12 Noyabr 2026 17:37
908
İDMAN
A- A+
Bakının ev sahibliyi edəcəyi "SportAccord Convention 2027" sammitinə qeydiyyat başlayıb  

Bakının ev sahibliyi edəcəyi "SportAccord Convention 2027" sammitinə qeydiyyat başlayıb  


Bakı 2027-ci ildə idman dünyasının gələcəyini şəkilləndirən əsas qərarların qəbul edildiyi mühüm mərkəzə çevriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AZƏRTAC-a verilən məlumata görə, mayın 9-dan 13-dək paytaxtımız idman sənayesinin ən mötəbər və miqyaslı platformalarından biri olan “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək.

Tədbirə qatılmaq istəyənlər üçün erkən qeydiyyat mərhələsinə artıq start verilib. Rəsmi qeydiyyat keçidi vasitəsilə müraciət edərək tədbirdə iştirakı daha münasib qiymətlə indidən təsdiq etmək mümkündür. Erkən qeydiyyat qısa müddət qüvvədə olacaq.

Qeyd edək ki, sammitdə 120-dən çox beynəlxalq idman federasiyası, Beynəlxalq Olimpiya Komitəsi (IOC), qlobal idman yarışlarına ev sahibliyi edən şəhərlərin rəhbər strukturlarının və idman sənayesinin aparıcı şirkətlərinın təmsil olunacağı gözlənilir. Ümumilikdə 65-dən artıq ölkədən 600-dən çox təşkilatı təmsil edən 1700-dən yuxarı rəsmi nümayəndənin iştirakı nəzərdə tutulur.

SportAccord beynəlxalq idman təşkilatlarının rəhbərlərini, sənaye ekspertlərini və iş dünyasının liderlərini bir araya gətirən müstəsna platformadır. Beş gün davam edəcək sammit çərçivəsində beynəlxalq federasiyaların rəsmi iclasları, konfranslar, panel müzakirələri, ixtisaslaşmış sərgilər və B2B görüşlər təşkil olunacaq. İştirakçılar strateji tərəfdaşlıqlar qurmaq, qabaqcıl təcrübə mübadiləsi aparmaq və idman sənayesinin gələcək inkişaf vektorlarını müəyyənləşdirmək imkanı əldə edəcəklər.

Tədbirin əsas işgüzar proqramı Bakı Konqres Mərkəzində baş tutacaq. Təntənəli açılış mərasimi isə Heydər Əliyev Mərkəzində keçiriləcək.

SportAccord Convention 2027 Azərbaycanın qlobal idman xəritəsindəki mövqeyini daha da möhkəmləndirməklə yanaşı, ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanlarını yenidən nümayiş etdirəcək. Bu möhtəşəm sammit yerli şirkətlər və təşkilatlar üçün dünya idman sənayesinin aparıcı simaları ilə birbaşa əlaqələr qurmaq, öz potensialını beynəlxalq auditoriyaya təqdim etmək fürsəti yaradacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO  

22:05
15 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

21:54
15 Noyabr

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə  

19:39
15 Noyabr

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

17:09
15 Noyabr

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

16:47
15 Noyabr

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

15:51
15 Noyabr

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

15:36
15 Noyabr

Sabah Bakıda və rayonlarda yağış yağacaq

13:55
15 Noyabr

Azərbaycan strateji hədəfinə doğru inamla irəliləyir

13:53
15 Noyabr

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

13:23
15 Noyabr

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

12:07
15 Noyabr

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

11:06
15 Noyabr

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

10:57
15 Noyabr

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

10:03
15 Noyabr

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

09:31
15 Noyabr

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

09:04
15 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

23:49
14 Noyabr

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

23:27
14 Noyabr

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir   

21:08
14 Noyabr

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

20:09
14 Noyabr

"Meta" 805 milyon avro məbləğində cərimələnib

19:29
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!