27 Dekabr 2022 20:10
1453
Tədbirlər
A- A+
Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra infrastruktur obyektlərinin inşası tamamlanıb Prezident İlham Əliyev görülən işlərlə tanış olub, Qarabağ Atları Kompleksinin təməlini qoyub YENİLƏNİB 

Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra infrastruktur obyektlərinin inşası tamamlanıb Prezident İlham Əliyev görülən işlərlə tanış olub, Qarabağ Atları Kompleksinin təməlini qoyub YENİLƏNİB 

Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra tikililər, avtomobil yolları və digər infrastruktur işləri tamamlanıb.

AZƏRTAC xəbər verir ki, dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kvartalda görülən işlərlə tanış olub, Bakı Ağ Şəhər Qarabağ Atları Kompleksinin təməlini qoyub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına Kvartalda görülən işlər barədə məlumat veriblər.

Bildirilib ki, Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müxtəlif ölçülü küçələrin salınması və yolaltı kommunikasiya infrastruktur işləri tamamlanıb. Bunlar, əsasən Qarabağ Atları, 3-cü Şərq, 6-cı Park küçələri və bir sıra digər küçələrdir.

Bununla da artıq Ağ Şəhərin Xəqani Rüstəmov küçəsindən əlavə daha iki küçəsinin Babək prospektinə rahat giriş və çıxışı təmin ediləcəkdir. Prospekt boyunca magistral su xətti, yüksək və ortatəzyiqli qaz xətləri, elektrik magistral xətlər köçürülərək Ağ Şəhər layihəsinə uyğunluğu təmin edilib.

Tamamlama işləri çərçivəsində arabalar üçün panduslar, yerüstü piyada keçidləri, qoruyucu tumbalar, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” xidməti tərəfindən videokameralar quraşdırılıb, “Azərsu” və “Azərişıq” Açıq Səhmdar cəmiyyətləri, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yeraltı kommunikasiyalar, “Delta Telecom” MMC tərəfindən isə İT kanal sistemləri çəkilib.

Mərkəzi Park Kvartalı 2017-ci ildə təhvil verilmiş Paris evlərindən əlavə, 36, 20 və 8 mərtəbəli yaşayış binaları, 6-cı Park küçəsi boyunca ikimərtəbəli qeyri-yaşayış binaları, ticarət və ictimai iaşə obyektləri, orta məktəb, ofis və dövlət inzibati binaları, bir sıra park və yaşıllıq zonalarından ibarətdir.

Bildirildi ki, Qarabağ Atları küçəsinin mərkəzində səkkizmərtəbəli, müasir fasadlı yaşayış binalarının əhatəsində Qarabağ Atları Meydanı yerləşir.

Prezident İlham Əliyev Qarabağ Atları Meydanına gələrək burada ağac əkdi.

Sonra dövlətimizin başçısı Bakı Ağ Şəhər Qarabağ Atları Kompleksinin təməlini qoydu.

Meydanla tanışlıq zamanı qeyd olundu ki, ətrafdakı binalarda mağazaların, kafe və restoranların, digər ictimai iaşə obyektlərinin açılması nəzərdə tutulur. Burada həmişəyaşıl ağaclar və kollardan ibarət landşaft salınıb. Meydanın mərkəzində Qarabağ atlarının heykəl kompleksi quraşdırılıb. Qarabağ atları heykəl kompleksi Azərbaycanın Qarabağ torpaqlarının 30 illik işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindəki Zəfərinə həsr edilib. Yeddi Qarabağ atından ibarət kompleksin hazırlanmasına amerikalı heykəltaraş Robert Sammers cəlb olunub. Qeyd edək ki, heykəltaraş Dallas şəhərində yerləşən “Mal-qara sürülməsi”, Kaliforniya hava limanında “Con Ueyn” və digər əsərləri ilə dünyada məşhurdur.

Qarabağ Atları küçəsində avtomobillərin və piyadaların təhlükəsiz hərəkəti üçün hər cür şərait yaradılıb. Burada Ağ Şəhər layihəsinə uyğun olaraq piyadalar üçün panduslar və yerüstü keçidlər salınıb, eni 6-8 metr olan səkilərdə xüsusi dizaynlı daş düzümündə küçənin adı qeyd edilib, yaşıllıq zolaqları salınıb, avtomobil və velosiped dayanacaqları yaradılıb, piyadaların istiqamətləndirilməsi üçün yol göstəriciləri və xəritələr, tullantı qutuları, oturacaqlar quraşdırılıb. Küçə şimalda Babək prospektinə, cənubda isə Mərkəzi Parka birləşir.

Prezident İlham Əliyev avtobusla Bakı Ağ Şəhər Mərkəzi Park Kvartalını gəzdi.

Dövlətimizin başçısına məlumat verildi ki, Meydanın ətrafındakı yaşayış binalarının birinin fasadında keramikadan xüsusi hazırlanmış pano quraşdırılıb. Həmçinin burada dördmərtəbəli hipermarket binasının, Babək prospektində müasir dizaynlı çoxfunksiyalı binanın və yaşıllaşdırılmış avtodayanacağın inşası başa çatıb. Bu kommersiya binaları Babək prospekti boyunca yerləşən satış və ticarət məkanlarının davamı olacaq.

Diqqətə çatdırılıb ki, burada, həmçinin Bakı Ağ Şəhərin “landmark”ı olan və hazırda tikintisi aparılan 12 mərtəbəli ofis binası beynəlxalq standartlara uyğun iş məkanı təklif edəcək. Yeraltı və yerüstü avtodayanacaqların, müasir havalandırma sisteminin, sürətli liftlərin nəzərdə tutulduğu binanın qarşısında gəzinti və istirahət üçün geniş yaşıl meydan salınacaq. Ətraf mühit və ekologiyanı tikintidə əsas amil kimi nəzərə alaraq binanın BREEAM ekoloji sertifikatlaşma təşkilatı tərəfindən layihələndirmə mərhələsindən dəyərləndirilməsinə başlanılıb. Bu, artıq Bakı Ağ Şəhərdə BREEAM sertifikatlı ikinci ofis binası olacaq, 12 mərtəbəli biznes mərkəzi beynəlxalq standartlara uyğun iş məkanları təklif edəcək. Biznes mərkəzinin arxasında, hündür binaların əhatəsində 1 hektar ərazisi olan Mərkəzi Park layihələndirilib. Parkda gözoxşayan landşaft və incəsənət nümunələri yer alacaq. Bu park piyadalar üçün şimalda Babək prospekti və Qarabağ Atları Meydanından başlayan Fəvvarələr meydanı və piyada körpüsü boyunca Ağ Şəhər bulvarınadək 2 kilometrlik maneəsiz gəzinti xiyabanı üzərində yerləşəcək.

Prezident İlham Əliyev: Məqsədimizə çatmışıq, şəhər içində artıq şəhər var.

Ruslan Sadıxov: Maşallah, cənab Prezident, qoyduğunuz bütün təməllər hamısı uğurlu olur. Ağ Şəhər də onlardan biridir. Həm uğurlu, həm də böyük bir ekoloji layihə kimi dünyada tanınır. Həmçinin Bakı şəhərinin sakinləri arasında da böyük etimadla qarşılanır.

Dövlətimizin başçısına Bakı Ağ Şəhər layihəsi çərçivəsində növbəti illərdə görüləcək işlər barədə də məlumat verildi.

Qeyd edək ki, Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir. Bakı Ağ Şəhər dünyanın qabaqcıl və müasir ekoloji şəhərsalma layihəsi kimi müxtəlif beynəlxalq və yerli mükafatlara, Honkonqda “MIPIM Asia Awards 2011” müsabiqəsində "Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi" nominasiyasında, Dubayda “Cityscape Global” və bir sıra digər sərgilərdə “Ən yaxşı şəhərsalma layihəsi” kimi müxtəlif mükafatlara layiq görülüb.

Ağ Şəhərin təhvil verilmiş kvartallarında artıq minlərlə sakin keyfiyyətli və müasir şəhər mühitində yaşayır. Burada layihələndirilən və tikilmiş binalar, parklar və digər ictimai yerlər Bakı şəhərinin gözəl memarlıq simasına öz töhfəsini verməkdədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!