19 May 2023 16:17
442
Mədəniyyət
A- A+
Bənzərsiz sənətkar

Bənzərsiz sənətkar

 

O, XX əsrin əvvəllərində, Azərbaycan teatr sənətində peşəkar aktyorlara böyük ehtiyac olduğu zamanda sənətə gəlib. İstedadı və zəhməti sayəsində tanınıb, şəhrət qazanıb...
     Şamaxı şəhərində 1898-ci il 19 mayda dünyaya gələn Hüseynağa Hacıbababəyovun atası Sultan kəlağayı toxucusu olub. 1902-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Hüseynağa Hacıbababəyov 1905-ci ildə “Alekseyevski məktəbi”nə gedib. Bir müddət sonra təhsilini görkəmli maarif xadimi Həbib bəy Mahmudbəyovun təşkil etdiyi məktəbdə davam etdirib. Həmin təhsil ocağında özfəaliyyət konsertlərində-xorda çıxış edib. Ailəsinin maddi çətinlikləri üzündən təhsilini tamamlaya bilməyib.
1910-cu ildə o, "Nicat" mədəni-maarif cəmiyyəti teatr truppasının xoruna qəbul edilib. 1913-cü ildən “Səfa” mədəni-maarif cəmiyyətinin teatr truppasında Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi “Müsəlman opera artistləri” dəstəsində, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə dramatik və musiqili teatr aktyoru kimi fəaliyyət göstərib.
Hüseynağa Hacıbababəyov 1919-cu ildən 1925-ci ilin avqustunadək Dövlət Dram Teatrının truppasında işləyib. 1925-ci ilin payızından Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
1916-cı ildə Cəlil Məmmədquluzadənin “Ölülər” komediyası Hüseyn Ərəblinskinin quruluşunda ilk dəfə tamaşaya qoyulanda Nazlı rolunda səhnəyə  Hüseynağa Hacıbababəyov çıxıb. O, sonralar da ayrı-ayrı truppalarda bir sıra dramatik rollarla bərabər, opera və operettalarda Leyli ("Leyli və Məcnun"), Əsli ("Əsli və Kərəm"), Xurşidbanu ("Şah Abbas və Xurşidbanu"), Gülçöhrə və Cahan xala ("Arşın mal alan") və Gülnaz ("O olmasın, bu olsun"), Qəribin anası ("Aşıq Qərib"), Gülzar ("Şah İsmayıl") kimi qadın rollarını ifa edib.
O, 1925-ci ildən muğam operalarında və xarici bəstəkarların operalarında çıxış edib. “Aşıq Qərib”də Qərib, “Leyli və Məcnun”da Məcnun, “Əsli və Kərəm”də Kərəm, “O olmasın, bu olsun”da Sərvər, “Şah İsmayıl”da Şah İsmayıl, “Xosrov və Şirin”də Xosrov, “Qar qız”da Çar Brendey, “Sadko”da Hindli qonaq, “Yevgeni Onegin”də Lenski, “Sevilya bərbəri”ndə Qraf Almoviya rollarını yüksək peşəkarlıqla ifa edib.
Hüseynağa Hacıbababəyov həm də muğam və xalq mahnılarımızın mahir ifaçılarından biri kimi tanınıb. Onun ifasında lent yazılarının yaddaşına köçürülən “Bayatı-Şiraz”, “Segah-zabul” və “Mahur-hindi” muğam dəsgahları “qızıl fond”da qorunub saxlanılır.
Tanınmış opera müğənnisi, Xalq artisti Hüseynağa Hacıbababəyov 1972-ci il noyabrın 10-da Bakıda dünyasını dəyişib. II Fəxri Xiyabanda dəfn olunub.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!