29 Sentyabr 2023 18:43
533
PARLAMENT
A- A+

Beynəlxalq konfransda Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasından danışılıb

 

Sentyabrın 29-da İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Parlament Spikerlərinin Avropa konfransı keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “İctimai təmsilçilikdə bərabərlik və müxtəliflik – gənclərin, qadınların, etnik və sosial qrupların parlament üzvləri kimi iştirakı!” mövzusunda müzakirələr zamanı çıxış edən Sahibə Qafarova Azərbaycanın təcrübəsini və əldə etdiyi nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanın 1918-ci ildə əksər Avropa ölkələrindən də əvvəl qadınlara səsvermə hüququ verdiyini bildirən S.Qafarova deyib ki, ölkəmizdə qadınlar kişilərlə bərabər hüquq və azadlıqlara malikdirlər. Bu gün Azərbaycan qadınların səlahiyyətlərinin artırılması sahəsində xeyli irəliləyiş əldə edib. Həmçinin gənclərin də müxtəlif dövlət dəstəyi proqramları və inkişaf strategiyaları vasitəsilə artıq ictimai həyata müsbət təsir göstərmək üçün lazım olan iştirak səviyyəsinə çatdıqlarını vurğulayan parlamentin sədri bildirib: “Biz bələdiyyə və parlament seçkilərində iştirak edən və qalib gələn, yüksək qərarqəbuledici mövqelər tutan qadınların və gənclərin faizində ardıcıl artımın şahidi oluruq”.

Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələrinin əsrlər boyu heç bir ayrı-seçkilik olmadan ləyaqət, sülh və dostluq şəraitində birgə yaşadıqlarını bildirən Milli Məclisin sədri qeyd edib ki, bu gün onlar ictimai həyatın bütün sahələrində, o cümlədən parlamentdə fəal təmsil olunurlar.

“Sülh və təhlükəsizlik vəziyyətinin qanunun aliliyi, demokratiya və inklüziv inkişaf üçün vacib olduğu danılmazdır. Onun təməlində isə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət durur”, - deyən S.Qafarova təəssüflə qeyd edib ki, Azərbaycanın timsalında bu prinsiplərə etinasızlıq meyli var. Bu əsas prinsiplərə hörmət məsələsində ikili standartların nümayiş etdirilməsi Avropa demokratiyası üçün kifayət qədər ciddi çağırışdır.

O, eyni zamanda, Vətən müharibəsindən sonra Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış etdiyini, lakin İrəvanın təxribatlarla prosesə mane olduğunu diqqətə çatdırıb. Ermənistanın Qarabağ bölgəsində qondarma “blokada”, “humanitar böhran”la bağlı yalan və əsassız iddialarla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığı qeyd edilib.

Sentyabrın 19-da həyata keçirilən antiterror tədbirlərinə toxunan S.Qafarova bu zaman mülki əhalinin və obyektlərin hədəf alınmadığını söyləyib.

Diqqətə çatdırılıb ki, artıq Qarabağ bölgəsinin erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyası başlayıb. Vurğulanıb ki, heç kim etnik erməni sakinləri Qarabağı tərk etməyə məcbur etmir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video