xüsusi olaraq vurğuladı ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!