04 Avqust 2024 02:59
789
İQTİSADİYYAT
A- A+
Birinci yarımildə "Bakı KOB evi"ndə sahibkarlara 158 minədək xidmət göstərilib

Birinci yarımildə "Bakı KOB evi"ndə sahibkarlara 158 minədək xidmət göstərilib

 

Cari ilin yanvar-iyun aylarında sahibkarlar "Bakı KOB evi"nə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və mənşə sertifikatının alınması, vergi və gömrük məsələləri, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə dair icazə üçün müraciət ediblər.
 AZƏRTAC Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadla xəbər verir ki, sahibkarların lisenziya və icazələrin, qida təhlükəsizliyi sertifikatının alınması, yer təkinin istifadəyə verilməsi məqsədilə hərrac sənədləşdirilməsi, dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi üzrə müraciətləri də üstünlük təşkil edir.
Müvafiq xidmətlər sahibkarlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - 121 min 122 (76,69 faiz), Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti - 13 min 196 (8,36 faiz), Dövlət Vergi Xidməti - 2793 (1,77 faiz), Dövlət Gömrük Komitəsi - 1113 (0,7 faiz), Fövqəladə Hallar Nazirliyi - 586 (0,37 faiz), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) - 473 (0,30 faiz), İqtisadiyyat Nazirliyi - 434 (0,27 faiz), Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi - 288 (0,18 faiz), Qida Təhlükəsizliyi Agentliyi - 141 (0,09 faiz), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 70 (0,04 faiz) tərəfindən göstərilib. Bu, 10 dövlət qurumu tərəfindən göstərilmiş xidmətlər "Bakı KOB evi"nə edilmiş ümumi müraciətlərin 88,8 faizini (140,216) təşkil edir.
Ümumilikdə isə "Bakı KOB evi"ndə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlara biznes fəaliyyəti üçün zəruri olan "G2B" və "B2B" xidmətləri göstərilir. Təkcə 2024-cü ilin yanvar-iyun aylarında "Bakı KOB evi"ndə sahibkarlara 157 min 940 xidmət göstərilib ki, bunun 140 min 556-sı dövlət, 17 min 384-ü isə özəl qurumlar tərəfindən təmin olunub. 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!