14 Fevral 2025 21:21
401
SİYASƏT
A- A+
Azərbaycanla Küveyt arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycanla Küveyt arasında siyasi məsləhətləşmələr keçirilib

Fevralın 13-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Küveyt Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 1-ci raundu keçirilib.

XİN-dən AZƏRTAC-a bildirilib ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Küveyt tərəfindən isə xarici işlər nazirinin müavini Şeyx Carrah Cabir əl-Əhməd əl-Sabah rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, turizm, təhsil, humanitar və digər sahələrdə əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, çoxtərəfli formatda, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində qarşılıqlı əlaqələndirmə və əməkdaşlıq yüksək qiymətləndirilib.


Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.

Səfər zamanı Yalçın Rəfiyev Küveyt Dövlətinin ticarət və sənaye naziri Xəlifə əl-Əcil və Küveyt Birbaşa İnvestisiya Təşviqi Qurumunun Baş Direktoru Şeyx dr. Məşəl Cabir əl-Əhməd əl-Sabah ilə görüşüb. Görüşdə cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulan Azərbaycan və Küveyt arasında Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasına hazırlıq, eləcə də qarşılıqlı ticarət missiyalarının və biznes-forumların təşkil edilməsi məsələləri müzakirə edilib.

Həmçinin nazir müavini Küveytə səfəri çərçivəsində Körfəz və Ərəbistan Yarımadası Araşdırmaları Mərkəzini (Center for the Gulf and Arabian Peninsula Studies) ziyarət edib və Mərkəzin İdarə Heyətinin üzvü səfir Əbdüləziz Əbdüllətif əl-Şarix ilə birlikdə Mərkəzin rəhbər və tədqiqatçı heyətinə Azərbaycanın xarici siyasəti və regional mövzulara dair geniş təqdimat edib. Nazir müavini Azərbaycan-Küveyt əməkdaşlığının gələcək inkişaf perspektivlərindən bəhs edərək, ölkəmizin xarici siyasət prioritetləri, regional və qlobal məsələlərə dair baxışları, eləcə də Ermənistan-Azərbaycan postmünaqişə dövrü normallaşma prosesi və işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa və yenidənqurma işləri barədə dinləyiciləri məlumatlandırıb.

Nazir müavini, eyni zamanda, Küveyt Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və onların təhsil şəraiti ilə maraqlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın hərtərəfli inkişafına möhkəm hüquqi təminatlar yaradan Əsas Qanun  

09:31
12 Noyabr

Heç bir qüvvə Azərbaycanın Konstitusiya quruluşuna təhdid yarada bilməz  

09:29
12 Noyabr

Prezident İlham Əliyev 12 Noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib

09:27
12 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

09:08
12 Noyabr

Azərbaycan karateçiləri İslamiadaya iki medalla başladılar

23:30
11 Noyabr

COP30-da öz pavilyonuna malik Azərbaycan irs, liderlik və milli ambisiyalarını nümayiş etdirir  

23:16
11 Noyabr

Azərbaycan XİN hərbi təyyarənin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib  

22:57
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin qəzaya uğradığı yerin aşkarlandığını açıqlayıb  

22:18
11 Noyabr

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstana gəlib

22:17
11 Noyabr

Gürcüstan Prezidenti təyyarə qəzası ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib  

22:17
11 Noyabr

Zəfərdən qüdrətə gedən yol

21:20
11 Noyabr

Gürcüstanın daxili işlər naziri təyyarə qəzası baş verən əraziyə gedib  

20:36
11 Noyabr

Milli Məclisin sədri TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb  

20:13
11 Noyabr

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı olub  

19:40
11 Noyabr

Türkiyə mediası: Azərbaycanın Zəfərindən sonra bərpa edilən Əsgəran qalası ziyarət üçün açılıb  

19:39
11 Noyabr

Nazir: FHN-in qüvvələri təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa tam hazırdır  

19:39
11 Noyabr

Türkiyənin və Gürcüstanın daxili işlər nazirləri təyyarə qəzasını müzakirə ediblər  

19:38
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi: Qəzaya uğrayan təyyarədə 20 nəfər olub  

19:37
11 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

18:26
11 Noyabr

Burhanettin Duran: Təyyarə qəzasından dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb  

18:24
11 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!