28 May 2024 10:53
487
SİYASƏT
A- A+

Blinken Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib  


Blinken: ABŞ Azərbaycanla Ermənistan arasında davamlı və layiqli sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır

Vaşinqton, 28 may, AZƏRTAC

Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalıqının Müstəqillik Gününü təbrik edirəm.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir. Açıqlamada bildirilir ki ABŞ 32 il ərzində təhlükəsizlik və enerji əməkdaşlığı kimi sahələrdə Azərbaycanla qarşılıqlı maraq əsasında qurulmuş əlaqələri yüksək qiymətləndirir. “Biz bu sahələrdə, həmçinin iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid kimi getdikcə daha kəskinləşən qlobal problemlərlə bağlı əməkdaşlığımızı dərinləşdirmək imkanını yüksək qiymətləndiririk. ABŞ Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayır və biz övladlarımız və nəvələrimiz üçün daha davamlı və dayanıqlı iqlim gələcəyini təmin etmək naminə COP-u uğurlu etmək üçün Azərbaycan hökuməti ilə işləməyə hazırıq”, - deyə açıqlamada qeyd olunub.

A.Blinken əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq Azərbaycanın demokratik inkişafına və Azərbaycan Konstitusiyasına uyğun olaraq insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə bağlı öhdəliklə paralel şəkildə davam edəcək.

“Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında davamlı və layiqli sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır və biz uzun müddətdir davam edən münaqişə səhifəsini bağlamaq və daha yaxşı gələcək qurmaqla bağlı bu səyləri dəstəkləməyə hazırıq. Biz əlaqəni gücləndirəcək və regiona iqtisadi fayda verəcək bu məqsədə tam sadiqik. Azərbaycanın müstəqilliyi ilə bağlı olan bu bayramda mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm”, - deyə Antoni Blinken qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video