Bakıda TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclası keçirilib YENİLƏNİB
Martın 4-də Bakıda Türk Dövlətləri Parlament Assambleyasının Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının “TÜRKPA üzv dövlətlərində elmi və texnoloji inkişafda parlamentlərin rolu və qanunvericilik dəstəyi” mövzusuna həsr edilmiş 11-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin komitə sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov iclası açaraq tədbir iştirakçılarına uğurlar arzulayıb.
TÜRKPA-nın yarandığı gündən türkdilli dövlətlər arasında əlaqələrin və əməkdaşlığın möhkəmləndirilməsi, qanunvericiliklərin uyğunlaşdırılması ilə bağlı mühüm işlər görüldüyünü deyən Əhliman Əmiraslanov bu baxımdan bugünkü iclasın mövzusunun aktuallığını və gündəlikdəki məsələlərin əhəmiyyətini vurğulayıb.
Sonra TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri Osman Mesten (Türkiyə), komissiyanın sədr müavini Abzal Kuspan (Qazaxıstan), komissiyanın üzvləri Cavanşir Feyziyev və Məlahət İbrahimqızı (Azərbaycan), Bibigül Jeksenbay (Qazaxıstan), Nurjigit Kadırbekov (Qırğızıstan), Filiz Kılıç (Türkiyə) və TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er salamlama nitqləri ilə çıxış ediblər. Onlar TÜRKPA-ya üzv dövlətlər arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi, rəqəmsal texnologiyalar və informasiya təhlükəsizliyi, süni intellektin tətbiqi kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi, elmi və texnoloji inkişafda parlamentlərin rolu ilə bağlı fikirlərini bölüşüblər.
Sonra iclasın mövzusuna dair hesabat məruzəsinin layihəsi dinlənilib. Məruzəni komissiyanın sədr müavini Abzal Kuspan təqdim edib.
Komissiyanın tövsiyə qərarı layihəsini komissiyanın sədri Osman Mesten diqqətə çatdırıb. Komissiya üzvləri hesabat məruzəsini və tövsiyə qərarını TÜRKPA-nın növbəti plenar iclasında baxılmaq üçün təsdiq ediblər.
Sonra “Fərdi məlumatların mühafizəsi haqqında” model qanun layihəsinə və digər məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Müzakirələr zamanı Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Cavanşir Feyziyev çıxış edərək gündəlikdəki məsələlər barədə qeydlərini, təkliflərini səsləndirib, komissiyanın gələcək fəaliyyəti ilə bağlı fikirlərini bildiriblər.
Tədbirdə Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının növbəti iclasının yeri, tarixi və mövzusu da müəyyən edilib.
Komissiyanın “TÜRKPA üzv dövlətlərində Ombudsman təsisatları” mövzusuna həsr edilən növbəti iclasının gələn il Qazaxıstanda keçirilməsi qərara alınıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Turizmin əhəmiyyəti
27 Iyul
Qəbələdə turizm infrastrukturu genişlənir
27 Iyul
Azərbaycan qazının Türkiyəyə tədarükü avqust ayında müvəqqəti dayandırılacaq
27 Iyul
Səfir: Azərbaycanla Niderland su problemlərinin idarə edilməsi mövzusunda bənzər sistemlərə malikdir...
27 Iyul
BMT nümayəndəsi: Azərbaycan beynəlxalq səviyyədə Vahid Sağlamlıq yanaşmasının tətbiqi sahəsində gücl...
27 Iyul
Sülh sazişini imzalamağın vaxtı çatıb
27 Iyul
Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən info...
27 Iyul
Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsinə dair Komissiyan...
27 Iyul
Ertuğruloğlu: Azərbaycan, Türkiyə və ŞKTC bir-birilərini dəstəkləməli, ümumi maraqları müdafiə etməl...
27 Iyul
"Azərbaycan Respublikası Hökuməti il ə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əm...
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!